Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-919/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2, “xxxx“ MMCyə qarşı borcun tutulması və əvəzləşdirilməsi tələbi və cavabdehlər “xxxx“ MMC-nin və Cavabdeh2 cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan «xxxx» ASC-yə qarşı kredit müqavilələrinin vaxtından əvvəl ləğv olunması, əldən çıxmış faydanın tutulmasına dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(102)-5/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2, “xxxx“ MMC-yə qarşı borcun tutulması və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. iddiaçı “xxxx“ MMC və Cavabdeh2 cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan «xxxx» ASC-yə qarşı kredit müqavilələrinin vaxtından əvvəl ləğv olunması, əldən çıxmış faydanın tutulmasına dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(102)-5/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Şövkət Nəcəfova) Qətnamədən ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 apelyasiya şikayəri vermişlər. İşə apelyasiya məhkəməsində baxılan zaman iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətindən imtina etdiklərini, apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə apelyasiya məhkəməsində baxılan zaman Cavabdeh2 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək İmanverdiyev Beytulla Dadaş oğlu ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətindən imtina etdiklərini, apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş ərizələrini müzakirə edərək hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Abşeron Rayon Məhkəməsinin 2(102)-5/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 apelyasiya şikayətləri üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətlərdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətlərindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətlərindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(102)-5/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 apelyasiya şikayətlərindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(102)-5/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-919/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-919/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver