Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1006/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6300 manat məbləğində borcun və ödənilmiş 113 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (Hakim: Elxan Əmirəliyev) 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh borca görə 6300 (altı min üçyüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83 (səksən üç) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət olunaraq 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnamənin verilməsi xahiş edilmiş, Məhkəmənin 10 aprel 2025-ci il tarixli məktubu ilə həmin qətnamə cavabdehə göndərilmiş (sözügedən məktubda qətnamənin təkrarən göndərilməsi qeyd olunur), sonuncu xx.xx.2025-ci il tarixdə qətnaməni almış və xx.xx.2025-ci il tarixdə, ümumilikdə, qətnamənin qəbul edilməsindən 8 ay sonra apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlar nəzərə alınmaqla apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlamalı olduğu halda yoxlamamış və mülki işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Halbuki birinci instansiya məhkəməsi bu halları araşdıraraq apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlamalı, bundan sonra iş materiallarını baxılmaq üçün apellyasiya məhkəməsinə göndərməli idi. Kollegiya bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən verilmiş ərizədə də göstərilir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Apellyasiya şikayəti verən cavabdeh iddia müddətinin hansı səbəbdən ötürülməsi ilə bağlı ərizə də verməmişdir. Apellyasiya şikayətinə əlavə edilən sənədlər isə şikayətin vaxtında verilməsini təsdiq etmir. Cavabdeh mart ayında icra şöbəsində olmuşdur. Göründüyü kimi, cavabdeh, əslində, qətnamədən məlumatlı olmuşdur. Mövcud qanunvericilik şəxsin hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən hesablayır. Görünən odur ki, cavabdeh tərəf hazırkı mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına mane olmağa çalışır. Qeyd etdiyi xüsusatları icra məmuru da təsdiq edə bilər. Bununla bağlı icra məmuru ilə danışıb iradlarını bildirmişdir ki, tərəf apellyasiya şikayətini verməmişdir. Hazırkı halda iş materiallarına əlavə edilmiş sənədlər cavabdehin hüquqdan sui-istifadə etmək istəyini təsdiq edir. Həmçinin bildirmişdir ki, üzrlü səbəbdən bu halları təsdiq edən izahatlar vermək, apellyasiya şikayətinə dair münasibət bildirmək üçün məhkəmə iclasına gələ bilmir. O hesab edir ki, apellyasiya şikayəti onun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Yuxarıda qeyd olunanları və apellyasiya şikayətinin müddətin ötürülməsi ilə verildiyini nəzərə alaraq apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalı, apellyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, cavabdehin məhkəmə qətnaməsini nə vaxt aldığı dəqiqləşdirilməli, zərurət olarsa, icra işi öyrənilməli, prosessual müddət ötürüldüyü halda bunun üzrlü, yoxsa üzrsüz səbəbdən baş verdiyi aydınlaşdırılmalı və bundan sonra yekun hüquqi nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası MPM-in: 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-765/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1006/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1006/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver