Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-953/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmaması, qət edilmişdir (hakim A.M.Süleymanova). Qətnamədən narazı qalan İddiaçı ASC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra icra icraatı mərhələsində tərəflər arasında bağlanmış 07.05.2019-cu il tarixli barışıq sazişinə əsasən bank Cavabdeh ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürmüş, Cavabdeh tələbin qalan 9324.68 manat hissəsindən imtina etmişdir. Cavabdeh sonradan vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir. Onun müraciətinə əsasən araşdırma aparan AR VN MGBİ AR VM-in 98-ci, 101-ci, 102-ci və "Sosial sığorta haqqında” AR Qanununun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. AR VM-nin 95-ci maddəsinə görə rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə görə gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alman hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər vergi agenti kimi ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 92-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasma və büdcəyə köçürülmənıəsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45000 manat Cavabdeh muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyində tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. «Sosial sığorta haqqında» AR Qanununun 12-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) ilə işləyən AR vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.4-cü maddəsinə görə Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən 200 manatdan çox olan aylıq gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 10.3-cü maddəsinə görə hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə 7077.83 manat pulun tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi MK-nin 25.05.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu vaxtında ödəməməklə banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda bank həmin məbləği illik 25 faiz kredit verməklə 2 il üçün 3538.91 manat faiz gəliri əldə edə bilərdi. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin əmək və vergi Məcəllələrinin təsiri altına düşdüyü qənaətinə gələrək, AR VM-nin 102.1.10 və AR ƏM-in 135.2, 195, 196.1-ci maddələrini tətbiq edərək belə hesab etmişdir ki, bankın gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına cəlb etdiyi gəlir məhkəmə qərarına əsasən Cavabdeh ödənilən dəymiş zərərlə bağlı kompensasiya ödənişi olduğu üçün qeyd olunan icbari ödənişlərdən azaddır, işin mahiyyəti üzrə yuxarıda göstərilən nəticəyə gələrkən AR VM-nin 92, 95, 96.1, 97.3, 98.1, 150.1.1, 150.2-ci maddələrini, “Sosial sığorta haqqında” Qanunun 12, 14.2, 14.4-cü və “İşsizlikdən sığorta haqqında” Qanunun 9, 10.3-cü maddələrini tətbiq etməmişdir. Halbuki həmin maddələrdə nəzərdə tutulmuş maddi hüquq normalarına görə Cavabdeh ödənilən gəlirdən tutulmalı olan 6997.50 AZN gəlir vergisi, 5794.21 AZN məcburi dövlət sosial sığorta haqqı və 290,41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən 31.03.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Məhkəmənin iddianın əldən çıxmış faydanın ödənilməsi tələbinə dair hissəsi üzrə gəldiyi nəticə də səhvdir. Belə ki, məhkəmənin bu nəticəni əsaslandırmaq üçün istinad etdiyi AR MM-nin 449.1-ci maddəsi özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini nəzərdə tutur. Bankın cavabdehə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiasının hüquqi əsası isə AR MM-nin 21.2-ci maddəsidir. Yəni qətnamə ilə müəyyən olunmuş kredit borcunu həmin qətnamənin qüvvəyə minməsindən 2 il vaxt keçməsinə baxmayaraq vaxtında ödəməyən cavabdeh bununla banka zərər vurmuşdur. Belə ki, cavabdeh borcu vaxtında ödəyəcəyi halda bank həmin məbləği illik 25 faiz kredit verməklə 2 il üçün 3538.91 manat faiz gəliri əldə edə bilərdi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessaul hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan hallan araşdırmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən fiziki şəxsə ödənilmiş əmək haqqı məbləğinin dəymiş zərərin ödənilməsi ilə bağlı kompensasiya olması və bu səbəbdən Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən gəlir vergisindən azad olması bildirilmişdir. Bildirir ki, məhkəmə qərar qəbul edərkən Əmək Məcəlləsində əmək haqlarının gec ödənilməsinin zərər kimi nəzərdə tutulmadığını, iddiaçı və cavabdeh tərəfindən bu ödənişdə vergi və sosial ödənişlərinin olmasını mübahisələndirməməsi, vergi orqanının bu məsələ ilə əlaqədar məktubunun (inzibati aktının) olması, vergitutma baxımından Vergi Məcəlləsinin müddəalarının Əmək Məcəlləsinin müddəalarından üstün olduğunu və inzibati məhkəmələrin yurisdiksiyasına qarışmaqla vergi orqanının inzibati aktının ləğv edildiyini və göstərilən mübahisə üzrə vergi orqanının cavabdeh olmadığını nəzərə almalı olduğu halda nəzərə almamışdır. Həmçinin şifahi məhkəmə baxışı zamanı vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlər, o cümlədən aparılan ödənişlər üzrə vergi öhdəliklərinin olub-olmaması məsələləri üzrə məhkəmə iclaslarında araşdırılma aparılmamışdır. Halbuki Mülki-Prossesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Həmin Məcəllənin 98.1-ci maddəsinə uyğun olaraq fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Göründüyü kimi Vergi Məcəlləsinə əsasən cavabdehin aldığı ödəniş onun əmək haqqı hesab edilir və onun işlədiyi müddət ərzində və ya işdən çıxdıqdan sonra həmin məbləğin alınması onun muzdlu işlə əlaqədar gəliri kimi hesab edilməməsini istisna etmir. Həmçinin Məcəllənin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Göründüyü kimi Vergi Məcəlləsində muzdlu işlə əlaqədar gəlirlərin vergilərdən azad olunması yalnız 102.1.6-cı maddəsi ilə tənzimlənir və bununla bağlı Vergi Məcəlləsində hər hansı istisna hal nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən istinad olunan Vergi Məcəlləsinin 102.1.10-cu maddəsində göstərilən zərərə görə ödənilən kompensasiya xarakterli ödənişlər mülki xarakterli müqavilələrdən əmələ gələn öhdəliklər üzrə əldə edilən gəlirlərə aid normadır. Belə ki, Mülki Məcəllənin 14.1-ci maddəsinin mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin əsaslardan biri də həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulmasıdır. Bundan başqa həmin Məcəllənin 21-ci maddəsinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Başqa sözlə deyilərsə məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi Mülki Məcəllədə qeyd edilən zərər anlayışı ilə əhatə edilir. Həmçinin Vergi Məcəlləsinin qeyd edilən müddəasına baxdıqda aydın şəkildə görmək mümkündür ki, qanunvericilik dəymiş zərərlərin ödənilməsi ilə bağlı kompensasiya ödənişlərini gəlir vergisindən azad etmişdir. Göründüyü kimi maddənin tələbinin yerinə yetirilməsi üçün 2 şərt zərər və kompensasiya xarakterli olmalıdır. Mübahisələndirilən halda isə ödənilən vəsait əmək haqqıdır ki, bu nə zərər, nə də ki kompensasiya hesab edilə bilməz. Başqa sözlə elə hallar ola bilər ki, orda zərər olsun, lakin zərərlə bağlı kompensasiya dənişi olmasın. Bəzi hallarda isə kompensasiya xarakterli ödəniş ola bilər, lakin zərər olmaya ilər. Vergitutma ilə bağlı məsələlərin Vergi Məcəlləsi ilə tənzimlənməsi ilə əlaqədar əlavə olaraq bildirir ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - əgər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Göründüyü kimi ümumilikdə vergi ödəyiciləri tərəfindən zərərlə əlaqədar əldə etdikləri gəlirlər satışdankənar gəlir hesab edilməklə vergiyə cəlb edilməlidir. Lakin Vergi Məcəlləsinin 32.1.10-cu maddəsinə əsasən zərərlə əlaqədar kompensasiya xarakterli ödənişlərin fiziki şəxslərin gəlir vergisindən azad olunması bildirilmişdir. Vergi Məcəlləsinin 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Bundan başqa Vergi Məcəlləsinin 3.2-ci maddəsinə uyğun olaraq vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin müddəalarının araşdırılması zamanı ümiyyətlə əmək haqlarının sonradan ödənilməsinin zərər anlayışı ilə əhatə edilməsini göstərən maddə müəyyən edilməmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən vergi orqanının inzibati aktının ləğv edilməsini də nəzərə almamışdır. Belə ki, qeyd etdiyi kimi vergi orqanının mübahisələndirilən məsələ ilə əlaqədar rəsmi məktubu olmuşdur. «İnzibati icraat» haqqında Qanununa əsasən inzibati orqanının rəsmi mövqeyi inzibati akt hesab edilir. Belə ki, həmin qanununa əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun 13.06.2013-cü il tarixli qərarına əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göründüyü kimi vergi orqanının inzibati aktının faktiki olaraq hal hazırki qərarla ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləyə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ınübahisələndiriiməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa qeyd edirik ki, məhkəmə mübahisələndirilməyən hal üzrə qərar qəbul etmişdir. Belə ki, qərarın təsviri hissəsinə baxılarsa aydın şəkildə görmək mümkündür ki, nə iddiaçı tərəf, nə də cavabdeh tərəf göstərilən ödənişdən vergi və sosial öhdəliklərin olub olmamasını mübahisələndirməmişdir. Belə ki, cavabdeh fiziki şəxs özü ilk öncə vergi orqanına ona ödənilmiş məbləğdən sosial öhdəliklərin yerinə yetirilmədiyini və ona ödənilmiş əmək haqqlarına görə sosial ödənişlərinin aparılması barədə İddiaçı göstəriş verilməsini vergi orqanından xahiş etmişdir. Vergi orqanı tərəfindən fiziki şəxsə göndərilmiş 17.04.2020-ci il tarixli, **********9000 saylı cavab məktubunda həmin ödənişlərdən vergi və sosial öhdəliklərin olması bildirilmişdir. Bundan sonra İddiaçı tərəfindən eyni məsələ ilə bağlı müraciət edilmiş və vergi orqanının 03.03.2020-ci il tarixli, **********803500 saylı məktubuna əsasən vergi sosial öhdəliklərinin olması bildirilmişdir. Göründüyü kimi məhkəmə mübahisələndirilməyən və araşdırılmayan məsələ üzrə qərar qəbul etməklə maddi hüquq normalarının tələblərini kobud sürətdə pozmuşdur. Bundan başqa məhkəmə iddia tələbini göstərilən əsasla ləğv edərkən vergi orqanının cavabdeh şəxs qismində olmamasını nəzərə almamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qərarının təsviri hissəsinə baxdıqda açıq aydın görünür ki, vergi orqanı indiki halda cavabdeh qismində olmalı idi. Çünki iddia tələbi məhz vergi orqanının inzibati aktının ləğv olunması nəticəsinə gəlməklə rədd edilmişdir. Halbuki iddiaçı bu tələbi iddia ərizəsində qeyd etməmişdir. Məhkəmə Vergi Məcəlləsinin 102.1.10-cu maddəsinə istinad edərək iddiaçının cavabdehə ödədiyi məbləğlərin vergidən azad edilən ödənişlər olduğunu və bu səbəbdən sosial ödənişlərə də cəlb edilməli olmadığını bildirmişdir. Bununla əlaqədar bildirir ki, məhkəmə Vergi Məcəlləsinin 1.4-cü maddəsinə istinadla kifayətlənmiş, müvafiq ödənişlərin məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməli olub-olamasına qiymət verməmişdir. Halbuki, məcburi dövlət sosial sığorta haqqı hesablanan və hesablanmayan gəlir növləri “Sosial sığorta haqqında” Qanunla müəyyən edilir. Həmin qanunun 15-ci maddəsinə əsasən sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. Sosial sığorta haqqı hesablanmayan gəlir növləri arasında əvvəlki illər üzrə ödənilmiş əmək haqları azadolmaya daxil edilməmişdir. Əksi olaraq azadolmalar əmək xəsarəti, səhhətə dəymiş zərərlə əlaqələndirilmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüuq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini birtərəfli və qərəzli formada araşdırmış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətlərini qəbul etməyərək göstərdi ki, qarşı tərəf qeyd edir ki, 45000 manatdan vergilər tutulub. İddia əvvəlcədən səhv qaldırılıb. 45000 manat ona ödənilən məbləğdir. Vergilər isə hesablanan məbləğdən çıxılıb. Yerdə 45000 manat pul qalıb və ona ödənilib. Belə ki, əgər müəssisədə işlədiyi dövrdə onun aldığı əmək haqqı misal üçün 1000 manat təşkil edirdisə, ondan vergilər tutulub və ona 800 manat ödənilib. Yəni tutulan 200 manatı o, vergi orqanına şəxsən ödəməyib. Hesablanan əmək haqqından vergi tutulub və vergi orqanına ödənilib. Ona görə də iddianı qəbul etmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətlərinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 apelyasiya şikayətlərini qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Remspublikası Vergi Məcəlləsinin istər 150.1.1, istərsə də 150.1.7-ci maddələrtində vergi tutma öhdəliyi gəliri ödəyən tərəfin üzərinə qoyulur. Yəni sözügedən məbləğ iddiaçı bankın qanunla müəyyən olunmuş borcu və öhdəliyidir. Vergi ödəmək öhdəliyi bankın üzərindədir. Verg Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, bir şəxsin vergi öhdəliyi başqa şəxsin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının da 75-ci maddəsində qanunla nəzərdə tutulmuş vergilərdən başqa hər hansı verginin tutulmasına icazə verilmədiyi göstərilmişdir. İddiaçı bank vergi orqanı ilə münasibətlərini korlamamaq üçün onları məhkəməyə vermir, 16000 manatdan ötrü məhkəmədə vergi orqanı ilə münasibətlərini pozmaq istəmir. Ona görə Cavabdeh qismində qoyulur, vergi orqanı isə üçüncü şəxs qismində işə cəlb edilir. Vergi orqanının nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən ona suallar ünvanlasa da cavab ala bilmədi. Sonra da məhkəməyə gələ bilməyəcəyini dedi və iştirak etmədi. Şikayətlə tanış olanda görmüşdür ki, zərər anlayışı necəsə mülki xarakterli münasibətlərə calanır. Amma burada söhbət mülki xarakterli müansibətlərdən getmir. Burada əmək və vergi münasibətləri var. Əmək münasibətləri ilə əlaqədar öz etirazında məbləğin nəyə görə maddi ziyan hesab olunmalı olduğunu qeyd edib. Bunun əsası Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndi və 196-ci maddəsinin birinci bəndidir. Hesab edir ki, iddia tələbi heç bir halda təmin oluna bilməz. Qeyd olunanlara əsasən apelyasiya şikayətlərinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(009)-245/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işdənçıxarma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iddası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 01 oktyabr 2018-ci il tarixli, 2(103)265/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon mməhkəməsinin 30.01.2017-ci il tarixli qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat İddiaçı ASC-dən iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(102)-793/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh (tələbkar) ilə İddiaçı ASC (borclu) arasında bağlanmış 07 may 2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər borclunun Bakı Apellyasiya Məhkəməsinin mülki klollegiyasının 2(102)-793/2019 saylı icra sənədinə əsasən tələbkara ödəməli olduğu cəmi 54324,68 manat pulun 45000 manatını bu sazişin imzalandığı tarixdə tələbkarın İddiaçı ASC-dəki hesabına köçürməsi, tələbkarın isə borcluya qarşı tələbin 9324,68 manat hissəsindən imtina etməsi və bu barədə notarial qaydada təsdiq edilmiş ərizənin bir nüsxəsini tələbkara, digər əsl nüsxəsini isə Səbail rayon İcra və probasiya şöbəsinə təqdim etməsi, eləcə də, 45000 manat tələbkara ödənildikdən sonra o, borcluya qarşı tələbin qalan 9324,68 manat hissəsinə dair tələb irəli sürməyəcəyi barədə razılığa gəlmişlər. Ödəniş tapşırıqlarından görünür ki, Bank Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına gəlir vergisi kimi 6997,5 manat, DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat məbləğində pul köçürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(060)-786/2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5489,44 manat əsas kredit borcu, 1538,39 manat kreditdən istifadəyə görə faiz borcu, 50 manat cərimə (penıya) borcu, cəmi 7077,83 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 25 may 2018-ci il tarixli, 2(105)-2100/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(060)786/2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, qüvvədə olan məhkəmə qətnamələri ilə Bankdan Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş 54.324,68 manatın qarşılıqlı razılaşma əsasında 45.000 manatı onun hesabına köçürüldükdən sonra Bank tərəfindən gəlir vergisi kimi 6997,5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi 290,41 manat pul ödənişi olmuşdur. İddiaçı həmin ödənişlərin cavabdehin gəliri hesabına ödənilməli olmasını əsas gətirərək tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Eləcə də cavabdeh tərəfindən vaxtında icra edilməyən məhkəmə qətnaməsinə görə Mülki Məcəlləninin 449-cu maddəsinə istinadən əldən çıxmış fayda olaraq pul tələbi irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, hazırki münasibətlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin təsiri altında düşdüyü üçün həmin qanunlar tətbiq edilməli, bu qanunvericilik aktlarının göstərişinə uyğun olaraq Bank tərəfindən həyata keçirilən ödənişlərin vergi və məcburi dövlət sosial siğorta haqlarına cəlb edilməli olubolmaması müəyyən edilməlidir. Belə ki, araşdırılan mübahisədən göründüyü kimi tərəflər arasında əmək münasibətlərindən irəli gələn hüquq münasibətləri olmuşdur və məhkəmə qətnaməsinə əsasən cavabdehə çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə və məzuniyyət günlərinə görə ödənilməmiş pul məbləğinin tutulması qət edilmişdir. Bu baxımdan məhkəmə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməyi məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş dəymiş zərər anlayışına aydınlıq gətirilməsinə zərurət vardır. Azərbaycan Respublikasın Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən azadolmalar və güzəştlərin əsasları nəzərdə tutulmuşdur. Həmin maddənin göstərişinə görə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri (102.1.10-cu maddə) gəlir vergisindən azaddır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halları nəzərdə tutan 195-ci maddəsinə əsaən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196.1-ci maddəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin ümümi prinsiplərinə görə Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Kompensasiyanın vəzifəsi «ziyanın tam təminindən ibarətdir». «Kompensasiya» - dəymiş zərərin ödənilməsi yönümündə çıxış edən ödəniş növüdür. Əmək qanunvericiliyinin şərh olunan normalarının tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçiyə dəymiş maddi ziyanı ödəməlidir. Qüvvədə olan məhkəmə qətnamələrindən göründüyü kimi işəgötürən işçinin əmək haqqı və digər ödənişlərini düzgün müəyyən etmədiyi üçün ondan işçinin xeyrinə pul tutulması qət edilmişdir. Həmin pul ödənişi isə maddi zərər qismində qanunvericilikdə tanınmışdır. Qeyd edildiyi kimi mülki qanunvericilikdə kompensasiya - dəymiş zərərin əvəzi olaraq çıxış edir. Bu halba belə bir qənaətə gəlinir ki, maddi zərər kompensasiya ödənişi olmaqla həmin ödəniş növündən gəlir vergisi tutula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Qeyd olunan normaların göstərişlərinə əsasən məhkəmə hesab etmişdir ki, vergitutmanın ümumi əsasları icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunduğundan, dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişlərindən sözügedən sığorta haqları da tutula bilməz. Bundan başqa məhkəmə haqlı olaraq iddianın əldən çıxmış faydaya görə pul tələbi hissəsini də əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab etmişdir ki, iddiaçı əldən çıxmış faydaya görə pul tutulması ilə bağlı hissədə tələbini təsdiq edən, yəni cavabdehin həmin vəsaitdən Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuş şəkildə faydalanması ilə bağlı sübut məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyantlar apelyasiya şikayətlərində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsələr də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Apelyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-953/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-953/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver