Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-940/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-66/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları X7, X1, X2 və X3 notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, Cavabdeh2 və Cavabdeh1 Razaman oğlu onlara məxsus Şabran rayonu Qorğan kəndində yerləşən evi 2011-ci ildə İddiaçı satıb. Hal-hazırda həmin evdə yaşayır. Şahidlər də həmin evi İddiaçı evi kimi tanıyırlar və bilirlər. Ərizəni K.Qədəşov, Ş.Salahov, F.Həcəmov, N.Hacıyev öz imzaları ilə təsdiq etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli 2(105)- 3141/2019 saylı qətnaməsinə əsasən, Şabran rayon məhkəməsinin 2(031)-329/2019 saylı 01 may 2019-cu il tarixli qətnaməsi mənəvi zərərə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan hissədə – Cavabdeh2 vurduğu maddi ziyana görə 3891,40 manat pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(031)-745/2022 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********22- 10301 olan çıxarışa əsasən Cavabdeh1 məxsus Şabran rayonu, Bilici-Qorğan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evdə olan cavabdehə məxsus əmlakların boşaldılması və ödənilən 100 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Nürəddin oğlu məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 35 baş dana düyəsinin, 450 (dörd yüz əlli) ədəd (baş) qaz quşlarının və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nürəddin oğlu iddiasını onunla əsaslandırmışdır ki, 2010-cu ildən başlayaraq Şabran rayonunun Bilici-Qorğan kəndində yaşayan Cavabdeh1 oğlu Cavabdeh2 onun ünvan 1 ünvanında yerləşən evinə dəfələrlə gəlib deyirdi ki, atam səni çağırır, deyir ki; "Fazil mənim yanıma gəlsin razılaşaq evi satım ona". Onun Şabran rayonunun Qorğan kəndində 0.50 ha həyətyanı torpaq sahəsi olan evi var idi. Həmin evi qonşuları mərhum X5 almışdır. Ailəliklə heyvandarlıqla məşğuldurlar. Əsasən xırdadırnaq və 1 baş camışı, 2 baş inəyi, 1 baş dişi danası var idi. Yayda heyvanlarını Qorğan kəndində olan evində qalıb saxlayırdı, qışda isə şəhər ərazisinə düşürürdü. 2011-ci ilin avqust ayından başlayaraq Cavabdeh2 demək olar ki, onu evində rahat oturmağa qoymurdu. Onlara inanıb 2010-cu ilin oktyabr ayında Cavabdeh1 evinə getmiş, orada ona Şəmsinin evini alması təklif olunmuş, lakin razı olmamışdır. Belə ki, 15 il bundan əvvəl ev almışdır, kənddə evi var, başqa evə ehtiyacı yoxdur. Bu söhbətdən 5 ay keçəndən sonra Cavabdeh1 yenidən ona öz evini 4000 manata almağı təklif etmiş və o, yenə bu təklifə razı olmamışdır. 2011-ci ilin noyabr ayının 14-də o, onların evinin yaxınlıqında heyvanlarını otararkən Cavabdeh2 evin açarlarını və tövlənin açarlarını ona təqdim edərək atasının evi 2500 manata satmasını, lakin evin sənədləşməsinə lazım olan pulu özünün xərcləyəcəyini bildirmişdir. Evi münasib qiymətə satdıqlarına görə və heyvan otarmaq üçün ərazinin çox olduğuna görə iddiaçı razılaşmış, qərara gəlmişdir ki, Qorğan kəndində olan evi satıb Şəmsinin evini alsın. Evini hal-hazırda orada yaşayan şəxsə satmışdır. Cavabdeh1 evinə köçməmişdir, lakin evə nəzarət edirdi. Səkkiz aydan sonra o, evə köçmüşdür. Evə köçəndə avadanlığını Şəmsi və Cavabdeh2lər Vüsalın Ziİ markalı maşını ilə ondan 50 manat benzin pulu alıb köçünü özləri aparıb evin balkonuna boşaltmışdılar. Bundan sonra Vüsal zəng edib demişdir ki, atası ağır xəstələnib onun müalicəsi üçün Sumqayıt şəhərinə aparmağa onlara pul lazımdır. 2011-ci ilin mart ayında o, oğlu Ramil ilə onlar üçün 2000 manat göndərmişdir. Çatışmayan 500 manatı isə Novruz Bayramına yaxın 1 baş dişi danasını Şabran şəhərində olan evin həyətində kəsib ətini qonşulara satıb 440 (dörd yüz qırx) manat pul toplamışdır. Cavabdeh2 pulu ondan alıb aparmaq üçün bacanağı Səxavətlə gəlmişdir. Vüsal puldan 60 (altımış) manatın az olduğunu görəndən sonra 60 manatın əvəzinə həyətində olan 4 ədəd qaz quşlarını tələb etmiş, o, da qazları tutub ona vermişdir. Pulu tam ödəyəndən sonra Vüsal evin sənədlərinin yanında olmadığını bildirərək, alqı-satqını rəsmi qaydada növbəti gün reallaşdırmağı təklif etmiş, səhərisi gün iddiaçı onlara getmişdir. Cavabdeh1, iki qızı (Gülçöhrə və Təranə), Cavabdeh2 və arvadı orada idi. Şəmsi ona Qorğan kəndinə getmək, Şabran RİHB-nın Qorğan İnzibati Ərazi Dairəsinin Nümayəndəliyindən təsərüfatbaşına kitabdan çıxarış, arayış almaq lazım olduğunu bildirmiş, lakin müvafiq sənədlərın alınması mümkün olmamışdır. Cavabdeh1 və Cavabdeh2 evə dair sənədləşmənin tamalanmasını tələb etdikdə evə dair heç bir sənədin olmadığnını bildirmişdi. Sonda ondan 4000 manat pul istəmişdir ki, evə dair heç bir sənəd olmadığı üçün sənədləşməni əvvəlcə atasının adına etmək lazımdır. Ona demişdir ki, evin sənədləşməsinə lazım olan məbləği, yəni alqı-satqını həyata keçirmək üçün tələb olunan dövlət rüsumunu ödəyəcək. Evə köçəndən sonra evdə təmir, tikinti, və bərpa işləri aparmış, 1500 manat pul tikinti materiallarının alınmasına və 500 manat ustaya xərcləmişdir. Qaz çəkdirmişdir. Yeni naves tikdirmişdir. Hal-hazırda ev onun istifadəsindədir. Evə dair alqısatqını rəsmiləşdirmək üçün Notariat kontoruna getməyi gözləmiş, lakin bu günə kimi bu mümkün olmamışdır. Əvəzində Cavabdeh1 oğlu Cavabdeh2 ilə birlikdə məhkəmədə ona qarşı «Evdən çıxarılması və evdə olan əmlakın boşaldılması barədə» iddia qaldırmışlar. Şabran rayon məhkəməsi 19 sentyabr 2022-ci il tarixdə iddianın təmin edilməsi, cavabdeh İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı reyestr nömrəsi **********22-10301 olan çıxarışa əsasən Cavabdeh1 məxsus Şabran rayonu Bilici-Qorğan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evdə olan cavabdehə məxsus əmlakların boşaldılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh1 qaytarılması barədə 2(031)- 745/2022 saylı qətnamə çıxarmışdır. Cavabdeh1lə aralarında olan mülki xarakter daşıyan "Pul tələbi" və "Alqı satqının etibarlı hesab edilməsi" barədə məhkəmə qətnamələri vardır. "Pul tələbi" barədə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraata yönəldilmiş 20 sentyabr 2019-cu il tarixli, 2(105)-3141/2019 saylı qətnaməsi olsa da Cavabdeh1 tərəfindən qərəzli surətdə icra edilmir. Ona 1 (bir) manat da olsa pul ödəməmişdir. Lakin evdən çıxmağını tələb edir. O ki, qaldı "Alqı satqının etibarlı hesab edilməsi"nə, o vaxtı evin sənədlərinin olmadığını bəhanə gətirirdilər, halbuki evə dair bütün ilkin sənədlər olub. İndi bunu həyata keçirmək daha asandır, çünki evin bütün sənədləri vardır. Qeyd edir ki, cavabdehlər onu aldadıb ondan və onun əmlakından sui-istifadə edib ona zərər vurublar. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-66/2023 nömrəli qətnaməsi ilə İddiaçı Nürəddin oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərər tələbi barədə iddiası təmin edilməmişdir. (hakim Çingiz İsgəndərov) Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qarşı zərər tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı Nürəddin oğlu məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(031)-66/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmır, hesab edir ki, bu qətnamə əsassızdır. Belə ki, ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ olduğu halda zərərin əvəzinin alınmasından məhrum olmuşdur. Zərərin ona vurulması iş materiallarından məlum olur. Cavabdehin öhdəliyi icra etməməsinə görə o, mal-qara və həyət quşlarından əldə edə biləcəyi faydadan məhrum olmuşdur, hansı ki, cavabdehlər zərərin əvəzini ona ödəməli olduğu halda, məhkəmə qətnaməsində bunun əksinə olan nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(031)-66/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdeh tərəfindən ona zərər vurulduğunu bildirsə də, bunu sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(031)- 66/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(031)-66/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-940/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-940/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver