Məhkəmə qərarları › İş №2(105)-978/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-978/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-978/2020 02.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsirəddin oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı4, İddiaçı2 vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X9 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)- 7096/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-7096/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X7 və X8 10000 (on min) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 İsmixan qızına verilməsi qət edilmişdir. (hakim İ.Mahmudov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-7096/2018 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1923/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 10000 (on min) manatın alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 İsmixan qızına verilməsi, iddia tələbinin X9 münasibətdə rədd edilməsi qət edilmişdir. (sədrlik edən hakim S.Qafari) Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1923/2019 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7473/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)- 1923/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. (sədrlik edən hakim S.Hacıyev) İŞİN HALLARİ: İddiaçı2, İddiaçı1 İsmixan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat məbləğində pulun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onlardan 2016-cı ilin yay ayından başlayaraq, Sumqayıt şəhərində 4-5 ay ərzində 20125 (iyirmi min yüz iyirmi beş) manat məbləğində borc pul almışlar. Cavabdeh2 ona müraciət edərək, oğluna toy etməsi, evini təmir etməsi və gəlininə qızıl alması üçün təcili pul lazım olduğu üçün borc pul istəmiş və toydan dərhal sonra borcunu qaytaracağına dair ona söz vermişdir. O da buna razı olmuş və pulu Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 gəlib ondan götürmüşdür. Cavabdeh Ağayev X10 Bakı Saray üzrə 114 nömrəli marşurut avtobusunda işləyirdi. Cavabdehlər müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan imtina etmişlər. Lakin o, çətinliklə də olsa həmin borcdan 10125 manatı geri ala bilmişdir. Daha sonra o, cavabdehlərdən qalan 10000 manat borcu tələb etmiş, cavabdehlər isə qalan borcu geri qaytarmaqdan boyun qaçırmışlar.O, cavabdehlərə 5 qızı olduğunu və bu pulun onlar üçün vacib olduğunu bildirərək, borcu qaytarmalarını tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona sonradan məlum olmuşdur ki, cavabdehlərin ünvan 1 ünvanında mənzilləri də vardır. Göründüyü kimi cavabdehlər ondan toy etmək, mənzili təmir etmək və qızıl almaq bəhanəsi ilə borc pul alaraq onu aldatmışlar. Hal-hazırda da borcun qaytarılmasını dəfələrlə tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışlar. Ona görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, o, İddiaçı2 10 000 manat pul borc almış və onu da qaytarmışdır. Həmin pulun qaytarıldığını qarşı tərəf də təsdiq edir. Məhkəmə isə qeyd olunan halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçılar İddiaçı2 və İddiaçı4, iddiaçının vəkili X6 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Vaqif Ağayev izahatında bildirmişdi ki, arvadı Cavabdeh1 iddiaçılardan 12 faizə borc pul almış, il yarım ərzində hər ay 600 manat olmaqla faiz borclarını ödəmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(102)-7473/2019 saylı qərarına əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edildiyindən iddianın təmin edilən qüvvədə olan hissəsində araşdırılır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-7096/2018 saylı qətnaməsi cavabdeh ğayeva Nəzakət Allahverdi qızına münasibətdə də ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki: “...cavabdeh yalnız 1 dəfə 10.000 manat məbləğində borc aldığını etiraf etdiyindən və iddiaçı da ona iddiaçı tərəfindən 10.150 manat pulun qaytarıldığını bildirdiyindən 2-ci dəfə ona 10.000 manat məbləğində pul verməsi ilə bağlı sübutetmə yükü məhz iddiaçının üzərinə düşmüş olur. Apellyasiya instansiyası məhkəməsi isə istinad edilən prosessual normaların tələblərinə zidd olaraq, cavabdeh tərəfindən alındığı qəbul edilməyən 2-ci məbləğin qaytarılması üzrə sübutetmə yükünün onun üzərinə qoymuşdur.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılardan Cavabdeh1 10.000 manat borc pul almışdır. O cümlədən tərəflər etiraf edir ki, həmin borc ödənilmişdir. İddiaçılar etiraf edir ki, ödənilən məbləğ 10125 manat olmuşdur. Həmçinin iddiaçılar iddia edir ki, digər vaxt 10.000 manat verilən borcu cavabdeh qaytarmamışdır. Lakin buna dair sübutu təqdim etmək onlara təklif edilmiş, heç bir tutarlı sübut təqdim edilməmişdir. AR MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha öncə qeyd olunduğu kimi iddiaçılar iddia tələbləri ilə bağlı öz izahatlarından başqa, yanaşı yoxlanılması və qiymətləndirilməsi üçün məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X15 Məhkəməsi "X3rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən tutarlı əsas gətirilməmiş, iddianı təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyyası hesab edir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış və tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir ki, bu da həmin qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçılardan tutularaq Cavabdeh1 verilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)- 7096/2018 saylı qətnaməsi Cavabdeh1 aid hissədə də ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh1 aid hüssədə də rədd olunsun. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçılardan tutularaq Cavabdeh1 verilsin. İddia verilməsi üçün ödənilmiş dövlət rüsunu iddiaçıların özlərin aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar