Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-90/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı-cavabdeh İddiaçı1 və onun vəkili X4, iddiaçı-Cavabdeh1 və vəkili X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-161/2017 saylı qətnaməsindən iddiaçı-Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-161/2017 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) İddiaçı1 Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliynə qaytarılması barədə iddiası təmin edilib, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0x2,5 metr ölçüdə mişar daşdan pilləkən onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınıb İddiaçı1 qanuni sahibliyinə verilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 (üç yüz) manat pul vəsaitinin Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin hesabına (“xxxx” ASC-nin 2 saylı Xətai filialı, İban:AZ22ATAİİB********************, kod: 200082, muxbir hesab: AZ37NABZ********************, VÖEN**********, SWİFT: AİİBAZ 2X) keçirilməsi, Cavabdeh1 İddiaçı1 qarşı 0,20 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə iddiasının rədd olunması qət edilmişdir. İddiaçı-Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-2052/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-161/2017 saylı qətnaməsinin ləğv olunaraq iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı1 Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə iddiasının təmin olunmaması, Cavabdeh1 İddiaçı1 qarşı 0,02 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə iddiasının qismən təmin olunması, tərəflər arasında imzalanmış xx xxxx 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsinin və İddiaçı1 adına verilmiş xx xxxxxx 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid olunması, Cavabdeh1 tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatının və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 manat məbləğində dövlət rüsumunun İddiaçı1 tutularaq ona qaytarılması, iş üzrə ekspertiza xərci olan 100 manat pul İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına (kod 210005, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 manat pul vəsaitinin İddiaçı1 tutularaq, “xxxx” MMC-nin hesabına (“xxxx” ASC-nin 2 saylı Xətai filialı, İban: AZ22ATAİİB********************, Kod:200082, müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, SWİFT: AİİBAZ 2X) keçirilməsi qət edilmişdir. Qətnamədən razı qalmayan iddiaçı-cavabdeh İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)-8718/2017 saylı qərarı ilə İddiaçı1 oğunun kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)-113/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı-Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)-113/2019 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6415/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-113/2019 saylı qətnaməsi qismən-3,0x2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış,qətnamə qalan hissələrdə, yəni İddiaçı1 iddiasının təmin olmuş qalan hissəsində, eləcə də Cavabdeh1 iddiasının rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1-də yerləşən 4 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsini Cavabdeh1 almışdır. Torpaq sahəsinin alqısatqısında Xıdır adlı şəxs vasitəçilik etmiş, torpağın satış pulu olan 15000 manat pulu o, Xıdır adlı şəxsə bank vasitəsilə vermişdir. Alqı-satqı müqaviləsini isə Cavabdeh1 notariat kontorunda şəxsən imzalamışdır. Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 müqavilənin mahiyyəti ətraflı izah olunmuş, müqavilənin bir nüsxəsi Cavabdeh1 verilmişdir. Bu torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmiş və hər iki əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu barədə ona xx xxxxxx 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarış verilmişdir. Bu çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1-də yerləşən 9 saylı, 158,5 kv.metrlik fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi ona məxsusdur. Bu sahəni ona satmasına baxmayaraq, Cavabdeh1 sahənin bir hissəsini ona verməkdən boyun qaçırır və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdeh 5,78 x 6,04 x 8,87 metr ölçüdə olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada tikinti işləri aparmışdır. Ona görə də, Cavabdeh1 tərəfindən qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbi onunla əsaslandırmışdır ki, 2007-2008-ci illərdə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanda yerləşən rəsmi sənəddə 0,03 ha göstərilmiş torpaq sahəsindən 0,015 ha hissəsini 7-8 il bundan əvvəl qonşusu X1. Aralarında yaxın qonşuluq münasibəti olduğu üçün hər hansı rəsmi müqavilə bağlamamışlar. X2 həmin 0,015 ha torpaq sahəsini Xıdır adlı qohumunun vasitəsilə hazırkı cavabdeh İddiaçı1 satmışdır. Torpaq sahəsinin satılmasını Xıdır adlı şəxs həyata keçirmişdir. İddiaçı1 torpaq sahəsinə baxaraq almağa razılaşmışdır. Bir müddət keçdikdən sonra, X8 ona müraciət edərək, İddiaçı1 torpağı sənədləşdirmək istədiyini bildirmiş və onunla notariat kontoruna getməyi xahiş etmişdir. xx.xx.2013-cü ildə İddiaçı1 ilə birlikdə Abşeron rayon 1 saylı notariat kontoruna gedərək evin həyətyanı torpaq sahəsinin alqısatqı müqaviləsini bağlamışlar. Müqavilə bağlanarkən o, kontorun həyətində gözləmişdir. Sonra onu içəri çağıraraq sənədlərə qol çəkdirmişlər. Latın qrafikalı Azərbaycan əlifbasında oxuyub-yaza bilmədiyi üçün müqaviləni oxumamış, mahiyyətini anlamamışdır. Sonradan İddiaçı1 həmin ərazidə fərdi yaşayış evi tikdirmişdir. 2016-cı ilin mart ayının ortalarında ona məxsus torpaq sahəsi ilə cavabdehə aid torpaq sahəsi arasında ayrıca hasar çəkdirmək istədikdə, cavabdeh imkan verməmiş, onu söyərək təhqir etmiş, döyüb xəsarət yetirmiş və ərazinin ona məxsus olduğunu bildirmişdir. O isə həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. 2016-cı ilin may ayında onu məhkəməyə çağırmışlar. Cavabdeh onun etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsində torpaq sahəsini artıq göstərmiş və sonradan məlum olduğu kimi niyyəti mülkiyyətində olan torpaq sahəsini ələ keçirmək olmuşdur. O, müqavilədə torpaq sahəsinin ölçüsünün 0,015 ha deyil, 0,02 ha yazıldığını bilməmişdir. Ona həmçinin məlum olmuşdur ki, İddiaçı1 verilmiş torpağın koordinatlarının bir hissəsi onun evinin qarşısına düşür. Halbuki, o heç vaxt qapısının ağzının başqa şəxsə satılmasına razı ola bilməzdi. Ona görə də, xx xxxx 2013-cü il tarixli, həyətyanı sahənin alqı-satqısına dair müqavilənin və onun əsasında İddiaçı1 adına verilmiş xx xxxxxx 2015-ci il tarixli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı-Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli, 2(012)-161/2017 saylı qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə mübahisəli əqdin aldanılma və yalan məlumatlar vermə nəticəsində bağlanılmasına, onun qarşı tərəfə inanmasına, latın qrafikalı yazıları oxuya bilməməsinə əhəmiyyət verməmiş, maddi və prosssual normaları düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir. Qarşı tərəf alqısatqı müqaviləsinin üstündən bir il müddət keçməsini qəsdən ötürmüşdür ki, bu əqdin mübahisələndirməsi imkanı tükənmiş olsun. Bundan başqa, alqı-satqı əməliyyatı Natiqlə Xıdır arasında olmuş, torpaq sahəsinin pulunu Xıdır adlı şəxs götürmüşdür. O, keçmiş qonşusu Atiqəyə cəmi 0,015 ha torpaq satmış, bu sahəni isə Atiqə qohumu Xıdıra vermişdir. Onun heç vaxt 0.02 ha torpaq sahəsi satmaq fikri olmamışdır, çünki heç bir şəxs öz evinin qarşısındakı həyəti, ora girişin qarşısını satmaz. Məhkəmə bütün bu halları kifayət qədər araşdırmamış, onun iddiasını rədd edərkən bir sıra qanun pozuntusu törətmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı-Cavabdeh1, vəkilləri X9 və X7 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı-cavabdeh İddiaçı1 və onun vəkili X4 apelyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə tədqiq edilən materiallardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-6415/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-113/2019 saylı qətnaməsi qismən-3,0x2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. Ona görə də, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi araşdırılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xırdalan Bələdiyyəsinin işdə olan xx xxxx 2008-ci il tarixli, 66 saylı sərəncamından görünür ki, bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Cavabdeh1 yeni ərazidə istifadəsində olan, üzərində fərdi yaşayış evi tikdirdiyi 300 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmış, həmin torpaq sahəsinin satılması üçün DT və XK-nin Abşeron rayon şöbəsi və Abşeron rayon İçra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi müvafiq rəy vermişlər. Torpaqların alqı-satqısına dair xx xxxx 2008-ci il tarixli aktdan görünür ki, bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Cavabdeh1 fərdi yaşayış evi tikmək üçün 300 kv.metr torpaq sahəsi satılmış, torpağın dəyəri onun tərəfindən ödənilmiş və həmin akt DT və XK Abşeron rayon şöbəsində xx.xx.2008-ci ildə, 689\08 nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsini 14148 manata İddiaçı1 satmışdır. Müqavilə Abşeron rayon 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilərək, reyestrdə 4Ə-2906 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə və 158,5 kv.metrlik fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ İddiaçı1 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmış, əmlaka dair texniki pasport tərtib edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 1 ünvanında 4 saylı 132 kv.metrlik fərdi yaşayış evi və yerləşdiyi 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış, əmlaka dair texniki pasport tərtib edilmişdir. «xxxx» MMC-nin 45 saylı, xx xxxxxx 2016-cı il tarixli mütəxəssis rəyindən və ona uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 13440 saylı rəyindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşdüyü, İddiaçı1 məxsus torpaq sahəsinin 48 kv.metr hissəsinin Cavabdeh1 tərəfindən tutulması, onun tərəfindən mülkiyyətçiyə məxsus torpaq sahəsində bir neçə meyvə ağacının əkildiyi, 1 metr hündürlüyündə, 3 x 2,5 metr ölçüdə mişar daşından pilləkən inşa edildiyi müəyyən edilmişdir. “xxxx» MMC-nin mütəxəssinin tərtib etdiyi mübahisəli torpaq sahəsinin sxemindən görünür ki, sənəd üzrə İddiaçı1 məxsus torpaq sahəsinin 52 kv.m-i Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı1 məxsus torpaq sahəsi sənəd üzrə 200 kv.m olsa da faktiki istifadə etdiyi torpaq sahəsi 173 kv.m-dir və istifadə etdiyi bələdiyyə torpağı 20 kv.m-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2101 saylı, xx xxxx 2019-cu il tarixli məhkəmə ekspertizası rəyinə görə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1, ev 4 ünvanında Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi faktiki olaraq 203 kv.m. təşkil etdiyi müəyyən olunur. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1, ev 4 ünvanında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X15 tərəfindən müvafiq çıxarışda və xx.xx.2013-cü il tarixli tərtib edilmiş texniki pasportun göstəricilərinə əsasən Cavabdeh1 mülkiyyətinə 0,01 ha torpaq sahəsi verilmiş, lakin faktiki olaraq istifadəsində olan torpaq sahəsi mülkiyyətə verilmiş torpaq sahəsindən ümumi sahəsi 203 kv.m. təşkil edir ki, Cavabdeh1 istifadəsində olan torpaq sahəsi mülkiyyətə verilmiş torpaq sahəsindən 103 kv.m. artıq olduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi İddiaçı1 tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən işin digər halları ilə yanaşı işdə olan ekspert və mütəxəssis rəylərinə də istinad etmiş və müəyyən etmişdir ki, İddiaçı1 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 48 kvm. hissəsi Cavabdeh1 tərəfindən zəbt olunmuş və həmin sahədə 1 metr hündürlüyündə 3,0x2,5 metr ölçüdə mişar daşından pilləkən inşa edimişdir. Birinci intansiya məhkəməsinin qənaətinə görə 48 kvm. torpaq sahəsinin zəbt faktı öz təsdiqini tapdığından həmin sahədə inşa olunmuş 1 metr hündürlüyündə 3,0x2,5 metr ölçüdə mişar daşından pilləkən Cavabdeh1 hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınıb İddiaçı1 qanuni sahibliyinə veriməlidir. Birinci intansiya məhkəməsi bununla bağlı gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası MM-nin 152.1,152.5,157.2.157.4,164.1,165.1-ci maddələri və Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası hesab etmişdir ki, işə apelyasiya qaydasında yenidən baxan məhkəmə göstərilən hissədə tələbin əsaslılığını bir daha yoxlamalı, 1 metr hündürlüyündə, 3,0x2,5 metr ölçüdə mişar daşından pilləkənin 2013-cü ildə 0,02 ha torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanarkən mövcud olub-olmamasını, həmin pilləkənin Cavabdeh1 məxsus evin texniki pasportunda nəzərdə tutulub-tutulmadığını, onun sökülməsinin bütövlükdə binaya, onun tamlığına zərər vurub-vurmayacağını, eləcə də Cavabdeh1 məxsus evin bu pilləkəndən başqa giriş-çıxış qapısının olub-olmadığını, mübahisələndirilən pilləkənin sökülməsi nəticəsində Cavabdeh1 öz evinə giriş-çıxışının nə dərəcədə mümkün olub-olmamasını aydınlaşdırmalı və işin müəyyən edilən hallarina yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməklə mübahisəli hüquq münasibətinə göstərilən hissədə qiymət verməlidir. Məhkəmə kollegiyası iclasında qeyd olunan hissədə mübahisənin obyektiv və mahiyyətcə düzgün həll olunması üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1079 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı X15 tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 4 ünvanında Cavabdeh1 **********91-10301 reyestr nömrəli və Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında İddiaçı1 **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim olunmuşdur. Cavabdeh1 faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsinin 0,01 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı X15 tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 4 ünvanında Cavabdeh1 **********91-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə ust-üstə düşür. Cavabdeh1 faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsində 125 kv.metr tikilisi (yaşayış evi) mövcuddur. Həmin tikilinin 89 kv.metr hissəsi Dövlət Resyestri Xidmətinin 4 saylı X15 tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 4 ünvanında Cavabdeh1 **********91- 10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Cavabdeh1 faktiki istifadəsində olan 125 kv.metr tikilinin (yaşayış evi) 23 kv.metr hissəsi Döviət Resyestri Xidmətinin 4 saylı X15 tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında İddiaçı1 **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Cavabdeh1 məxsus yaşayış sahəsi sağ, sol və arxa tərəfdən qonşu fərdi evləri ilə əhatə olunmuşdur. Sol tərəfdən 0,60 metr sağ tərəfdən 0,75 metr, arxa tərəfdən isə hasara bitişik vəziyyətdədir. Bu ərazilərdən giriş-çıxış mümkün deyildir. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində digər tərəflərdən, yəni, sağ, sol və arxa tərəflərdən pilləkənlərin qoyulması mümkün deyil. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkən faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vura bilər. Məhkəmə kollegiyası tərəfindən zəbt olunmuş torpaq sahəsi və orada mövcud olan tikililərə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən hazırda İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə sonuncunun torpaq sahəsindən təyinatı üzrə istifadəsini məhdudlaşdırır. Cavabdeh1 isə həmin pilləkən söküləcəyi halda ona məxsus yaşayış sahəsindən ümumiyyətlə istifadənin mümkün olmayacağı barədə dəlili öz təsdiqini tapmamış və bu hal tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiya iclasında toplanmış sübutlarla zəbt olunmuş sahədə inşa olunmuş 1 metr hündürlüyündə, 3,0x2,5metr ölçüdə mişar daşından pilləkənin 2013-cü ildə 0,02 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən mövcud olması və həmin pilləkənin Cavabdeh1 məxsus evin texniki pasportunda nəzərdə tutulması öz təsdiqini tapmamış, Ç. Rzayeva bu barədə başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Eyni zamanda həm iş materialları, həm də zəbt olunmuş torpaq sahəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hazırd Ç. Rzayevaya məxsus yaşayış evinə giriş-çıxış bu pilləkən vasitəsilədir , lakin mübahisələndirilən pilləkənin sökülüb həmin yerdən bir neçə santımetr kənarda yaşayış evinə girişdə sağ tərəfdə, yaşayış sahəsindən çıxışda isə sol tərəfdə yeni pilləkənin inşa edilib ondan istifadə edilməsinin mümkünlüyü şəksizdir, mübahisəsizdir və bunun üçün hər hansı bir maneçilik və məhdudiyyət yoxdur. Bundan əlavə həmin pilləkənin sökülməsi bütövlükdə binanın bünövrəsinə və əsas divarlarına heç bir təsir göstərə bilməz, çünki həmin pilləkən sonradan inşa edilməklə binanın bünövrəsinə və istinad divarları ilə heç bir bağlılığı yoxdur. Bu səbəbdən də pilləkənin sökülməsi nəticəsində binanın tamlığına heç bir zərər vurulmayacağı və Ç. Rzayevanın sonradan inşa olunacaq yeni pilləkən vasitəsilə öz yaşayış sahəsindən sərbəst və mülkiyyət hüququ pozulmadan tam istifadə etməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci madəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Ekspertazası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1079 saylı ekspert rəyi ilə müyyən olur ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə digər tərəflərdən, yəni, sağ, sol və arxa tərəflərdən pilləkənlərin qoyulması mümkün deyildir. Lakin ekspert tərəfindən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə qabaq tərəfdən yeni pilləkənin qoyulmasının mümkünlüyü yoxlanılmamış, bu barədə heç bir tədqiqat işləri aparılmamış və münasibət bildirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertazası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1079 saylı ekspert rəyi həmin hissədə işin faktiki hallarına uyğun olmayıb, təkzib olunduğundan rəyin həmin hissəsi ilə razılaşmaq olmaz və tənqidi yanaşılmalıdır. Bundan başqa kassasiya instansiyası hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunan hissədə tələbin əsaslılığına qiymət verərkən Cavabdeh1 öz evinə başqa giriş-çıxışının olmadığını, eləcədə söküntünün qeyri mümkünlüyünü müəyyən etdiyi təqdirdə Mülki Məcəllənin 173- cü maddəsinin hazırkı mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməlidir. İşin həqiqi halları ilə müəyyən olur ki, mübahisəli pilləkənin sökülüb, bir qədər kənarda yeni pilləkənin inşa edilməsi və Ç. Rzayevanın öz evinə giriş-çıxışının məhz həmin yeni pilləkən vasitəsi ilə sərbəst, tam və heç bir məhdudiyyət olmadan təmin edilməsi mümkündür və məhkəmə kollegiyasının iclasında Ç. Rzayeva Azərbaycan Respublikası MM-nin 173-cü maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünə etiraz edərək razılaşmamışdır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edib, qeyd olunan maddi hüquq normalarının tələblərini, işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münsibətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0x2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınıb İddiaçı1 qanuni sahibliyinə verilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı-Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv edilib, iddianın həmin hissəsində rədd olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. . Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsində işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı-Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-Cavabdeh1 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-161/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı-Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Elman Rəhimov
Məhkəmə qərarları › İş №2(105)-90/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-90/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver