Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-916/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e- 2(029)-368/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat faiz borcu olmaqla, cəmi 7012.03 (yeddi min on iki manat üç qəpik) manat borcun və 90.53 (doxsan manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı ASC məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh 17 yanvar 2020-ci il tarixli, 301804-69205/1 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixə 5392.01 manat əsas borc, 4554.22 manat məbləğində faiz borcu olmaqla, cəmi 9946.23 (doqquz min doqquz yüz qırx altı manat iyirmi üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 90.53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tariхli, 301804- 69205/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 25% dərəcəsi ilə 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 08 fevral 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat faiz borcu оlmaqla, ümumilikdə 7012.03 (yeddi min on iki manat üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Qusar Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(029)-368/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17 yanvar 2020-ci il tarixli, 301804- 69205/1 nömrəli kredit müqaviləsi üzrə 5392.01 manat məbləğində əsas borc və 497.57 manat məbləğində faiz borcu olmaqla, cəmi 5889,58 (beş min səkkiz yüz səksən doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 90.53 (doxsan manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASCnin hesabına keçirilməsi, iş üzrə 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(029)-368/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişatında işin baxılması uzun müddət çəkdiyi üçün Bank tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verilərək, cavabdehdən 26 oktyabr 2022-ci il tarixinə kredit müqaviləsi üzrə 5392.01 manat məbləğində əsas bоrc, 4554.22 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 9946.23 manat məbləğində kredit bоrcunun tutulması tələb edilmişdir. Mülki Məcəlləyə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Bank tərəfindən 26 oktyabr 2022-ci il tarixinə kimi cavabdehin ödəməli olduğu əsas borcun, faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə Bank tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən verilmiş ərizəni icraata qəbul etmiş, lakin iş üzrə yekun qərar qəbul edərkən ilkin iddia verilərkən tələb olunan borc məbləğinə istinad etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizəyə belə bir qiymət vermişdir ki, iddiaçı ilə cavabdeh arasında olan borc münasibətləri hazırda da davam edir, kredit müqaviləsinin müddəti bitməmişdir, cavabdehin iddiaçıya olan borcunun məbləği gündəlik olaraq dəyişir və bu səbəbdən də məhkəmə hazırkı halda iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsi üzrə qətnamə çıxarılmasını məqsədəmüvafiq hesab etməmişdir. Hesab edirlər ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehlə Bank arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 17 yanvar 2024-cü il tarixdə bitir və qeyd olunan maddi hüququ normasına əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, məhkəmə gedişatı uzandığı üçün və cavabdeh tərəfindən də bu müddətdə heç bir ödəniş edilmədiyi üçün iddiaçı olaraq, Bankın iddia tələbinin həcminin artırılması ilə bağlı hüququ yaranmış olur. Məhkəmə isə verilmiş iddia tələbinə uyğun qətnamə qəbul etməli idi. Məhkəmə işə baxarkən işin hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə şəxsi istehlak məqsədi üçün 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 25 faiz dərəcəsi ilə, 48 ay müddətinə 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit götürmüşdür. Belə ki, 08 fevral 2022-ci il tarixə borcalanın Banka 5392.01 manat məbləğində əsas borc və 1620.02 manat məbləğində faiz borcu olmaqla, cəmi 7012.03 (yeddi min on iki manat üç qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 267 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7039 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 17 yanvar 2020-ci il tarixli 301804- 69205/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 5786.22 manat əsas borc, 497.57 manat faiz borcu olmaqla, cəmi 6283,79 manat məbləğində borcunun olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 301804-69205/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 25% dərəcəsi ilə 6910 (altı min doqquz yüz on) manat məbləğində kredit verilmiş, borcalan əsas öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin banka 5786.22 manat əsas borc, 497.57 manat faiz borcu olmaqla, cəmi 6283,79 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyində cavabdehin banka olan əsas borcunun məbləği 5786.22 manat göstərilsə də, iddiaçı özünün iddia ərizəsində cavabdehdən əsas borca görə 5392.01 manat məbləğində pul tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən əsas borca görə 5392.01 manat, faiz borcuna görə isə ekspert rəyində göstərildiyi kimi 497.57 manat olmaqla, cəmi 5889,58 manat məbləğində borc tutularaq İddiaçı ASC-nin hesabına keçirilməli olmasını əsaslı hesab etmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh əsas və faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7039 saylı ekspert rəyi ilə tərəflər arasında imzalanmış 17 yanvar 2020-ci il tarixli 301804- 69205/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 5786.22 manat əsas borc, 497.57 manat faiz borcu olmaqla, cəmi 6283,79 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışında Cavabdeh 17 yanvar 2020-ci il tarixli, 301804-69205/1 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixə 5392.01 manat əsas borc, 4554.22 manat məbləğində faiz borcu olmaqla, cəmi 9946.23 (doqquz min doqquz yüz qırx altı manat iyirmi üç qəpik) manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək 5392.01 manat məbləğində əsas borcun tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq faiz borcunun tutulması ilə bağlı hissədə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən 497.57 manat məbləği əsas götürərək faiz borcunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası ekspert rəyini faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Republikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.” Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia ilə müqavilə müddəti bitmədən iddia qaldırmışdır. Bu isə müqavilənin ləğvi ilə əlaqədar öhdəliklərə xitam verilməsi anlamını ifadə edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(029)-368/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-916/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-916/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver