Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-898/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1663/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.500 manat (12000-1500=10.500man) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ildə Abşeron rayon arxiv şöbəsində tanış olduqda ona bildirmişdi ki, onun yaşadığı evlə və torpaq sahəsi ilə mübahisələri var, ona kömək etmək lazımdır. Cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə 2016-cı ildən 2021-ci ilədək onu məhkəmələrdə və digər dövlət orqanlarında təmsil etmək üçün notarial etibarnamə vermişdir. Cavabdehlə həm şifahi, həm də xx.xx.2016-cı ildə rəsmi tapşırıq müqaviləsi bağlamışdır. Qarşlıqlı razılaşma əsasında görüləcək tapşırıq müqaviləsinə görə müqavilə imzalandıqdan sonra işlərə görə muzd və zəhmət haqqı olaraq qiymətini 12.000 manat qiymətləndirmişdir. Beləliklə, 2016-cı ildə onun qeydiyyatda olmaqla yaşadığı evinin məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər gedib çıxmışdır. Bundan başqa, vərəsəliklə bağlı sənədləşdirməsini başa çatdırıb çıxarış əldə etmək üçün DƏDRX-ə vermişdir. İmtina edildiyinə görə imtinanı əldə etdikdən sonra Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsini vermişdir. Hazırda həmin inzibati iş Sumqayıt İnzibati məhkəməsinin icraatındadır. Pul vəsaiti (muzd-əmək haqqı) ödənişi “tapşırıq verən” tərəfındən “tapşırıq alana” müqavilədə göstərilən müddətdə ödənilməlidir. Həmin müqavilənin 3-cü bəndinə görə “Tapşırıq verən” razılaşdırılmış 12.000 (on iki min) AZN pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıq alana” ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh həmin müqavilənin şərtlərini pozaraq 2016-cı ilin may ayından dekabır ayının sonunadək cəmi 1500 (min beş yüz) manat ödəmişdir. Sonda cavabdeh qalıq pulu (10.500 manat) ödəməkdən imtina etmişdir. Bu məhkəmə mübahisələri ilə bağlı xeyli işlər görülmüş, işlər 3 məhkəmə instasiyasınadək aparılmış, xərclər çəkilmişdir. Bundan başqa, o, Cavabdeh başqa məhkəmə, icra sənədləri toplamış və digər vərəsəlik işləri həll edilmişdir. Buna baxmayaraq Cavabdeh ilə keçən müddət ərzində dəfələrlə telefon əlaqəsi yaradaraq məhkəmədən kənar məsələni həll etmək istəsə də, bu alınmamış, telefon nömrəsini dəyişmişdir. Hətta son günlər onun mobil telefonuna zəng edərək 10 il əvvəl ona zəhmət haqqı olaraq ödədiyi 1500 manatı geri tələb edir, əks halda polisə müraciət edəcəyini bildirmişdir. Ona görə də, qayda və qanunlara uyğun olaraq qeydiyyatda olduğu ünvana pretenziya göndərərək 2 (iki) gün ərzində ona borclu olduğu 10.500 manatı poçt vasitəsi ilə ünvanına göndərilməsini xahiş etmişdir. Əks halda, Azərbaycan Respublikası MPM-in 4-cü maddəsinə əsasən pulun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilsə də, heç bir cavab verilməmişdir. Ona görə də, aidiyyatı üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ali təhsilli hüquqşünas olaraq 2017ci ilin dekabr ayınadək vətəndaşlara hüquq və digər xidmətlər göstərmişdir, VÖEN-i var, vergi ödəyicisidir. Göründüyü kimi Cavabdeh tapşırıq müqaviləsinin şərtlərinə əlməl etməmiş, bu müddət ərzində zəhmət (muzd) haqqını ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçı arasında heç bir müqavilə bağlanmamışdır. O, iddiaçıya bir dəfə 1500 manat, bir dəfə 300 manat, bir dəfə 50 manat, cəmi 1850 manat pul vermişdir. İddiaçı onu aldadaraq özünü vəkil kimi təqdim etmişdir. O, bununla bağlı polisə müraciət etmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi yardım göstərilməsi üçün razılaşma olmuşdur. İddiaçı bildirir ki, tərəflər arasında yazılı tapşırıq müqaviləsi bağlanmasına baxmayaraq, o, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləği ona ödəməmişdir. Cavabdeh isə bildirir ki, iddiaçı onu aldadaraq özünü vəkil kimi təqdim edərək onun etibarından sui-istifadə etmişdir. O, bununla bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onlar arasında heç bir yazılı müqavilə olmamışdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1663/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə hər hansı əqd bağlanmamışdır. İddiaçı tələb edilən pul məbləğinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında yarandığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutları (tapşırıq müqaviləsini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 386.1, 777, 778, 779-cu və Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir əsas olmadan Konstitusion və mülki hüquqlarını pozaraq barəsində polis orqalarına şikayət edərək cəzalandırılması üçün onu şantaj etmişdir. Məhkəmə həmin sübutları əldə etmədən, işə qərəzli yanaşaraq hüquqlarını bərpa etmək əvəzinə, qanunverciliyin mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi etimallara və subyektiv mülahizələrə əsasən qəbul edilmişdir. Belə ki, cavabdehlə arasında hüquq münasibəti ona notarial qaydada etibarnamə verdiyi və tapşırıq müqaviləsini bağladığı (imzaladığı) tarixdən yaranmışdır. Məhkəmə əsassız və qanunsuz qətnaməsində belə təsəvvür yaratmağa çalışmışdır ki, sanki cavabdehlə bir-birləri təsadüfən tanış olmuş və hüquq münasibətləri yaranmamışdır. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə qətnaməsi bu maddi hüquq normasının tələbinə ziddir. Belə ki, iddia ərizəsində ayrıca qeyd etdiyi kimi onun VÖEN-i (**********) var, yəni o, vergi ödəyicisidir, dövlətə vergi ödəyir. Gördüyü işə görə müəyyən miqdarda pul almalıdır. Qarşılıqlı razılaşma əsasında işlər görmək əvəzinə cavabvdeh ona pul ödəməli idi. Qanunverciliklə nəzərdə tutulmuş müqavilələr (əmək müvqavilələr istisna olunmaqla) və başqa əqdər, habelə qanunvercilklə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər-mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsasdır. Mülki hüquqların müdafiəsi qanunvercilklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydayla və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəmək, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun və borclunun vəzifəsini icrasını tələb etmək hüquqi vardır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişməsi və ya xitamı haqqında iki və va bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Tapşırıq müqaviləsina görə tapışırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Ali təhsilli hüquqşünas olmaqla 1998-ci ildən 2017-ci ilin sonunadək vətəndaşlara hüquq xidmətləri göstərmişdir və qeyd etdiyi kimi VÖEN-i vardır. Cavabdehlə aralarında hüquq münasibətləri 2014-cü ildən yaranmışdır. Belə olan halda iddia ərizəsini hansı əsasa və sübuta görə rədd etmək olar? Məhkəmə işin faktiki hallarına qiymət verməmiş və işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə yaranmış hüquq münasibətlərinə maddi və prossesual hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş hüquq normaları həmin münasibətləri tənzimləmir, maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir. Məhkəmə işin hallarını təhrif edərək səhv nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsi işə cavabdeh tərəfindən heç bir mötəbər sübut təqdim etməyi halda iddia ərizəsinin təmin etməmiş və tələbi təmin edilməli olduğu halda iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin qatnaməsi hüquq və mənafeyinə, mövcud qanunlara tamamilə zidd və hüquq düşüncəsindən kənardır. Belə ki, işə mahiyyəti üzrə baxan hakim maddi və mülki prossesual hüquq normalarını kobudcasına pozmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Qətnamə etimallara əsasən qəbul edilmiş, cavabdeh tərəfin sözlərinə əsaslanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
14. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (...) 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
16. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. (...)
18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
23. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi yardım göstərilməsi üçün razılaşma olmuşdur. Belə ki, Cavabdeh əmlakla bağlı bir sıra məhkəmə işləri olmuş, İddiaçı da 2017-ci ilədək bəzi işlərdə Cavabdeh nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmişdir.
28. İddiaçının vəsatəti əsasında Abşeron Rayon Polis İdarəsinə sorğu göndərilmiş və Cavabdeh şikayəti əsasında toplanmış materialda İddiaçı və Cavabdeh arasında hüquqi xidmət və digər xidmətlərin göstərilməsinə görə bağlanmış tapşırıq müqaviləsinin olubolmaması barədə məlumatın, müqavilə vardırsa onun surətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur.
29. Abşeron Rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixli, 3-13-59/2-63684 nömrəli məktubla Cavabdeh İddiaçı Həsənbala oğlundan şikayəti ilə əlaqədar Abşeron rayon polis idarəsinin istintaq şöbəsində araşdırılan material üzrə qəbul edimiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və xx.xx.2016-cı il tarixli etibarnamənin surətini məhkəməyə təqdim etmişdir.
30. Həmin məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cəfərova X2 Tahir Teymur oğluna onu Azərbaycan Respublikasının dövlət idarələrində təmsil etmək və sair səlahiyyətlərin verilməsinə dair xx.xx.2021-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir.
31. Məktuba əlavə edilmiş Xırdalan şəhəri Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi R.N.Cavadovun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materialda fakt öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
32. Qərardan həmçinin görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi dalan 1, ev 4-də yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, İddiaçı özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsi dalan 1, ev 4-də yerləşən fərdi yaşayış evini sənədləşdirmək üçün çıxarış almaq və evi adına keçirməsinə köməklik etməsi üçün 2300 manat pul verməsi, lakin sonuncunun onu aldadaraq vədinə əməl etməməsi barədə məlumat vermişdir.
33. Göründüyü kimi iş materialları ilə Cavabdeh İddiaçı qarşısında 12.000 manat məbləğində pul vəsaiti ödənilməsinə dair öhdəlik götürməsi müəyyən edilməmişdir. İddiaçı tələb edilən pul məbləğinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli yazılı tapşırıq müqaviləsi əsasında yarandığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır.
34. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdehlə arasında yazılı tapşırıq müqaviləsi bağlandığını qeyd etsə də, bunu təsdiq edən tapşırıq müqaviləsini məhkəməyə təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 10.500 manat məbləğində pul tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə əsaslı olmuşdur.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1663/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1663/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.