Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-967/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(012)-3652/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş aktlar üzrə 1037.1 (min otuz yeddi manat on qəpik) manat, 30.77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1132.87 (min yüz otuz iki manat səksən yeddi qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1789 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00319 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 40010829 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə edilməsi aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli, ******* akt əsasında 453.6 manat və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.2 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1037.1 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh iddiaçıya cəmi 1037.1 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(012)-3652/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin sayğac quraşdırılanadək qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı qeyri-qanuni şəkildə taladığını qeyd edir. Lakin işin məhkəmə baxışında iddiaçının nümayəndəsi tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi. Cavabdeh aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda cavabdehin imzası yoxdur, həmçinin akt iddiaçı tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur. Cavabdehin sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etməsi və ya sayğacdankənar təbii qazdan istifadə etməsi hər hansı sübutla təsdiq olunmadı. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3652/2022 saylı, xx.xx.2022-il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyant apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə heç bir araşdırma aparmadan iddianın təmin edilməməsinə dair əsassız qətnamə qəbul etmişdir. İddiaçı İBnin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfindən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, aktları imzalamaq təklif olunsa da cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda sayğacdankənar təbii qazdan istifadə edildiyinin aşkar edilməsi qeyd olunmuş və aktlara müvafiq şəkillər əlavə edilmişdir. Həmin şəkillərdən də açıq-aşkar görünür ki, evin divarının üst tərəfindən keçən ümumi qaz trubasına qeyri-qanuni şlanq vasitəsi ilə qoşulmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən sayğacdankənar istifadə hallarına bu cür yanaşma bu kimi işlərdə mənfi məhkəmə təcrübəsi yaradar və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının artmasına gətirib çıxarar. Belə ki, hüquqda cəza ona görə tətbiq edilir ki, insanlar törətdikləri qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunaraq islah olunsunlar, gələcəkdə həmin hərəkətlərdən çəkinsinlər. İş materiallarından göründüyü kimi abonent uzun müddətdir ki, təbii qazdan sayğacdankənar istifadə edir, istifadə etdiyi təbii qaza görə heç bir ödəniş etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(012)-3652/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 453,6 manat dəyərində zərər cavabehdən tutularaq idiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 14/1789 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, həmin tarixlərdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********00319) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı Cavabdeh həmin aktı imzalamamışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə 13 may 2020-ci il tarixli akt əsasında 453,60 manat, 31 avqust 2020-ci il tarixli akt əsasında 583,20 manat ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3440 nömrəli arayışdan görünür ki, Cavabdeh Yeni yaşayış massivində özünə məxsus evi 2013-cü ildə tikdirmişdir. Həmin evə 2020-ci ildən qaz sayğacı qoyulsa da ev təmirsiz olduğu üçün indiyə qədər yaşayış olmamışdır. İş materiallarında əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh məxsus Hökməli qəsəbəsində yerləşən evdə qazdan istifadəyə görə borcu yoxdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin sayğac quraşdırılanadək qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı qeyri-qanuni şəkildə taladığını qeyd edir. Lakin işin məhkəmə baxışında iddiaçının nümayəndəsi tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi. Cavabdeh aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda cavabdehin imzası yoxdur, həmçinin akt iddiaçı tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur. Cavabdehin sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etməsi və ya sayğacdankənar təbii qazdan istifadə etməsi hər hansı sübutla təsdiq olunmadı. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 14/1789 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, həmin tarixlərdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********00319) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı Cavabdeh həmin aktı imzalamamışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə 13 may 2020-ci il tarixli akt əsasında 453,60 manat, 31 avqust 2020-ci il tarixli akt əsasında 583,20 manat ziyan hesablanmışdır. Bundan əlavə İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda sayğacdankənar təbii qazdan istifadə edildiyinin aşkar edilməsi qeyd olunmuş və aktlara müvafiq şəkillər əlavə edilmişdir. Həmin şəkillərdən də açıq-aşkar görünür ki, evin divarının üst tərəfindən keçən ümumi qaz borusuna qeyri-qanuni şlanq vasitəsi ilə qoşulmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq xx.xx.2020ci il tarixli, ******* saylı akt tərtib edilmiş, digər akt isə mütəmadi olaraq sonrakı tarixdə tərtib edilmişdir. Bununla da iddiaçı təşkilat tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, «Qazdan istifadə qaydaları»nın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə ilk dəfə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmiş, həmin akt tərtib edildikdən sonra qazpaylayıcı tərəfindən X1 qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki “Qazdan istifadə qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən birinci akta görə hesablanmış 453,6 manat pul tutulmalı, digər akta görə müəyyən edilmiş borcun tutulmasından isə imtina edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehdən tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2(012)-3652/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, dəymiş ziyana görə 453,6 manat və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2(012)-3652/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 453,6 (dörd yüz əlli üç manat, altmış qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-967/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-967/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver