Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-913/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-539/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Hər zaman normal münasibətləri olmuşdur. Bir müddət əvvəl cavabdeh onunla əlaqə saxlayaraq borc pul lazım olduğunu bildirmişdir. O isə cavabdehlə olan münasibətlərinə, eləcə də yaxşı yerdə işləməsinə və əmək haqqısının yüksək olmasına görə ona etibar etmiş, 15000 manat məbləğində nəğd pul vermişdir. Pulu verən zaman aralarında xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilədə ondan qeyd olunan məbləğdə borc aldığını, aylıq 1000 manat olmaqla, 15 ay ərzində borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, müqavilədə qeyd edilmişdir ki, cavabdeh borcu ödəməyəcəyi halda məhkəmə qaydasında qətnamə çıxarıldıqdan sonra əmək haqqısından aylıq 1000 manat tutulmasına etiraz etmir. Cavabdeh aylıq pulun çıxarılması üçün maaş kartını ona versə də, sonra da kartı başqa özünəməxsus digər bir karta yönəltmiş, bu səbəbdən də çıxarış etmək mümkün olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh iddiaçıdan dəfələrlə faizə borc almışdır. Son götürdüyü məbləğ iddiada göstərləndən dəfələrlə azdır. İddiada ondan tələb olunan məbləğ borc və faizlərlə birlikdə hesablanmışdır. Halbuki cavabdeh borcundan iddiaçıya müəyyən məbləğlərdə ödənişlər etmişdir. Hətta cavabdehin əmək haqqı kartı da iddiaçıda olmuşdur. Oraya köçən əmək haqqını iddiaçı kartdan çıxararaq borcdan siləcəyini bildirmişdir. Amma qaldırılan iddiadan bəlli olur ki, cavabdehdən həm faizlər, həm də əslində ödəmiş olduğu məbləğlər də tələb olunur. Bu səbəbdən iddia bu formada təmin edilə bilməz. Cavabdehin özünün hesablamasına görə onun iddiaçıya 5000 manat məbləğində borcu vardır. Bütün bunlara görə də iddianın qismən, 5000 manat məbləği hissəsində təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-539/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh Nurəlıi oğlundan 4000 manat borc və ödənilmiş 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-539/2023 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-539/2023 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuzdur. İlk öncə məhkəmənin öz qətnaməsini əsaslandırmasına nəzər salsaq görünür ki, əsaslanma hissəsi yalnız maddi və prosesual hüquq normalarından ibarətdir, yəni, məhkəmə hüquq normalarını qeyd etsə də nəyə münasİbətdə həmin normalara istinad etdiyini qeyd etməmiş, bir sözlə qətnamənin əsaslandırmasını aparmamışdır. Cavabdeh tərəfindən 15.000 manat məbləğində pulun alınması və ödənməməsi işin mübahisəsiz halıdır. Belə ki, ortada olan borc müqaviləsi, cavabdehlə aparılmış yazışmalar, eləcə də məhkəmə araşdırması zamanı ortaya çıxmış hallar bunu təsdiq edir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 15000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024cü ilin fevral ayına kimi ödəməyi öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. Cavabdeh özü vatsap yazışmasında pulu xərclədiyini, maddi vəziyyətinin pisləşdiyini bildirmiş və bununla da borcun qaytarılması üçün təhlükə yaranmışdır. Özü hazırda maddi vəziyyətinin pisləşdiyi üçün pulun tutulması ilə bağlı məhkəməyə müraciət etməyini və hər ay əmək haqqısından tutularaq ona ödənilməsini istəmişdir. Bununla da cavabdeh maddi vəziyyətinin pisləşməsini və pulun məhkəmə qərarı ilə hissə-hissə ödəyəcəyini bildirərək müqavilənin şərtini pozmuşdur. Belə olan halda məhkəmənin cavabdehin maddi vəziyyətinin pisləşdiyini göstərən sübutları istəməsi nə dərəcədə düzgündür? Cavabdeh özü müstəqil şəkildə vəziyyətinin pisləşdiyini və müqaviləyə uyğun olaraq pulu ödəməyəcəyini bildirərək müqavilənin şərtini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmənin iddia tələbini qismən təmin etməsinin heç bir hüquqi əsası yoxdur. Qətnaməyə də nəzər salsaq məhkəmə öz qərarında hüquq normalarını göstərsə də, nəyə görə onlara istinad etməsini və iddianın qismən təmin edilməli olduğunu əsaslandıra bilməmişdir. Cavabdeh açıq-aşkar borcu ödəyə bilməyəcəyini bildirmiş, əmək haqqı kartını iddiaçıya verməsinə baxmayaraq sonradan kartı blok etdirərək maaşını özü çəkməsi və özünə etibarı olmadığı üçün iddiaçıya “get məhkəməyə ver, qoy məhkəmə özü hər ay maaşımdan tutsun” deməsi onun müqaviləni pozmasını, yəni bundan sonra özünün könüllü olaraq pul ödəməyəciyinə, yalnız məhkəmə qərarı ilə ödəyəcəyinə dəlalət edir. Bütün bu halların öz təsdiqini tapmasına baxmayaraq məhkəmə yenə də müqavilənin müddətinin başa çatmadığını əsas götürmüş və qərarını buna görə vermişdir. Həmçinin qeyd edir ki, cavabdehin vəkili də məhkəmə iclasında iştirak edən zaman müddət məsələsinə qəti şəkildə toxunmamış, borcun məbləği ilə bağlı mübahisə etmişdir. Bu da cavabdeh tərəfin müqavilənin şərtini pozduğunu və müqavilə ilə müəyyən edilmiş müddətlə pulu ödəməyəcəyinin sübutudur. Onlar yalnız pulun məbləğində mübahisə etmiş, lakin məhkəmə araşdırması ilə borcun 15.000 manat olması faktı öz təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iş üzrə iddiaçı tərəfi uzun zamandır ki, tanıyır. O, uzun zamandır ki, iddiaçıdan borc kimi pul götürmüş və sonradan qaytarmışdır. Son dəfə də pula ehtiyacı olduğuna görə iddiaçıdan borc almışdır. Razılaşmaya görə aldığı borc məbləğini hissə-hissə ödəyəcəkdir. Bundan sonra o, aldığı borcun bir hissəsini iddiaçıya ödəsə də, o bu məbləğin az olduğunu bildirmiş və borcun hamısını tələb etmişdir. Lakin onların razılaşması məhz borcun hissə-hissə ödənilməsindən ibarət idi. Aralarında olan razılaşmaya əsasən o, imkanı olduqca bu pulu ödəyəcəkdir. O, bu razılaşmaya riayət etsə də, İddiaçı aralarında olan razılaşmaya əməl etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə tamamilə qanunsuz bir tələbdir. Çünki o, bu borcun bir hissəsini ödəmiş və borcun ödənilməsini də davam etdirəcəkdir. Sumqayıt Şəhər Məhkəməsi isə tamamilə qanunsuz olaraq xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianı qismən təmin etmişdir. Belə ki, onun bu məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. Buna görə də bu məbləği hissə-hissə ödəyir. Lakin, məhkəmə bütün bunları nəzərə almadan iddianı qismən təmin edərək ondan 4060 manat məbləğində pulun tutulmasını qət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılmasını və cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzpə yeni qətnamə qəbul edilməli, Cavabdeh 15.000 manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 (yüz otuz beş) manat və apellyasiya şikayətnin verilməsi üçün ödənilmiş 66 (altmış altı) manat olmaqla cəmi 201 (iki yüz bir manat) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc pul almışdır. O, borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda o öz öhdəsinə düşən pul məbləğini vaxtında ödəmədiyi və yaxud fikir ayrılığı yaranacağı təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında işinə baxılaraq hər ay maaş kartından 1000 manat pulun tutularaq İddiaçı ödənilməsinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 15000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi ödəməyi öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. İddiaçı borcu vaxtından əvvəl bütünlüklə tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılmasının vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları borc müqaviləsidir. Tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılmasının vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmadığından, bunun üçün qanunvericilikdə təsbit olunmuş şərtlər mövcud olmadığından, habelə, borc alanın əmlak vəziyyətinin pisləşməsinə, borcun qaytarılması tələbi üçün təhlükə yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, lakin borcun hissə-hissə qaytarılması şərtləşdirildiyindən iddia qismən əsaslıdır. Belə ki, müqavilə bağlanandan hazırki qərar verilən tarixədək dörd ay keçdiyindən və cavabdeh hər ay 1000 manat pul qaytarmaq öhdəliyi daşıdığından, bu vaxtadək iddiaçıya ödənilməli məbləğ 4000 manat təşkil edir. Sadalananlara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh Nurəlıi oğlundan 4000 manat borc və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 15000 manat məbləğində borc pul götürdüyü, həmin borc məbləğini hər ay 1000 manat olmaqla, 15 ay müddətinə 2022-ci ilin noyabr ayından 2024cü ilin fevral ayına kimi ödəməyi öhdəsinə götürsə də, müqavilənin şərtlərinə əməl etmədiyi, hər ay ödəməli olduğu borc məbləğini İddiaçı ödəmədiyi, eləcə də məhkəmə kollegiyasının iclasında iddiaçının izahatı ilə iddiaçı ilə cavabdehin əvvəllər dost münasibətində olduqları, cavabdehə pul lazım olduğu üçün iddiaçıdan borc pul aldığı, iddiaçının sonradan cavabdehin qumara qurşandığını bildiyi, cavabdehin özü də watsap yazışmasında pulu xərclədiyini, borcunun çox olduğunu və maddi vəziyyətinin pisləşdiyini bildirməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli keçirilmiş iclasında iddiaçı həmçinin cavabdehin onunla olan dostluq münasibətlərindən istifadə edərək əmək haqqı kartını ona verərək borc müqaviləsi bağlamağa nail olduğunu, lakin cavabdehin başqa borcları olduğundan əmək haqqı kartını bağlatdığını, cavabdehin vəkillə müqavilə bağlamasının əsas məqsədinin borcun qaytarılması müddətini uzatmaq olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla əlaqədar cavabdeh iddiaçıya verilmiş əmək haqqı kartından məhz iddiaçının istifadə edərək müvafiq pul məbləğlərinin çıxarılmasını qeyd etsə də, müqavilə bağlandıqdan sonra məhz iddiaçıya verilmiş əmək haqqı kartı vasitəsi ilə hansı məbləğlərdə pul çıxarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hesab edildiyindən və bu hallar borcun qaytarılması üçün təhlükə yaratdığından iddiaçı 15.000 manat məbləğində borcun vaxtından əvvəl geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 15.000 manat borc tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində onlar arasında olan razılaşmaya əsasən borc məbləğinin hissə-hissə ödəniləcəyinin qeyd edildiyini, iddiaçıya bu məbləğdən ödəniş etdiyini, lakin iddiaçının bu məbləğin az olduğunu bildirdiyini və borcun hamısını tələb etdiyini və bunun qanunsuz olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən borcun hissə-hissə hər ay 1000 manat olmaqla, 15 ay müddətinə ödənilməsi qeyd edilsə də, cavabdeh borc müqaviləsi bağlandığı vaxtdan hazırki vaxtadək borc məbləğindən heç bir ödəniş etməmiş, həmin borc məbləğinin hissə-hissə ödənilməsini təmin etmək məqsədilə əmək haqqı kartını iddiaçıya verməsinə baxmayaraq sonradan maaş kartını blok edərək tutulmaların aparılmasına mane olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar cavabdeh tərəfindən borc məbləğinin ödənilməsindən qərəzli olaraq boyun qaçırma hesab edildiyindən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 (yüz otuz beş) manat və apellyasiya şikayətnin verilməsi üçün ödənilmiş 66 (altmış altı) manat olmaqla cəmi 201 (iki yüz bir manat) dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 15.000 (on beş min) manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 (yüz otuz beş) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66 (altmış altı) manat olmaqla cəmi 201 (iki yüz bir manat) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-539/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 (yüz otuz beş) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66 (altmış altı) manat olmaqla cəmi 201 (iki yüz bir manat) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-913/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-913/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver