Məhkəmə qərarları › İş №2(105)-978/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-978/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-978/2025 12.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-370/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh 2541,01 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2541,01 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2541,01 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-112/2021 nömrəli hökmü ilə 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2021ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək böyük icra məmuru X3 və məhkumun özünün iştirakı ilə məhkuma ENV 35622699 saylı komplekt tətbiq edilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. X2 verilmiş məlumat əsasında məlum olmuşdur ki, məhkum barəsində “izlənmə məlumatları" gəlmir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, həqiqətən izlənmə məlumatları gəlmir. Məhkumdan bunun səbəbləri soruşulmuş və o, ENV-nə heç bir müdaxilə etmədiyini bildirmişdir. Hökmün icrası məqsədi ilə Cavabdeh yeni ENV-si tətbiq edilmiş və ondan götürülmüş 35622699 saylı komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC-nin müvafiq rəyinə əsasən texniki baxışın nəticəsi olaraq istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğu yararsız vəziyyətə düşdüyü bildirilmişdir. Belə ki, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Mütəxəsis Rəyinə əsasən komplektə (qurğuya) xx.xx.2024cü il tarixdə texniki baxış keçirilmişdir. Həmin texniki baxış barədə rəydə göstərilmişdir ki, komplektin təmiri mümkün deyil, istifadəyə tam yararsızdır və bu barədə rəy şöbəyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və ona maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qolbaq tətbiq edildikdən 3 ay sonra Maştağa xəstəxanasında 6 ay müalicə almışdır. O, həmin xəstəxanaya gedəndə İddiaçı əməkdaşı X3 ona bildirdi ki, adaptr, attenti cihazı və onun çexolunu ona təhvil verməlidir. O, həmin cihazı və onun adaptrı və çexolu ilə birlikdə icra məmuru Mehman Beybudova təhvil vermişdir. Xəstəxanada olduğu müddət ərzində ayağına bağlı olan qolbağı isə Ədliyyə Nazirliyindən Probasiya Xidmətinin əməkdaşları formada geyimdə gəlib həmin qolbağı ayağından açmadan birbaşa kəsib aparmışlar. 6 aylıq müddət bitdikdən sonra Şamaxı rayonuna gəldikdə Mehman Beybudov onu Probasiya Xidmətinə çağırmış, ona bildirmişdir ki, qolbağın hardadır. O isə bildirmişdir ki, cihaz və adaptr, çexolu siz götürdünüz. Qolbağı isə Probasiya Xidmətinin əməkdaşları kəsib aparmışdır. İki gündən sonra işlənmiş bir qolbağı onun ayağına taxaraq təhvil verdi. Bütün bunlar 2022-ci ildə baş vermişdir. Əgər cihazı, adaptrı, çexolu götürmüş olsa idi niyə 3 ildir ona qarşı bir iddia qaldırılmamışdır. Daha sonra 2023-cü ilin oktyabr ayında ikinci vurduğu qolbağı ayağından açıb təhvil götürmüşdür. Həmin qolbağın cihazı, mobil adaptoru, çexolu Mehman Beybudov tərəfindən xəstəxanada olarkən əlindən alınmış, qolbaq isə Probasiya Xidmətinin əməkdaşları tərəfindən kəsilib çıxarılmışdır. Mehman Beybudov məhkəmədə iştirak edərsə bütün bunları mütləq etiraf edəcəkdir. Birinci instaniya məhkəməsi tərəfindən işə baxılarkən ayağından qolbağı açan X4 məhkəməyə çağrılmamış, maddi hüquq normaları pozulmuş və prosessual norma və qaydalara riayət edilmədiyi üçün onun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən məhkəmə müdafiəsi təminatı hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə, habelə prosessual hüquq normalarını nümayişyanə pozaraq alt-üst etməklə, açıq-aşkar qanunsuz və əsassız olan iddia tələbini təmin etmişdir. Bununla da işə baxan hakim özünün qərəzsizliyini, obyektivliyini əsaslı şübhələr altına almış və qənaətinə görə işə bu səpkidə yanaşma onun "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun kobud şəkildə pozulmasıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci i tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılması, və Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının İddiaçınə həvalə edilməsi, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilməsi, Cavabdeh İddiaçındə qeydiyyata götürülərək böyük icra məmuru X3 və məhkumun özünün iştirakı ilə məhkuma ENV 35622699 saylı komplekt təhvil verilməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar