Məhkəmə qərarları › İş №2(105)-907/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-907/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-907/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-27/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı və Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 500 manat pulun alınıb ona verilməsi və yaxud cavabdehin ona vurduğu maddi ziyanı öz hesabına bərpa etməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Qızmeydan kənd icra nümayəndəsi vəzifəsində işləyən Cavabdeh ilə qonşudur. Belə ki, Qızmeydan kəndində onun evinin arxasında cavabdehin evi yerləşir. Cavabdeh, 29 mart 2023-cü il tarixdə özünün məhləsindəki ağacları kəsdirib. Kəsilmiş həmin ağaclardan bir neçəsi iddiaçının evinin və əkin sahəsinin üstünə düşmüşdür. Nəticədə evinin üstündəki 20-25 ədəd saxsı sınaraq yararsız hala düşmüşdür. Bundan əlavə, taxtaların baş hissəsi sınmış, evində qaz sobasının borusu əyilmişdir. Kəsilmiş ağaclardan onun əkin sahəsinin içərisinə düşənləri də var. İddia ərizəsinə qeyd etdiyi faktların fotoşəkillərini də daxil edib. Həmin fotoşəkillərdən aşkar görünür ki, qonşuluğunda yaşayan Cavabdeh həqiqətəndə onun evinə xeyli ziyanlıq vurmuşdur. Ondan nə üçün belə etdiyini soruşanda “yaxşı edirəm, get kimə şikayət edirsən et” deyə cavab verib. Cavabdehə mülayimcəsinə söz demək mümkün deyil, bir kəlmə söz deyən kimi adamla çox kobud danışır. Nümunə üçün surətlərini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsindən ona və həyat yoldaşına göndərilmiş digər 15 yanvar 2018-ci il tarixli, 188-724-1218 saylı və xx.xx.2018-ci il tarixli, 188-82801-3218 saylı cavab məktublarını da açıqlayır. Həmin cavab məktublarından aşkar görünür ki, Cavabdeh məişət sularını həyətyanı sahəyə axıtması nəticəsində o, DİNin 102 xidmətinə şikayət edib. O cümlədən həyat yoldaşı Minəxanım İsmayılova, Cavabdeh tərəfindən təhqir olunduğuna görə Şamaxı Rayon Polis Şöbəsinə məlumat verib. Lakin bütün hallarda haqlı şikayətlərinə X8 və Polis tərəfindən laqeyd yanaşılmış və nəticəsiz qalmışdır. Onlara bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Cavabdeh 1000 hektarla torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olur. Bu məqsədlə səhər saat 05:00-dan axşamadək traktorla cavabdehə məxsus çox böyük ərazidəki torpaqda şumlama və digər işlərlə məğul olurlar. Məlumdur ki, səhər saat 05:00-da onlar yatmış vəziyyətdə olsalar da cavabdehin torpaq sahəsində işləyən traktorların səs-küyündən normal yata bilmirlər, həmçinin istirahətləri də pozulur. Odur ki, cavabdehə qarşı qanunla müəyyən edilmiş qaydada tədbir görülməlidir. Ona dəymiş ziyanı təxminən 500 manat civarında qiymətləndirir. Ona ziyan vurmuş cavabdeh dəymiş ziyanın əvəzi olaraq ya 500 manat pulu ödəsin yaxud da o, özü xərc çəkib vurduğu ziyanı bərpa etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-27/2024 nömrəli qətnaməsi tam ədalətsiz və əsassızdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/5028 saylı ekspert rəyində Şamaxı rayonu Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinin üstündəki saxsıların sınması səbəbinin müəyyən olunmasının tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığı yazılmış, həmçinin onun yaşadığı fərdi yaşayış evi üzrə təqdim olunmuş qüsurların aradan qaldırılması üçün çəkilməli xərc orta bazar qiymətləri üçün təqribən 200 (iki yüz) manat olması müəyyən olunması qeyd edilmişdir. Daha sonra Şamaxı Rayon Məhkəməsi tərəfindən “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad edilmişdir. Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına daxil edilmiş JN-167A, 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətində Şamaxı Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə X4 Rayonu Qızmeydan kəndində yerləşən 0.50 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi yekunda bildirmişdir ki, Şamaxı rayonu Qızmeydan kəndində yerləşən torpaq sahəsi və orada tikilmiş iddiaçının yaşadığı ev – xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmadığından iddia tələbi təmin edilə bilməz. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsi tərəfindən işin faktiki halları tam aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış və iş üzrə qanunlar və normativ hüquqi aktlar düzgün tətbiq və təfsir edilmədiyindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün qətnamə qət edilməmişdir. Əvvəla cavabdeh U.Y.Vasilyevna milliyyətcə azərbaycanlı deyil, o qeyri-millətin nümayəndəsi kimi Şamaxı Rayon Qızmeydan kəndində qeyri-qanuni olaraq İcra Nümayəndəsi vəzifəsində uzun müddət işləməklə azərbaycanlılara qarşı olduqca çox kobud və pis münasibət göstərir. O, azərbaycanlılara çox aşağı səviyyədə baxır, onlara qarşı çox bəd rəftar edir və həmişə vəzifə səlahiyyətindən sui-istifadə etməklə özünü hamıdan üstün hesab edir. Onun danışığı həmişə çox kobud tərzdədir, təhqiramiz və nalayiq ifadələri, küçə söyüşlərini tez-tez işlədir və vətəndaşları həmişə təhqir edir. Cavabdeh U.Y.Vasilyevna birinci instansiya məhkəməsində də tərcüməçi tələb edərək çox kobud tərzdə danışdı. Doğrudan da əgər o, Azərbaycan dilində danışa bilmirsə və başa düşmürsə, bəs indiyədək o, Şamaxı Rayon Qızmeydan kəndinin İcra Nümayəndəsi kimi vəzifəsini necə idarə edir. Qanunların pozulmasını birinci burada axtarmaq lazımdır. Yaşadığı evin çıxarışı yoxdursa, onda belə çıxır ki, U.Y.Vasilyevna istənilən vaxt onun evini uçurub-dağıda bilər, evini yandırıb külə döndərə bilər. O da şikayət edərkən bu zaman deyiləcək ki, evin onun adına çıxarışı olmadığına görə narazılıq və şikayət edə bilməz. Halbuki, ilkin mediasiya prosesində cavabdeh U.Y.Vasilyevna razılığa gəlmişdi ki, onun evinə və əkin sahəsinə vurduğu maddi ziyanı öz hesabına həll edəcəkdir. Lakin sonradan o fikrini dəyişib öz dediyini icra etmədi. Evinin yerləşdiyi torpaq sahəsi bacısı Nargilə İsmayılovanın adınadır və evinin də onun adına çıxarışı yoxdur. Məhkəmənin belə hərəkət etməsi korrupsiya hüquqpozmasıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində yazıldığı kimi dəfələrlə bildirdi ki, bacısı Nargilə İsmayılova həmin evə dair bütün hərəkətləri etməyi ona həvalə etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunları düzgün tətbiq etməyərək bu halı da nəzərə almadı. Qeyd edir ki, cavabdeh U.Y.Vasilyevna ona ziyan vurmaqla nəticələnmiş sözügedən ağacları kəsərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsindən icazə almalı idi – lakin o bunu da etməmişdir. Belə ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış və iş üzrə qanunlar və normativ hüquqi aktlar düzgün tətbiq və təfsir edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən çıxır ki, evin onun adına çıxarışı yoxdursa, onda cavabdeh və istənilən şəxs onun yaşadığı evi uçurub-dağıda, yandıra bilər. Lakin bu halda hadisəni törədən şəxsdən şikayət edə bilməz, ona qarşı mülki iddia qaldıra bilməz və sair. Bu absurddur və həm də özbaşınalığı himayə etməkdir. Apellyasiya şikayətinə yuxarıda qeyd etdiyi faktların fotoşəkillərini də çəkib yenidən daxil edir. Həmin fotoşəkillərdən aşkar görünür ki, qonşuluğunda yaşayan Cavabdeh həqiqətən də onun evinə xeyli ziyan vurmuşdur. Fotoşəkildən görünür ki, cavabdeh U.Y.Vasilyevnanın tövləsinin arxasında 7 (yeddi) ədəd eninin diametri 15-22 sm olan hündür ağaclar var idi. O, həmin ağacların hamısını kəsdirib ona məxsus kartof əkilmiş torpaq sahəsinə yıxmış və nəticədə ona ziyan vurmuşdur. O öz evin həyətinə kamera quraşdırmaq üçün bu ağacları kəsdirmişdir. Digər fotoşəkildən isə küçədə qovaq ağacının olması görünür. Bu ağacın eninin diametri 40 sm, hündürlüyü isə 15-16 metrdir. Fotoşəkildən aşkar görünür ki, sözügedən ağacın budağı kəsilmişdir. Bunu cavabdeh U.Y.Vasilyevna etmişdir. Belə ki, o, həmin ağacın böyük bir budağını kəsdirib onun yaşadığı evin damının üstünə yıxmış və nəticədə ona iddia ərizəsində qeyd etdiyi kimi ziyan vurmuşdur. O, dəymiş maddi ziyanın həll edilməsini məhkəmədən əvvəl cavabdehdən xahiş etsə də, o müraciətinə məhəl qoymadı. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-27/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Beləliklə, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında evin yerləşdiyi torpaq sahəsi ona məxsus olsa da, həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin qardaşı İddiaçı məxsus olmaqla faktiki olaraq sonuncunun sahibliyində və istifadəsində olduğunu bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olmayan fərdi yaşayış evinə vurulmuş ziyanı mübahisələndirməsi ilə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şamaxı rayon Qızmeydan kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi iddiaçının bacısı N.İsmayılovaya məxsus olsa da, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı sahibliyində və istifadəsində olması işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarətdir ki, cavabdeh ağacların çöldə olan işıq naqillərinə maneəçilik törətdiyindən yanğın olmasın deyə kəsdirmiş, həmin vaxt ağacın bir neçə budağı iddiaçının yaşadığı həyətyanı sahəyə və orada yerləşən evin damına düşmüşdür. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinin əsası kimi iddiaçını bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmaması ilə əsaslanmış, lakin bu zaman torpaq sahəsi iddiaçıya məxsus olmasa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olmasını nəzərə almamışdır. Halbuki, istər tərəflər, istərsə də torpaq sahəsinin mülkiyyətçisi N.İsmayılova həmin evin iddiaçının istifadəsində olmasını mübahisələndirməmişlər. Bu mənada iddiaçı Mülki Məcəllənin 157.8, 158.2, 158.4, 159, 164.1 və 165.1-ci maddələrinin tələbi baxımından mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Baxılan iş üzrə iddia tələbi dəymiş ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 1096.1., 1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5028 saylı ekspert rəyindən görünür ki, İddiaçı yaşadığı Şamaxı rayonu Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinin üstündəki saxsıların sınmasının səbəbini müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə adi deyildir. Aparılmış tədqiqatla Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evi üzrə təqdim olunmuş qüsurların aradan qaldırılması üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 200 manat məbləğində müəyyən olunur. Qeyd etmək lazımdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddələrdə ifadə olunmuş dispozisiya şərtlərinə əsasən isə bu cür iddianın təmin olunması üçün əmlaka zərərin vurulması, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması vacibdir. Hazırki işdə də qeyd olunan hallar mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən dəymiş maddi ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş 200 (iki yüz) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı dəymiş maddi ziyana görə Cavabdeh 200 (iki yüz) manat alınaraq iddiaçıya ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar