Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-996/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X4 və cavabdeh X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər X7 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 17 noyabr 2020cu il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 17 noyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 9039,87 ABŞ dolları, faiz borcu üzrə 8393,16 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 18433 (on səkkiz min dörd yüz otuz üç) ABŞ dolları 03 (üç) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatın cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı QSC cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 9039,87 ABŞ dolları məbləğində kredit borcu, 8393,16 ABŞ dolları faiz borcu və 14080,49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 31513,52 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apellyasiya şikayətini onunla əsaslandırdı ki, işə onun iştirakı və məlumatı olmadan baxılmışdır. 2013-cü ildə 15600 manat pul götürsə də həmin pulu dollarla hesablayıblar. Sonradan ona məlum olmuşdur ki, kredit ABŞ dolları ilə rəsmiləşdirilmişdir. Hazırda 3039,87 ABŞ dolları borcu qalmışdır. Ancaq müəyyən ödənişlər etmiş, hesabatına görə 6300 ABŞ dolları qalmalıdır. Faizlərin hesablanması borcun artmasına səbəb olub. Apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı ilə cavabdeh Elsever Qafarov arasında bağlanmış 16.12.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 03.02.2012-ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müəyyən edilmişdir. Tərəflərin imzaladıqları 02.12.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay, məbləği isə 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Elsever Qafarov iddiaçı ilə bağladığı 02.12.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlərlə iddiaçı arasında bağlanmış zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərlərinə götürmüşlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 17 noyabr 2020-cu il tarixli qətnamnəsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edlən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İş materiallarında olan Elsever Qafarovla iddiaçı arasında bağlanan 16.12.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh Elsever Qafarova 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 03.02.2012-ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müddətinə artırılmışdır. 02.12.2014-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay müddətinə müəyyən edilmişdir. Cavabdeh Elsever Qafarov 02.12.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonradan 02.04.2015-ci il və 09.03.2016-cı il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin müddəti 20.06.2018-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş 08.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə X2 04.06.2020-ci il tarixinə olan borcu əsas məbləğ üzrə 9039, 87 ABŞ dolları, faiz üzrə 8393,16 ABŞ dolları, cərimə borcu üzrə 14080,49 ABŞ dolları, cəmi 31513,52 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, 16.12.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh Elsever Qafarova 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 03.02.2012ci il tarixli, 2181 saylı sazişə əsasən kredit xətti 158 ay müddətinə artırılmışdır. 02.12.2014cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti artırılaraq 192 ay müddətinə müəyyən edilmişdir. Cavabdeh Elsever Qafarov 02.12.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2,1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüş, 02.04.2015-ci il və 09.03.2016-cı il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin müddəti 20.06.2018-ci il tarixinə kimi uzadılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini faiz və cərimə borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcu tələb etməkdə haqlıdır. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində ondan tələb edilən borc məbləğini mübahisələndirmiş, bu səbəbdən cavabdehin borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 9/2382 saylı ekspert rəyindən görünür ki, X3 20.06.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 9069,02 ABŞ dolları, faiz borcu üzrə 4851,60 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki iddiaçı təşkialt cavabdehdən əsas borc üzrə 9039,87 ABŞ dolları məbləğində pul tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əsas borc üzrə 9039,87 ABŞ dolları tələb etdiyindən iddia tələbindən kənara çıxılmamalı və cavabdehin əsas borcu 9039,87 ABŞ dolları həcmində müəyyən edilməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində faiz borcu üzrə cavabdehdən 8393,16 ABŞ dolları tələb edilsə də, ekspert rəyində cavabdehin əsas borca görə hesablanmış faiz borcunun 4851,60 ABŞ dolları olması müəyyən edilmişdir.Göründüyü kimi, faiz borcu iddia ərizəsində olan məbləğindən azdır. Bu səbəbdən də qətnamə faiz borcuna hissədə ekspert rəyinə uyğun dəyişdirilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehlərdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 14080,49 ABŞ dolları məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 1000 ABŞ dolları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borcun cavabdeh Elsəvər Qafarovla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutulması qənaətinə gəlməkdə də haqlı olmuşdur. Belə ki iş materialları ilə müəyyən edilir ki , 16.12.2008-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, 24.09.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, 02.12.2014-cü il tarixli zainlik müqaviləsinə əsasən Cavabdeh4, 02.12.2014cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 bank qarşısında borcalanla eyni məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir.Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad edərək iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatın cavabdehlərdən tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tutulan borcun ödəniş gününə manata olan məzənnə nisbətində ödənilməsi qeyd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Əsgərova Güllü Abbas qızının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Əsgərova Güllü Abbas qızının apellyasiya şikayəti üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehlərdən müştərək qaydada 5195,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 1874,76 ABŞ dolları məbləğində borc (həmçinin digər borclar) qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini faiz borcuna dair hissədə qismən əsaslı olsa da, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Qeyd edilən iş materiallarına və ekspert rəyinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz borcuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh X2 apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3811/2020 saylı, 17 noyabr 2020-cu il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 8393,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 4851,60 ABŞ dolları məbləğində borc (həmçinin digər borclar) qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X2 apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3811/2020 saylı, 17 noyabr 2020-cu il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 8393,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən faiz borcuna görə 4851,60 ABŞ dolları məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın 50 (əlli) manatı İddiaçı QSC-dən, 100 (yüz) manatı cavabdeh X1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-996/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-996/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver