Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-927/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(060)-414/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında Notariat Ofisində xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə 11464 manat borcun və Cavabdeh2 iddiaçıya olan 4768 manat borcun və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 il əvvəl tanışı Şəlalə vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Sonradan Şəlalə xanım Cavabdeh1 bir neçə banka olan borclarının bağlanmasını və Aydanın sərbəst biznes fəaliyyəti göstərməyinə şərait yaradılması xahiş etmişdir. O zaman iddiaçı bir az tərddüd etsə də, sonradan tanışının xahişini yerə salmamışdır. Ona görə də o, Cavabdeh1 3 banka olan borcunu bağlamışdır. Sonra isə onlar belə razılığa gəliblər ki, Aydan təkrar bankdan kreditə aşağı faizlə pul götürərək və ilk növbədə ona olan borcunu qaytarsın. Aydan iddiaçıya olan bocunu bağlamışdır. Ona görə iddiaçının ona etibarı yaranmışdır. Bir müddət sonra cavabdeh Aydan yenidən bankdan kredit götürmək istəmiş və bununla əlaqədar onun banklara olan ümumilikdə 25500 manat borcunu ödətdirib daha böyük məbləğdə kredit götürmək istədiyini bildirmişdir. Onunla olan danışıqlardan iddiaçının ona kömək etməyini və 25500 manatı banklara ödəməyi xahiş etmişdir. İddiaçı Cavabdeh1 banka olan kredit borcunu ödəmişdir. Bu barədə ödəniş çekləri vardır. Bir müddət sonra Aydan banklardan daha böyük məbləğdə pul götürəcəyini bildirməsinə baxmayaraq, lakin böyük məbləğdə kredit götürə bilməmişdir. Lakin sonrdan iki bankdan 6000 manat və 7000 manat olmaqla cəmi 13000 manat olmaqla kredit götürərək iddiaçıya olan borcunun 13000 manatını ödəmişdir. Daha sona Aydan başqa bir bankdan 7000 manat pul götürməyinə baxmayaraq, lakin ona olan borcunu qaytarmamışdır. Həmin vaxta Cavabdeh1 ona olan borcu 12500 manat təşkil etmişdir. Daha sonra Aydan rəfiqəsi Cavabdeh2 banka olan kreditlərini bağlamağı, onun daha böyük məbləğdə kredit götürək iddiaçıya olan borcunu ödəyəcəyi vədi ilə onu inandırmışdır. Ona görə də iddiaçı Günelin Unibanka və Vtb banka olan 4395 manat və 4768 manat borcunu ödəmişdir. Bu barədə ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Lakin Günelin borcunu ödədikdən sonra Günel bir müddət ondan qaçıb gizlənmiş, sonradan Günel tərəfindən aldadıldığını başa düşmüşdür və borcunu tələb etməyə başlamışdır. Günel iddiaçının tələbinin getdikcə sərtləşdiyini hiss etdiyi üçün borcunun 4350 manatını ödəmiş və 4768 manatın isə ona aid olmadığını və Aydandan tələb etməyini bildirmişdir. Lakin bu vaxta kimi nə Aydan, nə də Günel iddiaçıya olan borclarını ödəməmişdir. Həmin vaxtlarda Aydan ona bildirmişdir ki, onun Sumqayıt şəhərində bir neçə nəfərə çoxlu borcu vardır və həmin borcları qaytarmaq istəyir. O zaman iddiaçı ona borcunun yalnız notariat qaydasında verə biləcəyini bildirmişdir. Ona görə də onlar birlikdə notariat ofisinə gedərək xx.xx.2023-cü il tarixində 20000 manat həddində kredit müqaviləsi bağlamışlar və notariusda Aydana 20000 manat pul vermiş və o zaman Aydan İddiaçı aldığı pulun əvəzində mənzilinin çıxarışını ona vermişdir. Aydan iddiaçıya hissə-hissə olmaqla köhnə borcların azaldılması məqsədi ilə ödənişlər etmiş və ona olan köhnə borcunun bir hissəsini ödəsə də, lakin cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan kredit müqaviləsi üzrə 11464 manat borcunu ödəməmişdir. Hazırda kredit müqaviləsi üzrə Aydanın İddiaçı olan 11464 manat və Günayın isə 4768 manat borcu vardır. Bu barədə bank ödəniş qəbzləri və kredit müqaviləsi vardır. Cavadehlərdən borclarının qaytarılması üçün pretenziya qaydasında müraciət etməsinə baxmayaraq, cavabdehlər onun pretenziyasına cavab verməmişlər və iddiaçıya olan borcların qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində İddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdehlər ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidirlər.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid1 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 iddiaçının yanına 2024-cü ilin yanvar ayında gələrək borclarının olduğunu bildirmiş və kömək istəmişdir. Pulun müəyyən hissəsi çatmadığı üçün o, Aida xanıma 4000 manat vermiş və sonradan ona qaytarılmışdır.
5. Şahid2 ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Cavabdeh1 isə 2023-cü il tarixdən tanıyır. Şahid2 13000 manat alıblar ki, Cavabdeh1 borcun bağlasınlar. Sonradan həmin pulu geri qaytarmışlar. Daha sonra isə Cavabdeh1 Şahid2 yaşadığı ünvana (Kristal Abşeron) gedərək qızıl alacağını və həmin qızılları satacağını bildirərək 1900 manat borc almış sonra isə İddiaçı Şahid2 Cavabdeh1 əlavə olaraq 400 manat verməsini istəmişdir və o da vermişdir. İddiaçı ona 400 manatı qaytarsa da 1900 manat borcu qaytarmamışdır. Cavabdeh1 təxminən 30 minə yaxın borcu olduğunu bildirmişdir. Şahid2 onu da bildirmişdir ki, Cavabdeh2 tanımır və onun isə 5 minə yaxın borcu var idi. Onun borcunu isə Cavabdeh1 üstlənmişdir.
6. Şahid3 bildirdi ki, 2023-cü ilin iyul ayının əvvələrində Cavabdeh1 onlardan (Şahid3 ilə İddiaçı) banka olan borcunu bağlayıb yenidən pul götürmək üçün borc pul istəmiş və İddiaçı Cavabdeh1 25500 manat pul vermişdir. Cavabdeh1 bankdan qayıtdıqdan sonra 13000 manat pulu qaytararaq bildirmişdir ki, ikinci bank ona kredit verməmişdir. Belə ki, Cavabdeh1 Aidaya 12500 manat borcu qalmışdır. Sonra Cavabdeh1 onlara müraciət edərək bildirmişdir ki, evə görə borcları var və onu sıxırlar buna görə də borclarını bağlamaq üçün ona pul versinlər və beləcə təkcə Aidaya borcu qalsın. Beləliklə onlar notariat ofisinə gedərək 20000 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Bunun qarşılığında Cavabdeh1 ona məxsus mənzilin çıxarışını onlara vermişdir. Ümumilikdə Cavabdeh1 32500 manat borcu yaranmışdır. Şahid3 onu da qeyd etmişdir ki, Cavabdeh1 Cavabdeh2 onlarla tanış etmiş və onun da borcunu bağlamaq üçün Aida ona 4500 manat borc pul vermişdir. Lakin o da borcunu qaytarmamışdır.
7. Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 idiaçı İddiaçı 20000 manat borc almışdır və xx.xx.2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
8. BPM5490679P nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 4394,73 manat kredit ödənişi etmişdir.
9. 283343876 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 4768 manat kredit ödənişi etmişdir.
10. İddiaçı tərəfindən təqdim edilən disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 aid olduğu iddia edilən səs yazısında Cavabdeh1 iddiaçıdan aldığı borcu qaytarması üçün pulunun olmadığını bildirmişdir.
11. Cavabdeh tərəfindən təqdim edilən disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 dəfələrlə səs yazısı göndərərək onun telefonlarına cavab verməsini istəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(060)-414/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 11464 manat borc və 98,88 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi, Cavabdeh2 4768 manat borc və 41,12 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2, 442, 448.1, 21.1, 21.2, 21.3, 1091.1, 1091.2 və 1092.1ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 82.1, 119.1, 14.2, 77.1, 217.4, 216-220, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(060)-414/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, sübutlar təqdim edəcəyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, o, teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə onların iştirakı olmadan baxıb qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə işə baxılması təxirə salına bilərdi, amma burada məhkəmə cavabdehin hüquqlarını pozaraq məhkəmə iclası təxirə salmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 xx.xx.2025-ci il tarixinə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Cavabdeh2 xx.xx.2025-ci il tarixinə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
22. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından Cavabdeh1 aid olan hissəsində müəyyən edilmişdir ki, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 20000 manat məbləğində borc almışdır. Hal-hazırda Cavabdeh1 iddiaçıya 11464 manat ödənilməmiş borcu qalmışdır.
28. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qeyd olunan hissədə təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.
30. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(060)-414/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, o, teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə onların iştirakı olmadan baxıb qərar qəbul etmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh məhkəmə gedişatından xəbərdar olmuş, məhkəmə proseslərində iştirak etmiş və izahatı alınmışdır.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(060)-414/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.