Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-932/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(060)-240/2022-068 nömrəli qərardadından Cavabdeh4 tərəfindən və Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(060)-240/2022-069 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh4nlan 200.000 (iki yüz min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və Cavabdeh2 92.500 (doxsan iki min beş yüz) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Almaz Süleymanova). Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin e- 2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi və şikayətin elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 qətnamədən təkrar apellyasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilmiş və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2023-cü il tarixli 2(105)-487/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin baxılması mümkün hesab edilərək iş məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli məktubu ilə digər Cavabdeh4 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verməsi ilə əlaqədar işin geri qaytarılması xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2023-cü il tarixli 2(105)-487/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(105)-487/2022 nömrəli qərardadı ləğv edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair 2(105)-487/2023 nömrəli mülki iş baxışdan çıxarılmış və qeyd edilən mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadını ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda qəradaddan şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Cavabdeh4 xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış apellyasiya şikayətinin müddətini üzrlü hesab etməklə bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-068 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh4 ərizəsi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva). Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-069 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(060)- 240/2022 saylı qərardadından şikayət vermək üçün müddətin bərpası barədə ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 240/2022 saylı qərardadından verilmiş şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-240/2022 saylı qərardadı ləğv edilmiş, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil4 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-240/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva). Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-069 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)- 240/2022-068 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-069 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək Cavabdeh4nlan 200.000 (iki yüz min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və Cavabdeh2 92.500 (doxsan iki min beş yüz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi 10 may 2022-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bundan sonra, iş üzrə Cavabdeh2 məhkəmənin sözügedən qətnaməsindən verdiyi apellyasiya şikayəti 31 may 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinin yoxlanılması üçün Suqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən mülki iş materialları araşdırılarkən əsassız olaraq müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən 01 aprel 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 25 may 2022-ci il tarixdə poçt vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bildirmək istəyir ki, Cavabdeh2 barəsində Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat İdarəsində xx.xx.2020-ci il tarixdə cinayət işi başlanılmış, xx.xx.2021-ci il tarixdə 3 aylq həbs qəti imkan tədbiri seçilmişdir. Həbs olunduğu üçün və məhkəmədə araşdırıldığı üçün apellyasiya şikayətini üzrlü səbəbdən verə bilməmişdir. Daha sonra ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən də yaşadığı Bakı şəhəri Yasamal rayonunu tərk etməmək üçün elektrok qolbaq tətbiq olunmuşdur. Sözügedən cinayət işi Yasamal Rayon Məkəməsinin hakimi Murad Məmədovun icraatına 2022-ci ilin avqust ayında daxil olmuşdur. Hal hazırda da icraatdadır. Göstərilən hallarla bağlı ittiham aktları elektron kabinetə yerləşdirilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh2 TR-72 MMC-nin faktiki rəhbəri olduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-213/2022 saylı qərarına əsasən 7965 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-130/2022 saylı qərarına əsasən 25801,70 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-159/2022 saylı qərarına əsasən 9302,40 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)- 125/2022 saylı qərarına əsasən 10824,24 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-160/2022 saylı qərarə əsasən 9767,52 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-128/2022 saylı qərarə əsasən 20849,14 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. İş üzrə sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə verilməmişdir. Cavabdeh məhkəmə aktını 01 aprel 2022-ci il tarixdə rəsmi qaydada qəbul etməsinə baxmayaraq, bir aydan artıq müddət keçdikdən sonra, yəni 25 may 2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Cavabdeh2 Əfdər oğlu onunla xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün müqavilə bağlamış və tərəfindən elektron kabinetə əlavə edilməsi üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət olunsa da Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixdə məni electron kabinə əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, qətnamədən apellyasiya şikayəti vermək hüququnun pozulması ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Cavabdeh Apellyasiya şikayətinin verilməsi üçün elektron kabinet vasitəsi ilə verilməsinin qaydasını bilmədiyi üçün onunla müqavilə bağlamışdır. Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)- 240/2022-068 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh4 200.000 (iki yüz min) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və Cavabdeh2 92.500 (doxsan iki min beş yüz) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə üzrə Cavabdeh4 MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 ay müddətində üzrlü səbəbdən apellyasiya şikayəti verməmişdir. Belə ki, İddiaçı hələ Sumqayıt Məhkəməsində iddia qaldırarkən Cavabdeh4 iddiaçı ilə əlaqə saxlayıb, onun İddiaçı heç bir borcunun olmadığını, nə üçün onu digər cavabdehlərlə birlikdə məhkəməyə verdiyini soruşduqda, o, narahat olmamağı, onun formal olaraq cavabdeh kimi əlavə edildiyini, əsas məqsədinin isə onun şahidliyi ilə ümumi pulun alındığını sübut etmək olduğunu bildirmişdir. O, bununla razı olmadığını bildirdikdən sonra iddiaçı onu cavabdehlər sırasından çıxaracağına söz vermişdir. Daha sonra elə dediyi kimi edərək, xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdehlər sırasından çıxarıldığını qeyd etmişdir. Bununla da, Cavabdeh4 özünün bu işə aidiyyatının başa çatdığını düşünmüşdür. Lakin, bundan sonra iddiaçı ona məlumat vermədən xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, onu cavabdehlər sırasına qoşmuşdur. O, bundan xəbər tutduqdan sonra, yenə də İddiaçıla əlaqə saxlayıb, nə üçün belə etdiyini soruşduqda, iddiaçı yenə də ona narahat olmamağı bildirirərək, bunun formal olduğunu, onun ona heç bir borcunun olmadığını, hətta qətnamədə yazılsa belə ondan heç bir pul almayacağını, lazım gələrsə qətnamə qəbul edildikdən sonra həmin borcun tam ödənildiyi barədə notarial ərizə verəcəyini bildirmişdir. Bu səbəbdən o da iddiaçı ilə razılaşmışdır. Onun İddiaçı heç bir borcunun olmadığı halda Sumqayıt şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Bundan sonra, o, İddiaçı ilə əlaqə saxlayıb, əvvəlcədən söz verdiyi kimi notarial ərizə verməsini tələb etmişdir. O, xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək, Cavabdeh4 ona olan borcunu tam ödədiyini, heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağı barədə ərizəni imzalamışdır. Yuxarıda qeyd olunan xüsusatlar səbəbindən, yəni onun İddiaçı heç bir borcu olmadığından, özünün də bunu ona açıq-aşkar bildirdiyindən, onu formal olaraq cavabdeh qoyduğundan, o, məhkəmə proseslərində iştirak etməmiş, hər hansı dəlil və ya sübut təqdim etməyə ehtiyac duymamışdır. Eləcə də, qətnamə qəbul edildikdən sonra İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə verərək, onun iddiaçıya heç bir borcunun olmadığını rəsmi bildirdiyindən, həmin qətnamədən apelyasiya şikayəti verməmişdir. Lakin, 2022-ci ilin ortalarında İddiaçıla Cavabdeh4 münasibətləri pisləşmişdir. Daha sonra isə, 2022-ci ilin sonlarında Cavabdeh4 məlum olmuşdur ki, İddiaçı, notarial qaydada verdiyi ərizəni ləğv etdirmişdir. Bu barədə o, xx.xx.2022-ci il tarixdə məlumat əldə etmişdir. Belə ki, hazırki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə çap edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi ərizəni, xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir. Yuxarıda sadalanan işin hallarına, yəni onun İddiaçı heç bir borcunun olmaması, onunla danışarkən özünün də bunu ona bildirməsi, narahat olmamağını deyərək, onu formal olaraq cavabdehlər sırasına əlavə etdiyini bildirməsi, həmçinin məhkəmə baxışı zamanı ərizə verərək, onu cavabdehlər sırasından çıxarması, daha sonra ondan xəbərsiz yenidən ərizə verərək onu cavabdeh kimi qoyması, qətnamə qəbul edildikdən sonra isə notarial qaydada ərizə verərək, onun iddiaçıya borcunun olmadığını bildirməsi səbəbindən o, apelyasiya şikayəti verməmişdir. Bu səbəbdən Cavabdeh4 İddiaçı borcun olmaması barədə verdiyi notarial təsdiqli ərizənin ləğv etdirdiyini bildiyi xx.xx.2022-ci il tarixdən 1 ay müddətində, xx.xx.2023- cü il tarixdə sözügedən qətnamədən apelyasiya şikayəti vermiş həmçinin yuxarıda sadalanan xüsusatları göstərərək, müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Lakin, Sumqayıt şəhər Məhkəməsi tərəfindən qəbul edilən 2(060)-240/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardada əsasən, Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 Sumqayıt şəhər Məhkəməsinin 2(060)-240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-240/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır, mülki prosessual məcəllənin müddətin bərpası ilə bağlı müddəalarına uyğun deyil. Əvvəla məhkəmə qərardadın əsaslandırıcı hissəsində yanlış qənaətə gəlmişdir: “2(060)-240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnamədən şikayət vermə müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayaraq 1 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək davam etmiş, lakin cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə, yəni şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətdə verməmişdir”. Lakin, yuxarıda da bildirdikləri kimi şikayət verilməməsinin səbəbi Cavabdeh4 İddiaçı şəxsi inamından qaynaqlanmışdır. Belə ki, iddiaçı dəfələrlə ona narahat olmamasını, çıxarılacaq yekun qətnamənin ona təsir etməyəcəyini bildirmişdir. Hətta nəticə etibarilə, iddiaçı onlar arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəni verərək, Cavabdeh4 ona olan borcunu tam ödədiyini, heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağı barədə ərizəni imzalamışdır. Bütün bunlar düşünürlər ki, prosessual müddətin bərpası üçün kifayət qədər əsas kimi çıxış edir. MPM-in 133.1-ci maddəsinə əsasən, Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Sumqayıt şəhər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023- cü il tarixli qərardadda qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Hesab edir ki, üzrlü səbəb anlayışı geniş məna kəsb edir və təkcə sadalanan ifadələrlə məhdudlaşa bilməz. Eləcə də Cavabdeh4 tərəfindən apellyasiya şikayətinin verilməməsinə səbəb onun birbaşa iddiaçı, İddiaçı tərəfindən ona narahat olmamağı, bunun formal olduğunu, ona heç bir borcunun olmadığını, hətta qətnamədə yazılsa belə ondan heç bir pul almayacağını, lazım gələrsə qətnamə qəbul edildikdən sonra həmin borcun tam ödənildiyi barədə notarial ərizə verəcəyini bildirməklə vədlər verərək maneə törətməsidir. Hətta İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş və daha sonra xx.xx.2022-ci il tarixdə ləğv edilmiş ərizə də bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, İddiaçı, Cavabdeh4 ona olan etimadından suiistifadə edərək onu aldatmış, məsələni öz xeyrinə həll etmiş, haqsız yerə şəxs barəsində qətnamə çıxarılmasına səbəb olmuşdur. Əgər İddiaçı Cavabdeh4 ona borcunun olmaması barədə notarial təsdiqli ərizə verməsəydi, onda Cavabdeh4 qanunla müəyyən edilmiş müddətdə həmin qətnamədən apelyasiya şikayəti verərdi. Kəramət borcun olmaması barədə ərizə verdiyindən, Cavabdeh4 apelyasiya şikayətinin verilməsi üçün lüzum görməmişdir. Lakin sonradan Kəramət tərəfindən həmin notarial ərizənin ləğv edildiyini bildikdən sonra 1 ay müddətində apellyasiya şikayəti vermişdir. Bu səbəbdən məhkəmə işin qeyd edilən hallarına düzgün qiymət verməli və buraxılmış müddəti üzrlü hesab etməlidir. Göstərilənlərə əsasən, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsi 2(060)-240/2022 saylı iş üzrə xx.xx.2023cü il tarixli qərardadı əsassızdır, bu səbəbdən həmin qərardad məhkəmə tərəfindən ləğv edilməli və iş üzrə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair yeni qərardad qəbul edilməli, əks halda hazırki şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhhəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayətlər birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e- 2(060)-240/2022-068 və e-2(060)-240/2022-069 nömrəli qərardadları ləğv edilməli, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi ilə bağlı məsələyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-068 nömrəli qərardadı ilə müddətin bərpası barədə Cavabdeh4 ərizəsini rədd edərkən ona əsaslanmışdır ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 240/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsi 31 mart 2022-ci il tarixdə Cavabdeh4 və onun nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, qeyd edilən qətnamədən şikayət vermə müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayaraq 1 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək davam etmiş, lakin cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2023- cü il tarixdə, yəni şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətdə verməmişdir. Birinci instansiya məhkəməsi 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-069 nömrəli qərardadı ilə müddətin bərpası barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 ərizəsini rədd edərkən ona əsaslanmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-240/2022 saylı qərardadı 09 dekabr 2022-ci il tarixdə İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 elektron kabinetinə yerləşdirilmişdir. Qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayaraq 10 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək davam etmiş, lakin iddiaçı tərəf qərardaddan şikayəti xx.xx.2023-cü il tarixdə, yəni şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətdə verməmişdir. Məhkəmə kollegiyası sözügedən qərardadlarla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası ilə bağlı ərizələrə baxarkən ətraflı araşdırma aparmayıb, icra işini tələb edib tərəflər arasında icra mərhələsində mövcud olan münasibətlərini, bununla da məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olubolmamalarını yoxlamamışdır. Belə ki, mülki iş materiallarında olan (İİİ cild, v.43) İddiaçı notarial qaydada təsdiqlənmiş ərizəsinə əsasən İddiaçı Cavabdeh4 ona dəymiş ziyanı ödədiyindən ona qarşı hər hansı bir şikayəti, tələbi, iradının olmamasını və bundan sonra da olmayacağını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələni araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-068 və e-2(060)- 240/2022-069 nömrəli qərardadları ləğv edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası ilə bağlı məsələyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayətlər qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2(060)-240/2022-068 və e- 2(060)-240/2022-069 nömrəli qərardadları ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-240/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə İddiaçı şikayətinə və buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh4 ərizəsinə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-932/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-932/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver