Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-981/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 430/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində borcun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında baglanmış olan şifahi razılaşrnaya əsasən 2023-cü ildə cavabdeh ondan gilas və süd məhsullari almışdır. Belə ki, o, kənd təsərrüfatı ilə məşğul olur, həm iribuynuzlu heyvanları, həm də gilas bağı vardır. Məhz elə onların da məhsullarını cavabdehə satmışdır. Cavabdehin ona süd məhsullarına görə 900 manat, gilas meyvəsinə görə isə 900 manat borclu qalmışdır. Dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də o, pulu ödərnəkdən boyun qaçırmışdır. Məcburiyyətdən Xaçmaz RPŞ-yə etdiyi şikayət üzrə aparılmış araşdırma zamanı cavabdeh ona süd satışına görə 900 manat, gilas satışına görə isə 800 manat, umumən isə 1700 manat borclu olduğunu etiraf etmişdir. Eləcədə borcu qısa zamanda ödəyəcəyini bildirrnişdir. Lakin üstündən 5 ay keçsə də cavabdeh ona heç bir məbləğ ödəməmişdir. Cavabdeh borcunun ödənilməsindən yayındığından hesab edir ki, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-430/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 1700 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 27 manat pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 10 manat hissəsinin isə İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehin hazırda ona cəmi 1800 manat pul borclu qalmasını iddia etmiş və iddia tələbini təsdiq edə sübutları kimi şikayəti əsasında toplanmış material üzrə Xaçmaz RPŞ-də Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi izahatı və diskdə qeydə alınmış səs yazısını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd olunan sübutları tədqiq edərkən, müəyyən etmişdir ki, cavabdeh 2023-cü il ərzində iddiaçıdan aldığı süd məhsullarına görə 900 manat, gilas məhsuluna görə isə 800 manat pul borclu qaldığını etiraf etmiş və borclu qaldığı pulu 2024-cü ilin yay mövsümündə ödəyəcəyini bildirmişdir. Qeyd olunan halı cavabdeh həm Xaçmaz RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatında, həm də iddiaçının məhkəməyə təqdim etdiyi 1 ədəd diskdə qeydə alınmış səs yazısında etiraf etmişdir. İş üzrə Cavabdeh isə məhkəmə araşdırması zamanı müxtəlif məzmunlu ziddiyətli izahatlar vermişdir. Belə ki, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatında iddiaçıya 960 manat borcu olduğunu, ona 500 və 200 manat məbləğlərində ödənişlər etdiyini, süd məhsullarına görə 840 manat, gilasa görə isə 800 manat borcu qaldığını, iddiaçıya 700 manat pul verdiyini, 200 manat pulu əlbəəl, 500 manat pulu da Polis Şöbəsində verdiyini, həmçinin 900 manat südə görə, 800 manat isə gilasa görə borcu qalmasına dair polis Şöbəsində izahat vermədiyini, lakin həmin izahatdakı imzanın ona məxsus olmasını, orada şifahi olaraq ümumi borcu olduğunu və 700 manat borcdan ödəniş etdiyini dediyini, hazırda iddiaçıya ümumi borcunun 1640 manat olduğunu bildirsə də məhkəmə baxışı iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, onun iddiaçıya 940 manat borcu qalmışdır. Polis Şöbəsinə verdiyi ifadələrdən sonra iddiaçıya 200 manat və 500 manat pul vermişdir. Məhkəmə işdə olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, onun şikayəti əsasında Xaçmaz RPŞ-də toplanmış material üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli izahatını və 1 ədəd diskdə qeydə alınmış səs yazısını mötəbər sübutlar kimi qəbul etmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 427,567, 568.1, 598.2, 600.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 430/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz RPŞ-yə şikayəti ilə əlaqədar onu həmin vaxt rəis müavini işləyən Faiq müəllimin yanına çağıraraq tələb edildi ki, pulun 500 manatını dərhal ödəməlidir, qalanıda tez bir zamanda verməlidir. Onu bir sutka polis şöbəsində saxladılar və ona izahata imza etdirdilər. Əlyazma ilə izahat vermiş, məhkəməyə təqdim olunmuş izahatı isə çap olunmuş sənəddir. O, çap olunmuş sənədə imza etməmişdir. Verdiyi izahatı da onu qorxudub alıblar. Məhkəmə iclasında da bildirmişdir ki, uzun illərdir ki, İddiaçı mərhum atası Polad Şükürovla alver etmiş, bir-birinə inam və etibarı olmuşdur. O, cümlədən İddiaçı bildirmişdir ki, ona borclu qaldığı 1000 manat pulu verəcək, sadəcə onu tələsdirməsin. Habelə məhkəmə iclasında bildirmişdir ki, polisə verdiyi izahatdan sonra iddiaçıya 500 manat bir dəfə və 200 manat başqa vaxt ödəmiş, ona cəmi 1000 manat borcu qalmışdır. Hərçənd ki, iddiaçı ona borclu olmağı barədə hər hansı iltizam və ya qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə ona 1000 manat borclu qalmağını danmır. Məhkəmə göstərdiklərini ziddiyətli izahat kimi qəbul etməklə iddiaçıya ödədiyi 700 manat pulu nəzərə almadan qərar çıxarmışdır. Halbuki iddiaçı özü məhkəmədə verdiyi izahatında ona 1800 manat borcu olduğunu, iddia ərizəsində isə 1700 manat borclu olduğunu göstərmişdir. Məhkəmə Mülki Məcəllənin öhdəliklərə dair müddəalarına istinad etməklə qətnaməni əsaslandırmağa çalışsa da iddiaçı qarşısında hər hansı müqavilənin olmamasına əhəmiyyət verməmişdir. İddiaçı ilə gilas məhsulunun və süd məhsullarının alqı-satqısına dair, o cümlədən nisyə alqısatqısına dair hər hansı müqavilə mövcud deyildir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qətnamədən də göründüyü kimi hər hansı müqaviləyə istinad edilməmişdir və edilə də bilməzdi, çünki belə bir müqavilə yoxdur. Məhkəmə yalnız iş üzrə İddiaçı maraqları baxımından məsələyə yanaşmış, bütün faktiki halları araşdırmamış, iddiaçı ilə mənim aramda gilas məhsulu və süd məhsuluna dair hər hansı razılaşmanın olmamasına əhəmiyyət verməmiş, iddiaçıdan heç olmasa ondan mal almağı barədə adi bir qəbz belə tələb etməmişdir. Xaçmaz rayon Polis Şöbəsində onu bir sutka saxlamaqla sonradan qorxudaraq izahat alınması barədə və izahatını əlyazma ilə yazdığı halda məhkəməyə çap edilmiş izahatın təqdim edilməsinin səbəblərini araşdırmamışdır. İddiaçı 1700 manat borcu olması barədə hər hansı mötəbər sübut mövcud deyil. Ona hazırda 1000 manat borcu var və həmin borcu danmır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya ümumilikdə 1700 manat borcu olub, 700 manatı qaytarmış, hazırda 1000 manat borcu var. İddiaçı özü məhkəmə iclasında izahatı ilə 200 manat bir, 500 manat bir ödədiyini təsdiq edib, lakin daha artıq məbləğ ödəməli olduğunu bildirib. Polis şöbəsində izahat yazandan sonra iddiaçıya 500 manat vermişdir. 30 ildir bir yerdə işlədiyi insandır, etibar etmişdir, ona görə qəbz almamışdır. Polis şöbəsində izahatında 1700 manat borcunun olduğunu yazsa da əslində həmin ana qədər artıq 200 manatı geri qaytarmışdı. İzahatı yazandan sonra iddiaçıya 500 manat da vermişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
12. İddiaçı Xaçmaz RPŞ-yə ünvanladığı ərizədən görünür ki, o, Cavabdeh ona borclu olduğu 2300 manat pulu ödəmədiyini bildirib, köməkik göstərilməsini xahiş etmişdir.
13. Xaçmaz RPŞ-nin İddiaçı ünvanlanmış məktubundan müəyyən olunur ki, Xaçmaz RPŞ-nə müraciəti ilə bağlı ərizəsində göstərdiyi xüsusatlar üzrə inzibati xəta xarakterli hadisə müəyyən olunmadığından, tələbi mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
14. İddiaçı Xaçmaz RPŞ-nə müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh 10 iyul 2024-cü il tarixdə alınmış izahatından müəyyən olunur ki, o, 2023-cü il ərzində iddiaçıdan aldığı süd məhsullarına görə 900 manat, gilas məhsuluna görə isə 800 manat pul borclu qaldığını etiraf etmiş və borclu qaldığı pulu 2024-cü ilin yay mövsümündə ödəyəcəyini bildirmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
427. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1.Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya baxışının hədləri
17. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-430/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarından və tərəflərin izahatından məlum olur ki, tərəflər arasında süd məhsullarının və gilas meyvəsinin alqı-satqısı barədə razılaşma olmuş, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə versə də cavabdeh onların dəyərini iddiaçıya qaytarmamışdır. Həmin məhsulların dəyərinin iddiaçıya tam ödənilməməsi cavabdehin izahatı ilə də təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddiaçı Xaçmaz RPŞ-yə ünvanladığı ərizəsində cavabdehin ona borclu olduğu 2300 manat pulu ödəmədiyini bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının audio-video yazısına nəzər yetirildikdə müəyyən edilir ki, iddiaçı izahatında cavabdehə 2300 manat məbləğində məhsul verdiyini, daha öncədən də 200 manat borclu olduğunu, həmin puldan 200 manatını qış aylarında qaytarıldığını, 500 manatını isə polis şöbəsində ona verdiyini, hazırda isə 1800 manat borcu qaldığını bildirsə də cavabdeh buna qarşı hər hansı etiraz bildirməmiş, bununla da qeyd edilən məbləğdə borcu qəbul etmişdir. Xaçmaz RPŞ-də Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi izahatından isə müəyyən edilir ki, cavabdeh 2023-cü il ərzində iddiaçıdan aldığı süd məhsullarına görə 900 manat, gilas məhsuluna görə isə 800 manat pul borclu qaldığını etiraf etmiş və borcunu 2024-cü ilin yay mövsümündə ödəyəcəyini bildirmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdeh polis şöbəsində izahatında 1700 manat borcunun olduğunu yazsa da əslində həmin ana qədər artıq 200 manatı geri qaytardığını, izahatı yazandan sonra iddiaçıya 500 manat da verdiyini iddia etmişdir ki, qeyd edilən halda cavabdeh polisdəki izahatında iddiaçıya 1500 manat borcunun qaldığını qeyd etməli idi. Cavabdeh qeyd edilən ziddiyyətli izahatı iddiaçının polis şöbəsinə müraciət edərkən cavabdehin 1700 manat deyil, ümumilikdə təxminən 2300 manat borcu olması ilə bağlı iddiasının əsaslı olduğunu təsdiq edir ki, bu da cavabdehin 500 manat ödədikdən sonra polisdə izahat yazması anlamına gəlir.
21. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 430/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-430/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.