Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-997/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı Şıxəli qızının, cavabdeh X3 iştirakı ilə, İddiaçı Şıxəli qızının cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1571/2020 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1571/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 borclu olduğu 2600 (iki min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 ondan aldığı 2600 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Zülfiyyə İsrafilova apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçıdan 2600 manat pul borc almışdır. Sonradan 300 manat, 200 manat, 500 manat, 300 manat olmaqla borcunu qaytarmışdır. İddiaçı ona qaytarılmış 1600 manat borcu qəbul etmir. Birinci instansiya məhkəməsində də iddiaçıya 1600 manatı qaytarmasını bildirsə də, məhkəmə iddiaçının iddiasını tam təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1571/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehə 2600 manat borc vermişdir. Lakin cavabdeh aldığı borcu qaytarmamışdır. Məhkəmə də haqlı olaraq iddianı təmine tmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X9 göstərdi ki, iş üzrə İddiaçı onun doğma anasıdır. Anası İddiaçı Xaçmaz rayon “Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğul olur. X6 həmin bazarda süd məhsulları satmaqla məşğul olur. Cavabdeh Zülfiyyə İsrafilova həmişə anası İddiaçı ilə alış-veriş etmiş, hətta bir dəfə anasından borc pul almış və üstündən bir ay keçməmiş qaytarmışdır. 2019-cu ilin mart ayının 27-də cavabdeh Zülfiyyə İsrafilova anası İddiaçı müraciət edərək bir aya qaytarmaq şərti ilə ona 2600 manat borc pul verməsini xahiş etmişdir. Anası da cavabdehi tanıdığı və aralarında münasibətlər yaxşı olduğu üçün etiraz etməyərək həmin tarixdə cavabdehə 2600 manat pulu sonuncunun əri Siracəddin İsrafilovun yanında borc vermişdir. Anası Ceyran cavabdehdən güvənlik üçün zəmanət yazıb verməsini xahiş etmiş, cavabdeh etiraz etməyərək qeyd olunan tarixdə həqiqətən anasından 1 aylıq 2600 manat borc pul alması barədə iltizam yazıb imzalayaraq ona vermiş, həmin iltizama cavabdehin əri Siracəddin İsrafilov da imza etmişdir. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, həmin vaxtdan bir ildən çox müddət keçməsinə baxmayaraq onun borcunu qaytarmamışdır. Anası dəfələrlə cavabdehə zəng edərək və işlədiyi Xaçmaz rayonunun Cığatay kəndindəki fermaya gedib onunla görüşərək borc aldığı pulu qaytarmasını tələb etsə də cavabdeh borclu olduğu pulu qaytarmamışdır. Hətta anasının tapşırığı əsasında o da bir neçə dəfə cavabdehin yanına gedib pulu qaytarmasını xahiş etmiş, lakin bütün bunların heç bir müsbət nəticəsi olmamış və cavabdeh hər dəfə pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X10 göstərdi ki, o, uzun müddətdir ki, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğuldur. İddiaçı «Arzu» Özəl Ticarət Mərkəzində onunla qonşu cərgədə ticarətlə məşğul olan ticarətçi kimi tanıyır. Həqiqətən İddiaçı cavabdeh X5 onun iştirakı və vasitəçiliyi ilə xx xxxx 2019-cu il tarixdə 1 aya qaytarmaq şərtilə 2600 manat borc pul vermiş, cavabdeh əri Siracəddin İsrafilovun iştirakı ilə iddiaçıya iltizam yazıb verərək həmin pulu 1 ay ərizində iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Sonradan cavabdeh həmin vaxt tamam olmasına baxmayaraq borc aldığı pulu qaytarmamış, 1 ildən çox müddət keçməsinə və iddiaçı dəfələrlə ondan tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Mülki işə əlavə edilmiş Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160- 13432-1720 saylı məktubundan görünür ki, cavabdeh X1 şəhəri, Mehmandarov küçəsi ev 34 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş pul öhdəliyinə dair sənəddən görünür ki, iş üzrə cavabdeh X8 xx xxxx 2019-cu il tarixdə öz xətti ilə yazaraq İddiaçı 1 aylıq 2600 manat borc pul almasını qeyd etmiş, iltizama o və əri Siracəddin İsrafilov imza etmişlər. Birinci instansiya məhkəməsi qeyd edilən edilən qəbzə və tərəflərin izahatlarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2600 manat borca pul almışdır. Eyni zamanda həm birinci instansiya məhkəməsinin iclasında, həm də apelyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıdan 2600 manat almasını bildirmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 2600 manat borc pul alması iş materiallarında olan iltizam və cavabdehin izahatı ilə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X4rşı” xx xxxx 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlə sübuta yetirmişdir. Həmçinin cavabdeh də qeyd edilən məbləğdə pulu iddiaçıdan borc almasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı borcdan 1600 manat qaytarmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh 1600 manat borcunu qaytarmasını sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 1571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-997/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-997/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver