Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1016/2023 24.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, katib X2, İddiaçı iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Füzuli Rayon Məhkəməsinin (hakim A.Musayev) 29 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 50 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu maddi zərərə görə 50 manat məbləğində pulun iki mislinin, yəni 100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 26 mart 2022-ci il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yerləşən, ona məxsus "Zəfər 44” ət dükanına quraşdırılmış su mühərrikinin su çəkən hissəsini qəsdən sındırmaqla ona 50 manat məbləğində maddi zərər vurmuş, buna görə də Füzuli Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 3(064)- 427/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdehdən həmin inzibati xətaya görə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasına əsasən ona 50 manatın iki mislini, yəni 100 manat məbləğində pul ödəməsini tələb edir. Birinci instansiya məhkəməsində cavabdeh verdiyi izahatında iddiaçının tələbini qəbul etmədiyini, iddiaçının göstərdiyi əməli törətmədiyini və sonuncuya hər hansı formada maddi zərər vurmadığını, lakin Füzuli Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarından şikayət vermədiyini göstərərək iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.8, 1096.2, 1097.1, 1115-ci maddələrinə, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, o, heç bir mülki hüquq pozuntusu törətməmişdir. Birinci instansiya məhkəməsində iddiaçı Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən onun şlanqı sındıraraq ona 50 manat ziyan vurmasını sübut etməli olduğu halda, sübut etməmiş, məhkəmə isə tərəflərə göndərilməmiş qərarı sübut kimi qəbul etməklə əslində sübut olunmayan iddianı təmin etməklə əhəmiyyəti olan heç bir halı sübut kimi qiymətləndirməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli, 3(064)427/2022 nömrəli qərarından görünür ki, Cavabdeh 26 mart 2022-ci il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində yerləşən, İddiaçı məxsus "Zəfər 44” ət dükanına quraşdırılmış su mühərrikinin su çəkən hissəsini qəsdən sındırması nəticəsində zərərçəkmiş şəxs olan İddiaçı 50 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla əlaqədar o, Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda İddiaçı cavabdehdən vurduğu maddi zərərə görə 50 manat məbləğində pulun iki mislinin, yəni 100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh birinci instansiya məhkəməsində faktı etiraf etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf tələbini əsaslandırmaq üçün müvafiq inzibati xəta haqqında qərarı təqdim etmişdir. İddiaçının təqdim etdiyi bu sübutlar əsasında məhkəmə iddianı qismən təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsində iddiaçının öz tələbini sübut etmədiyini, məhkəmənin isə əsassız qənaətə gəldiyini, məhkəmənin istinad etdiyi inzibati xəta haqqında qərardan şikayət verdiyini bildirmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçıya cavabdehin hərəkətlərin nəticəsində ziyan vurulması, cavabdehin hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazını əsaslandıra bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 29 mart 2023-cü tarixli, 2(064)-475/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-1016/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1016/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver