Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-994/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3891/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3891/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1171 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 217 manat əsas borc, 67 manat dəbbə pulu və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 624 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla cəmi 2229 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,50 manatın “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********22386 olan “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı Paltaryuyan üçün 1171 manat ödənilməmiş hissə, 339 manat dəbbə pulunun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “LG LED” TV üçün 217 manat ödənilməmiş hissə, 67 manat dəbbə pulunun, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “HOFFMANN” markalı kondisioner üçün 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulunun, ümumilikdə 2605 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2635 manatın Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********22386 olan “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyan, “LG LED” TV, “HOFFMANN” markalı kondisioner almış və nəticədə 2605 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2034 manat (18 ay x 113 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********22386 olan “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyan üçün ümumilikdə 1510 manat olmaqla ondan 1171 manat ödənilməmiş hissə, 339 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 505 manat (18 ay x 28 manat + 1 manat ilkin ödəniş) olan “LG LED” TV üçün ümumilikdə 284 manat olmaqla ondan, 217 manat ödənilməmiş hissə, 67 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 920 manat (18 ay x 48 manat + 56 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı kondisioner üçün ümumilikdə, 811 manat olmaqla, ondan, 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1447 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Qətnaməyə əsasən onun Azərbaycan Respublikası MPM-nin 14, 47.2, 76, 77, 79, 85, 88, 152, 425, 455, 448, 449-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Belə ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə 2018-ci ildə müqavilələr bağlayaraq alqı-satqı qiyməti 2034 manat olan “Samsung Galaxy A3” markalı telefon, “Softskin” markalı çanta, “LG” markalı paltaryuyanı 18 ay müddətinə hər ay 113 manat, alqı-satqı qiyməti 505 manat olan “LG LED” markalı televizoru 18 ay müddətinə hər ay 28 manat və alqı-satqı qiyməti 920 manat olan “HOFFMANN” markalı kondisioneri 18 ay müddətinə hər ay 48 manat ödəmək şərti ilə almışdır. Aldığı mallara müəyyən müddət ödəniş etsə də, sonradan ödənişləri edə bilməmişdir. Bunun nəticəsi olaraq “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinə borcu yaranmışdır. Yaranan borcunu ödəmək üçün özünü “Kontakt Home”-nin vəkili kimi təqdim edən şəxsə 2019-cu ilin fevral ayından 2020-ci ilin əvvəlinə kimi hər ay 80-100 manat arası pul ödəmişdir. Lakin ödədiyi pul borcundan çıxılmadığından ödənişləri saxlamışdır. Hazırda rəsmi iş yeri olsa da banklara yaranmış borclarının ucbatından aylıq 100 manat maaş alır. O, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinə olan borcundan imtina etmir, götürdüyü öhdəlikdən boyun qaçırmır. Sadəcə maddi vəziyyəti ilə əlaqədar olaraq qətnamədə qət edilən məbləği bir dəfəyə ödəyə bilmir. Həmin məbləği yenidən qrafik açılması ilə hissə-hissə ödəməyə hazırdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış K00167348 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan K00167348 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyanın dəyəri olan 2034 manatı hər ay 113 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış K00191464 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “HOFFMANN” markalı kondisioner satılmışdır. İş materiallarında olan K00191464 saylı, xx.xx.2018-ci tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HOFFMANN” markalı kondisionerin dəyəri olan 920 manatı hər ay 48 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “HOFFMANN” markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış K00170755 saylı, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “LG LED” markalı televizor satılmışdır. İş materiallarında olan K00170755 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “LG LED” markalı televizorun dəyəri olan 505 manatı hər ay 28 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “LG LED” markalı televizoru təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1171 manat əsas borcu, 339 manat dəbbə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə 217 manat əsas borcu, 67 manat dəbbə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 624 manat əsas borcu, 187 manat dəbbə borcu vardır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti cəmiyyətindən qiyməti 2034 manat olan “Samsung Galaxy A3” markalı telefon, “SoftSkin” çanta, “LG” markalı paltaryuyan, qiyməti 920 manat olan “HOFFMANN” markalı kondisioner və qiyməti 505 manat olan “LG LED” markalı televizor almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində qanuni və əsaslıdır. Cavabdeh məhkəmə iclasında “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti cəmiyyətinə borcunun olmasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)- 3891/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-994/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-994/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver