Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-94/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X7 ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı İKB ASC-nin (“xxxx” ASC) nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-7736/2018 saylı qətnaməsindən Cavabdeh3 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-7736/2018 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23636,5 ABŞ dolları əsas borc, 12960,77 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 865,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37762,82 (otuz yeddi min yeddi yüz altmış iki dollar, səksən iki sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62500 (altmış iki min beş yüz) manat müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli, 2(060)-7736/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə 23636,5 ABŞ dolları əsas, 15816,47 ABŞ dolları faiz, 3188,26 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 42641,23 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qavdada icra edilməsi; Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4nnun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 ASC əlavə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini azaltmış və Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə banka 23636,5 ABŞ dolları əsas, 12960,77 ABŞ dolları faiz, 3830,96 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 865,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 41293,78 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qavdada icra edilməsi; Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4nnun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh3 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılan zaman cavabdeh kimi borclarının dəqiq olması üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət etmiş, lakin vəsatət təmin edilməmişdir. Mübahisənin həll üçün hesab edir ki, mühasibatlıq ekspertizası təyin edilməli, cavabdeh olaraq onların banka olan borcunun məbləği nə qədər olması barədə ekspert rəyi olmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB ASC-nin (“xxxx” ASC) nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 4-G-1-0-78-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış kredit müqavləsinə əsasən borclu illik 29 faiz olmaqla, 36 ay müddətinə 31800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli, 4-G-1-0- 78-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1nın tam mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzil İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə 23636,5 ABŞ dolları əsas borc, kreditin bitmə tarixinə 17277,1 ABŞ dolları faiz borcu, 3830,96 ABŞ dolları cərimə borcu vardır. Əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 865,55 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 17175 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 banka olan borcu xx xxxxxx 2018-ci il tarixə 56.707,85 ABŞ dolları, həmin borcun 33.676,49 ABŞ dollar hissəsi əsas borc və 23.031,36 ABŞ dollar hissəsi isə faiz borcudur. xx xxxxxxx 2018-ci il tarixə (maliyyə arayışının tarixinə) 57.900,56 ABŞ dolları, həmin borcun 33.676,49 ABŞ dollar hissəsi əsas borc və 24.224,07 ABŞ dolları hissəsi isə faiz borcudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020ci il tarixli, 9/405 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 banka olan borcu xx xxxxxx 2018-ci il tarixə 36.600 ABŞ dolları, həmin borcun 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 12.996,14 ABŞ dollar hissəsi isə faiz borcudur. xx xxxxxxx 2018-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5 faiz heablanmaqla 37.463,94 ABŞ dollar təşkil edir, həmin məbləğin 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 13.829,46 ABŞ dollar hissəsi isə faiz borcudur. İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 2015-ci il 22 yanvar tarixli, 4-G-1-0- 78-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilin tərəflərin razılığı ilə ilkin satış qiyməti 62.500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3757 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, x xxxxxx 2015-ci il tarixli, 4-G-1-0-78-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx xxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixlərə İddiaçı İKB ASC-nə olan əsas borc 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 12.996,14 ABŞ dollar hissəsi isə faiz borcudur. xx xxxxxxx 2018-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 13.829,46 ABŞ dollar hissəsi isə faiz borcudur. “PATRON-L MMC”-nin xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 saylı evin 55 saylı mənzilin bazar dəyəri 63.000 manat, likvid dəyəri 56.700 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 17175 saylı, xx xxx 2020-ci il tarixli, 9/405 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 9/3757 saylı məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə Cavabdeh1 banka olan borcu xx xxxxxx 2018-ci il tarixə 36.600 ABŞ dolları, həmin borcun 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 12.996,14 ABŞ dollar hissəsi isə faiz borcu; xx xxxxxxx 2018-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik 5 faiz heablanmaqla 37.463,94 ABŞ dollar təşkil edir, həmin məbləğin 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 13.829,46 ABŞ dollar hissəsi isə faiz bocunun müəyyən edilmişdir. Göründüyü kimi alınmış ekspert rəyləri ilə əsas borc tələbdən az və faiz borcu çox olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 17175 saylı, xx xxx 2020-ci il tarixli, 9/405 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 9/3757 saylı rəyləri cavabdehin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə əsas borc 23.634,48 ABŞ dollar hissəsi əsas borc və 12.996,14 ABŞ dollar məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 3830,96 ABŞ dollar məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 300 ABŞ dollar məbləğinə endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, mənzilinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1; 269.4; 270.1; 276.1; 297; 298; 317; 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM-nin) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 17175 saylı rəyi ilə 145 (yüz qırx beş) manat, xx xxx 2020-ci il tarixli, 9/405 saylı rəyi ilə ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat və xx xxxxxxx 2020-ci il tarixli, 9/3757 saylı məhkəmə mühasibatlıq ekspert rəyinin dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, Cavabdeh3 apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi – «xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23.636,50 ABŞ dollar əsas borc və ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilin ilkin satış qiymətinin 62.500 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilib, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.634,48 ABŞ dollar əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 nömrəli evin 55 nömrəli mənzilin likvid dəyəri 56.700 manat müəyyən edilməli, qətnamə – «12.960,77 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 865,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun, tutma ipoteka predmetinə yönəldilsin və iddia qalan hissədə təmin edilməsin» hisəsində dəyişdirilmədən saxlanmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 440 (dörd yüz qırx) manat pul Cavabdeh3 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-7736/2018 saylı qətnaməsi – «xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23.636,50 ABŞ dollar əsas borc və ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 saylı evin 55 saylı mənzilin ilkin satış qiymətinin 62.500 manat məbləğində müəyyən edilməsi» hissəsində dəyişdirilib, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.634,48 ABŞ dollar əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 59,7 kv.m ümumi, 44,1 kv.m yaşayış, 15.6 kv.m yardımçı sahədən ibarət 32A/78 saylı evin 55 saylı mənzilin likvid dəyəri 56.700 manat müəyyən edilsin. Qətnamə – «12.996,14 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 865,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun, tutma ipoteka predmetinə yönəldilsin və iddia qalan hissədə təmin edilməsin» hisəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 440 (dörd yüz qırx) manat pul Cavabdeh3 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-94/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-94/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver