Məhkəmə qərarları › İş №2(105)-959/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-959/2021

14.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-959/2021 14.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadından iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı ilə (hakim R.T.Həsənov) iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, X2 və Zamin2-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadə şikayət verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadını ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X2 və Zamin2-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki dünyada və eləcə də ölkə ərzisində yayılmış yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Höküməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların babeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Bu səbəbdən də xx xxx 2020-ci il tarixində karantin rejimində yumşalmalar tətbiq edilən kimi Hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamə ilə tanış olaraq yığılıb qalmış iş çoxluğu şəraitində mümkün qısa zamanda apelyasiya şikayətini hzırlamağa başlamışlar. Lakin bundan sonrada da, məlum olduğu kimi 23 və 30 may tarixləri ölkədə qeyri-iş günləri müəyyən edilmişdir. Bu səbəbdən şikayəti xx xxxx 2020-ci il tarixində poçt xidmətinə vermişdirlər. Ona görə də, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini icraata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsinin surətini poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2020ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməni imzalayaraq almış, apelyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə verilmişdir. Beləliklə, İddiaçı apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti və apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsinin surəti xx xxxxx 2020-ci il tarixdə iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən qəbul edilmiş və iddiaçının apelyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası nəzərı alır ki, iddiaçı Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsinin surətini poçt vasitəsi ilə rəsmi qaydada almış, lakin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə verməmişdir. X5 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar