Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-960/2022 04.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X18 Tağızadənin sədrliyi və məruzəsi, X9 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.X.Hüseynov) İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq Cavabdeh birgə övladları 17.06.2009 təvəllüdlü X5, 02.02.2011 təvəllüdlü X2, 25.08.2015 təvəllüdlü X7 və 09.11.2017 təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləği ilə 175 manat, cəmi hər ay 700 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artıraraq Cavabdeh birgə övladları 17.06.2009 təvəllüdlü X5, 02.02.2011 təvəllüdlü X2, 25.08.2015 təvəllüdlü X7 və 09.11.2017 təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit pul məbləği ilə 175 manat, cəmi hər ay 700 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikahlarını 07.10.2008-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikalarından dörd uşaqları vardır- 17.06.2009 təvəllüdlü X10, 02.02.2011 təvəllüdlü X6; 25.08.2015 təvəllüdlü X7 və 09.11.2017 təvəllüdlü X8. Aralarında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yəni onunla saxlanılmışdır. Həmin qətnamə ilə həmçinin 4 uşağın saxlanması üçün hər uşağa 100 manat olmaqla cavabdehdən sabit pul məbləği ilə cəmi 400 manat iddiaçının aliment tutulmuşdur. Alimentin tutulması müraciət edilməsi anından yəni 2019-cu ilin may ayından hesablanmışdır. Bildirir ki, uşaqları valideynlərinin köməyi ilə saxlayır. Maddi dolanışıq, uşaqların təminatı gündən-günə artır. Qızı Fatimə daun sindromludur. Onun müalicəsi ücün hər ay xeyli miqdarda pul lazım olur. Lakin borclu Cavabdeh aliment borcunu son aylar ödəməyə başlamışdır. Qətnamə ilə müəyyən olunmuş 400 manat məbləğində aliment, uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün son dərəcə azdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat müəyyən edilmişdir. Odur ki, cavabdehdən sabit pul məbləği ilə tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 175 manat, cəmi 700 manat müəyyən edilməlidir. Cavabdehdən uşaqlara ödənilən alimentin məbləğinin artırılması ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sesiyyasına gəlməmişdir. Ona görə də cavabdehdən razılıq almaq heç cür mümkün olmadığından hazırkı mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X11 iştirak edilməməsi barədə 2021-004584 saylı, 03 noyabr 2021-ci il tarixli arayışadan görünür: Cavabdeh ilə İddiaçı arasında olan atanın icazəsi olmadan uşaqların ölkədən çıxarılması və alimentin məbləğinin artırılması tələbinə dair mübahisə üzrə 03.11.2021-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iddiaçının ağır maddi vəziyyətini nəzərə almamışdır. Cavabdeh könüllü şəkildə aliment ödəməkdən boyun qaçırır. Uşaqların böyüməsi, onların baxçaya, məktəbə getməsi nəticəsində maddi tələbatının gündən-günə artması, qızının xəstə olmasını məhkəmə nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli e-2(060)- 559/2022 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər 07 oktyabr 2008-ci ildə ailə qurmuş, onların bu nikahdan 17.06.2009-cu təvəllüdlü Eldar, 02.02.2011-cu təvəllüdlü Fatimə, 25.08.2015-cu təvəllüdlü Aliyə və 09.11.2017-cu təvəllüdlü Miray adlı uşaqları doğulmuşdur və tərəflər arasında nikah 26 fevral 2020-ci ildə pozulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4709/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Kərimova (Sultanova) Vüsalə Əli qızı arasında 07.10.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 999 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra birgə nikahdan anadan olmuş 17.06.2009-cu il təvəllüdlü X10, 02.02.2011-ci il təvəllüdlü X6, 25.08.2015ci il təvəllüdlü X7 və 09.11.2017-ci il təvəllüdlü X8 ananın cavabdeh X13 yanında qalması, iddiaçı Cavabdeh V.Ə.Kərimovanın xeyrinə 17.06.2009-cu il təvəllüdlü X10, 02.02.2011-ci il təvəllüdlü X6, 25.08.2015-ci il təvəllüdlü X7 və 09.11.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.05.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis idarəsinin maliyyə plan bölməsinin 24.12.2021-ci il tarixli arayışından görünür ki, polis baş leytenantı Cavabdeh aylıq əmək haqqı 798,40 manat təşkil edir. İşə əlavə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin sonrakı nikahdan 09.04.2021-ci il təvəllüdlü Ömər adlı övladı vardır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin nikahlarından dörd övladının olması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edərkən uşaqların mənafeyini nəzərə almamışdır. Odur ki, hər uşagın saxlanılması üçün aliment miqdarının 120 manat təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadıgından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 fevral 2022-ci il tarixli e-2(060)- 559/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. xx xxxxxx 1982-ci il tarixdə Ağdam rayonu, Əhmədavar kəndində anadan olan Cavabdeh 04 aprel 2022-ci il tarixdən başlayaraq birgə övladları 17.06.2009 təvəllüdlü X5, 02.02.2011 təvəllüdlü X2, 25.08.2015 təvəllüdlü X4 və 09.11.2017 təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa sabit pul məbləği ilə 120 (yüz iyirmi) manat, cəmi hər ay 480 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-960/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-960/2022
04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver