Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-921/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1 Kredit Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 235.67 (iki yüz otuz beş manat 67 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat və cərimə üzrə 0.00 (sıfır) manat olmaqla, ümumilikdə 235.67 (iki yüz otuz beş manat 67 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin X1 Kredit Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 235.67 (iki yüz otuz beş manat 67 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat və cərimə üzrə 0.00 (sıfır) manat olmaqla, ümumilikdə 235.67 (iki yüz otuz beş manat 67 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin X1 Kredit Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Çingiz İsgəndərov). Şabran Rayon Məhkəməsinin 2(031)-649/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət vermiş, Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia qadırmasından xəbəri olmayıb, məhkəmə iclası barədə ünvanına hər hansı məlumat göndərilməyib, məhkəmə qətnaməsini xx xxxxxx 2020-ci iltarixdə almışdır. Qərardada göstərildiyi kimi qətnaməni xx xxxxxxxx 2020-ci il tarixdə almamışdır. Odur ki, Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Şabran Rayon Məhkəməsinin 2(031)-649/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə imza edilməklə alınmasını, apelyasiya şikayətini müddət ötürülməklə verilməsini, Cavabdeh1 prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim etməməsini müəyyən edərək apelyasiya şikayətini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 360,363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-649/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iş üzrə tərəflərə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, qətnamə Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə alınmışdır. (i.v.27-28) İş materiallarından o da görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona verilməsini xahiş etmiş, məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə təkrarən ona göndərilmiş, xx.xx.2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə apelyasiya şikayətinin geri qaytarması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-130.3-cüi maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilir ki, barəsində şikayət verilən qətnaməni Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə almış, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, şikayəti 2 ay 14 gün müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da Cavabdeh1 müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, qanunvericiliyin tələbinə görə Cavabdeh1 qətnamədən xx.xx.2020ci il tarixdə apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə də verməli idi. Lakin belə bir ərizə verilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, Cavabdeh1 qətnaməni xx.xx.2020-ci il tarixdə almasını bildirsə də iş materiallarından görünür ki, cavabdeh qətnaməni ilkin olaraq xx.xx.2020-ci ildə, ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət etdikdən sonra təkrarən ona göndərilmiş qətnaməni xx.xx.2020-ci il tarixdə almışdır (i.v.35). Bununla da qətnamənin xx.xx.2020-ci il tarixdə alınmasına dair dəlili də təkzib edilir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2(031)649/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-921/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-921/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver