Məhkəmə qərarları › İş №2(106)-1017/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1017/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1017/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, Cavabdeh2, digər Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(073)-834/2023 saylı qətnaməsindən (hakim Q.Paşayev) İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Məməd oğlu, cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümyəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 16700 manat pulun, Cavabdeh2 1000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, internet vasitəsilə traktor satılması elanı ilə tanış olmuş və elanda olan telefon nömrəsi ilə əlaqə saxlayaraq traktoru almaq istədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Cəlilabad rayonunun Xanılı kənd sakini Cavabdeh1 ilə görüşmüş, orada şahidlərin iştirakları ilə 15500 manat pulu cavabdehə ödəmiş, qalan 10000 manatın isə beş il müddətində müvafiq hesaba ödənilməsi barədə razılığa gələrək traktoru Cavabdeh1 almışdır. Bu barədə şahidlərin iştirakı ilə cavabdeh tərəfindən qəbz yazılaraq ona verilmişdir. 2020-ci ildə Cavabdeh1 ondan müvafiq ödəniş edilməsini tələb etmiş və o ödəniş terminalı vasitəsilə 1000 manat pulu Cavabdeh1 qeyd etdiyi hesaba köçürmüşdür. xx.xx.2020-ci ildə Cavabdeh1 yenidən onu müvafiq ödəniş etməyə məcbur etmiş və o 2.5 ton buğda məhsulunun olduğunu və buğdanı satıb pulunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Cavabdeh1 ona bildirmişdir ki, buğdanı ona versə, o satıb pulu ödəyər. Cavabdehlə razılaşmış və Cəlilabad şəhərində yerləşən "xxxx" MMC-yə məxsus tərəzi vasitəsilə buğdanı çəkdirib 1200 manat dəyərində buğdanı Cavabdeh1 vermişdir. Bundan bir müddət sonra Cavabdeh2 onun yaşadığı Cəlilabad rayonunun Qarakazımlı kəndinə gələrək traktorun ona məxsus olduğunu bildirib, aparmaq istəmişdir. O, Cavabdeh2 etiraz edərək, traktoru Cavabdeh1 aldığını bildirmiş, lakin Cavabdeh2 traktorun ona məxsus olduğunu, yalnız sürmək üçün Cavabdeh1 verdiyini bildirmişdir. Həmin ərəfədə oğlanları hərbi xidmətdə olduğuna və özü də yaşlı qadın olduğundan, Cavabdeh2lə razılaşaraq traktoru ona təhvil vermişdir. Bundan sonra Cavabdeh1 verdiyi pulları tələb etmiş, cavabdeh əvvəlcə ondan möhlət istəmiş, daha sonra isə pulu ödəməkdən imtina etmişdir. O, həmin pullları təsərrüfatında olan heyvanları satmaqla əldə etmişdir. Cavabdeh ona olan borcunu qaytarmadığından Cəlilabad rayon Polis Şöbəisnə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakteri olduğu bildirilərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçını əvvəllər tanımamışdır. İş üzrə digər Cavabdeh2 isə uzun müddətdir ki, tanıyır və Cavabdeh2lə birlikdə kənd təsərrüfatı ilə məşğul olmuşlar. Kənd təsərrüfatında istifadə etmək üçün Cavabdeh2 lizinqlə traktor almış və həmin traktordan birlikdə istifadə etmişlər. Sonradan isə Tofiq həmin traktordan sərbəst istifadə etmək üçün ona etibarnamə vermişdir. Bir müddət sonra isə həmin traktoru satmaq qərarına gəlmişlər və buna görə internet vasitəsi ilə elan vermişlər. Elan verildikdən bir müddət sonra İddiaçı ona zəng edərək traktoru almaq istədiyini bildirmiş və bu məqsədlə iddiaçı ilə görüşmüşlər. Sonra o, Cavabdeh2 zəng edərək, İddiaçı traktoru almaq istədiyini bildirmişdir. Cavabdeh2 isə ona İddiaçı tanımadığını, əgər etibar edirsə və alıcı aylıq ödənişləri vaxtında ödəyəcəksə, traktoru sata biləcəyini demişdir. O da, Cavabdeh2 İddiaçı etibar etdiyini bildirmişdir. Bundan sonra İddiaçı ilə aralarında olan razılığa görə traktoru ona 15500 manata satmağa razı olmuşdur. Aralarında olan razılığa görə İddiaçı 15500 manat pulu ona verməyi, qalan 10000 manat pulu isə 5 il müddətində lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra traktoru İddiaçı 15500 manata satmasına dair şahidlərin iştirakı ilə qəbz yazaraq, İddiaçı vermişdir. Qəbzi yazıb verdikdən sonra İddiaçı hazırda üzərində 14000 manat olduğunu və 14000 manat ödəyə biləcəyini, qalan 1500 manatı isə bir ay müddətində ödəyəcəyini bildirmiş, o da, İddiaçı etibar etdiyinə və hər ikisi Cəlilabad rayonunan olduğuna görə onunla razılaşmışdır. Bundan sonra traktoru İddiaçı vermişdir. Traktoru İddiaçı satdıqdan və ondan 14000 manatı qəbul etdikdən bir neçə gün sonra Cavabdeh2lə görüşmüş və traktorun satışından əldə etdiyi pulu Tofiqə vermişdir. Lakin bir müddət keçsə də, İddiaçı qalan 1500 manat pulu ona ödəməmişdir. Bir müddət sonra Cavabdeh2 ona zəng edərək aylıq ödənişlərin edilmədiyinə görə lizinq şirkəti tərəfindən ona zəng edildiyini və aylıq ödənişlərin ödənilməsinin tələb edildiyini bildirmişdir. Bundan sonra İddiaçı ilə görüşərək ondan aylıq ödənişləri etməsini və qalan 1500 manatı ödəməsin xahiş etmiş, İddiaçı lizinq şirkətinin hesabına 1000 manat ödəmiş və qalan 1500 manat borcunu da qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Bundan bir müddət keçdikdən sonra İddiaçı yenə də ödənişləri etməmiş və Cavabdeh2 təkrarən ona zəng edərək, bu barədə ona məlumat vermişdir. O da, İddiaçı bir neçə dəfə zəng edərək aylıq ödənişləri etməsini tələb etmişdir. 2021-ci ilin iyul ayının sonlarında Cavabdeh2 ona İddiaçı ilə razılaşdıqlarını və traktoru İddiaçı 13000 manat ödəməklə aldığını bildirmişdir. Bundan başqa, İddiaçı traktoru satdıqdan sonra İddiaçı 1200 manat dəyərində buğda almış və həmin buğdanın dəyərini nəğd şəkildə ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur. İddianı özünə münasibətdə əsassız hesab edir. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Neftçala rayonunun Qırmızıkənd kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatında istifadə etmək üçün 2018-ci ildə lizinq şirkətindən «Belarus-1221» markalı traktoru lizinq müqaviləsinə əsasən almış və bir müddət istifadə etdikdən sonra həmin traktoru istifadə etmək üçün etibarnamə əsasında tanışı Cavabdeh1 vermişdir. Cavabdeh1 həmin traktoru bir müddət istifadə etmiş və 2019cu ilin oktyabr ayının sonlarında Tahir ona traktoru satmaq istədiyini bildirmişdir. Traktor həmin vaxt Cavabdeh1 istifadəsində olsa da, lizinq müqaviləsinə əsasən ona məxsus olduğuna görə traktorun satışı üçün onun da razılığı zəruri olmuşdur. Bir neçə gün sonra Tahir yenidən ona zəng edərək Zərnigar adlı şəxsin həmin traktoru almaq istədiyini bildirmiş, lakin o lizinq şirkətinə qalan borcun ödənilməyəcəyindən ehtiyyat edərək əvvəlcə buna razı olmamışdır. Bir neçə gün sonra, yəni 31 oktyabr 2019-cu ildə Cavabdeh1 yenidən ona zəng etmiş və traktoru İddiaçı 15500 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt Tahirin telefonu ilə İddiaçı ilə danışmış, Zərnigar Həsnova aylıq ödənişləri vaxtında ödəyəcəyinə onu inandırdıqdan sonra traktoru satmağa razılıq vermişdir. Bundan bir neçə gün sonra isə Cavabdeh1la görüşmüş, Tahir ona İddiaçı traktora görə 14000 manat ödədiyini, qalan 1500 manatı isə bir ay ərzində ödəyəcəyinə söz verdiyini bildirmiş və traktorun satışından əldə edilmiş puldan 12250 manatı ona nəğd şəkildə vermişdir. Bir müddət keçdikdən sonra lizinq şirkətindən ona aylıq ödənişlərin ödənilməməsi barədə xəbərdarlıq edilmiş, o da Tahirə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Cavabdeh1 tələbi ilə İddiaçı tərəfindən lizinq şirkətinin hesabına 1000 manat ödənilmişdir. Bundan bir müddət keçdikdən sonra lizinq şirkəti tərəfindən yenidən ona aylıq ödənişlərin ödənilməməsi barədə xəbərdarlıq edilmişdir. Buna görə Tahirlə birlikdə İddiaçı yaşadığı ünvana gəlmiş və onunla görüşmüşlər. Həmin vaxt İddiaçı onlara ödənişləri qısa müddətdə ödəyəcəyini bildirmiş və onlar da geri qayıtmışlar. Lakin bundan sonra da İddiaçı aylıq ödənişləri etməmiş və buna görə 2021-ci ilin iyul ayında İddiaçı ilə əlaqə saxlamışdır. İddiaçı həmin vaxt aylıq ödənişləri ödəyə bilməyəcəyini və traktoru satmaq istədiyini bildirmişdir. Buna görə 2021-cilin iyul ayının sonlarına doğru qohumu Ülvi İsmayılovla birlikdə İddiaçı yaşadığı evə getmişlər və İddiaçı traktoru almaq istədiyini bildirmişdir. İddiaçı ilə traktoru 13000 manata razılaşdıqdan sonra qayıdıb gəlmişlər. 27 iyul 2021-ci il tarixdə bankdan 10000 manat kredit götürmüş və səhəri gün qohumu Ülvi İsmayılovla birlikdə İddiaçı yaşadığı evə getmişlər. İddiaçı ilə danışdıqdan sonra həmin traktoru 13000 manata almağa razı olmuş, lakin üzərində 9000 manat olduğunu, qalan pulu isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Həmin vaxt İddiaçı pulu notariat qaydasında vermək istəsə də, pul tam olmadığından İddiaçı buna razı olmamışdır. O da pulu həmin vaxt tam şəkildə verə bilmədyinə görə 9000 manat pulu İddiaçı sənədsiz verimiş və traktoru aparmışlar. Bir müddət sonra isə yenidən İddiaçı yaşadığı evə getmiş və ona 2500 manat vermişdir. Daha sonra yenə də, qohumu Ülvi İsmayılovla birlikdə İddiaçı yaşadığı evə getmiş və qalan 1500 manatı da ona ödəmişdir. Həmin gün İddiaçı oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar evlərində məclis olmuş, onlar da həmin məclisdə oturub yemək yedikdən sonra qayıtmışlar. Ona məxsus traktor 2019-cu ilin oktyabr ayından 28 iyul 2021-ci il tarixədək İddiaçı istifadəsində olmuşdur. İddiaçı 1000 manat pulu ona deyil lizinq şirkətinin hesabına ödəmişdir. Onun İddiaçı borcu yoxdur. Traktoru İddiaçı aldıqdan sonra lizinq şirkətinə olan borcu tam ödəmiş və həmin traktoru mülkiyyətinə keçirdikdən sonra başqa şəxsə satmışdır. İddianı özünə münasibətdə əsassız hesab edir. Cəlilabad Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(073)-834/2023 saylı saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 3500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88, 106.1-ci, Mülki Məcəlləsinin 425.1, 385.1, 445.2.1, 1091.1, 1091.2, 21.1, 21.2-ci maddələrinə istinada gəldiyi nəticəni belə əsaslandırmışdır ki, traktora görə İddiaçı tərəfindən Cavabdeh1 14000 manat ödənilmiş və sonradan Cavabdeh2 həmin traktoru İddiaçı 10500 (9000+1500) manat ödəməklə almışdır. Buna görə də, Cavabdeh1 tərəfindən İddiaçı qaytarılmalı olan məbləğ 3500 manat (14000- 10500=3500) məbləğində müəyyən edilməlidir. İddia 1200 manat pul tələbinə dair hissədə əsassızdır, belə ki, iddiaçı həmin dəyərdə buğdanı Cavabdeh1 verdiyini, cavabdeh də həmin dəyərdə buğdanı aldığını və dəyərini iddiaçıya ödədiyini bildirmişdir. Həmin xüsusatla bağlı cavabdehin izahatı daha inandırıcıdır. İddia Cavabdeh2 qarşı 1000 manat pul tələbinə dair hissədə də əsassızdır, belə ki, İddiaçı traktora görə ödənilməli olan 10000 manat vəsaiti 5 il ərzində ödəməyi öhdəsinə götürmüş və həmin ödənilən vəsait, yəni 1000 manat traktorun aylıq ödənişi olmuşdur ki, sonuncu traktor onun istifadəsində olduğu müddət ərzində aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Məməd oğlu apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə hüquqlarını kobud şəkildə pozmaqdadır. Məhkəmə heç bir araşdırma aparmadan ədalətsiz bir qətnamə qəbul etmişdir. İddia tələbi tam təmin olunmalı olduğu halda, heş bir əsas gətirilmədən qismən təmin edilmişdir. Hesab edir ki, qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Göründüyü kimi hər iki cavabdeh ondan aldə etmiş olduqları pul vəsaitini mənimsəyərək əsassız olaraq varlanmışlar. Məhkəmə Mülki Məəcllənin 445.2.1-ci maddəsinə düzgün istinad etməmişdir. Belə ki, Cavabdeh1 həmin texnikanı 15500 manata satmağı, qalan pulu 5 il ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. Öz öhdəliyini yerinə yetirməyə davam etdiyi halda cavabdehlər həmin texnikanı ondan zorla alaraq pulu da qaytarmadılar. İddiaçı olaraq cavabdehlərin ondan almış olduqları pul vəsaitinin qəbzlərini təqdim etmişdir, lakin cavabdehlər tərəfindən pulun qaytaraılmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, tələb etdiyi pulların qaytarılması barədə cavabdehlər heç bir mötəbər sübut təqdim etmədikləri halda, məhkəmə təqdim etdiyi sübutları əsassız hesab etmişdir. Cavabdeh1 ondan almış olduğu 1200 manat dəyərində buğda məhsulunun pulnun ödəməsini və digər Cavabdeh2 hesabına ödəmiş olduğum 1000 manat pulun məhkəmə tərəfindən hər hansı hüquqa əsasən rədd edilməsi kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə həqiqətən texnikanın illik ödənişinin geciktirilməsi əsası ilə lizinq təşkilatı tərəfindən traktorun tələb edilməsi faktının olması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu əsas yalnız cavabdehlərin özlərinə haqq qazandırmaları üçün gətirmiş olduqları bəhanədən başqa bir şey deyil. Göründüyü kimi məhkəmə bu göstərilənləri nəzərə almamaqla, iddia üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə cavabdehlərin vəsatəti əsasında alınmış şahid ifadələrinində olan qeyri müəyyənliyə düzgün qiymət verməmişdir. Belə ki, Şahid pulun qaytarılması zamanı orada olmamasını bildirmiş, digər şahid X2 isə Cavabdeh2 məhkəmədə vermiş olduğu izahatdan fərqli olaraq pulu Cəlilabad rayon notariat ofisinin qarşısında verdiyini bildirmişdi. Qətnamədən həmçinin cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümyəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbi ədalətli araşdırılmamış, maddi hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməməklə qətnamə qəbul edilmişdir. Birincisi işin halı kimi, məhkəmədə sübuta yetdi ki, Neftçala rayon sakini Cavabdeh2 lizinqə götürdüyü traktoru alıb istifadə etmişdir. Həmin traktorun lizinq borcunun ödənişi də üzərində olmuşdur. Traktor onda olanda lizinq ödənişindən 2250 manat ödəmişdir. Bir müddət sonra həmin traktoru internet vasitəsi ilə elan verdikdən sonra lizinq borcu ilə birlikdə satmaq istədiyini bildirmişdir. Hazırkı İddiaçı 2019-cu ilin oktyabr ayında gəlib razılaşdıqdan sonra traktoru, lizinq borcu ilə ( lizinq borcu olan 10 min manatla birlikdə) ona 15500 manata (1500 manat borclu qalsa da) satmışdır. İddiaçı 2 ilə yaxın traktordan istifadə etdikdən sonra həmin traktoru satmaq istəmiş və həmin traktoru ilkin mülkiyyətçisi Cavabdeh2 13 min manata satmışdılr. Hazırda İddiaçı ona qarşı əsassız olaraq 16700 manat pul tələbi ilə iddia qaldırır və məhkəmə həmin iddianı qismən təmin edir. İkincisi məhkəmə qətnamədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, yəni hansı əsasa görə iddiaçıya borclu olduğu, hansı əsasa görə iddiaçı qarşısında öhdəçiliyinin yaranmasını aydınlaşdırmamışdır. Hesab edir məhkəmə tərəfindən mülki qanunvericiliyin müqavilə azadlığı prinsipi pozulmuşdur. Belə ki, iddiaçı ilə aralarında 31 oktyabr 2019-cu il tarixdə yazılı razılaşma olmuş və iddiaçının da etiraf etdiyi kimi traktiru ona satmışdır. İddiaçı da traktoru qəbul etməklə götürüb aparmışdır. 2 il sonra iddiaçı traktoru başqa bir adama satır, bağışlayır və yaxud yandırır və gəlib ona qarşı pul tələbi irəli sürür. Başa düşmür bu hansı normaya, hansı qanuna uyğundur? Məhkəmənin qətnaməsindən belə çıxır ki, iddiaçı traktoru 1 milyon manata satsaydı, artıq qalan pulu o, verməli idi. Üçüncüsü məhkəmə qətnamədə Mülki Məcəllənin öhdəlik hüququndan, əsassız varlanma və zərər bölməsindən bəhs edir. Həmin normalara istinad etməklə onun iddiaçıya borclu qalmağını sübut etmək istəmişdir. Hesab edir məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Dördüncüsü məhkəmə Cavabdeh2 məhkəmədəki ifadəsini və onun ifadəsini təkzib etmişdir. Belə ki, Cavabdeh2 lizinqdə olan traktoru ona satdığı ifadəsini dəyişərək, guya birgə istifadə etdikləri kimi göstərmişdir. Lakin məhkəmə bu xüsusatları araşdırmadan iddianı təmin edir. Məgər ədalət araşdirması budur? Məhkəmə hansı əsasa görə iddiaçıya borclu olduğunu, hansı əsasa görə iddiaçı qarşısında öhdəçiliyi yaranmasını aydınlaşdırmamışdır. Hesab edir məhkəmə tərəfindən mülki qanunvericiliyin müqavilə azadlığı prinsipi pozulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətinin isə əsassız olmasından dolayı rədd edilməsini xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 həmin texnikanı ona 15500 manata satmağı, o isə qalan pulu 5 il ərzində ona ödəməyi öhdələrinə götürmüşdülər. Öz öhdəliyini yerinə yetirməyə davam etdiyi halda, cavabdehlər həmin texnikanı ona pul vermədən almışlar, pulunu qaytarmamışlar. Bundan sonra Cavabdeh1 verdiyi pulları tələb etmiş, cavabdeh əvvəlcə möhlət istəsə də, sonradan pulu ödəməkdən imtina etmişdir. Cavabdehlərdən Cavabdeh2 traktoru ondan götürərkən ona pul vermiyib. Cavabdeh2 traktoru ondan götürərkən digər Cavabdeh1 ona zəng edərək demişdi ki, Tofiq məni polisə verəcək, traktoru ver, mən gəlib sənin pulunu verəcəm. O da, Tahirə inandığım üçün traktoru vermişdir. Cavabdeh1 2014-cü ildən ondan texnika aldığı zamandan tanımış və ona çox inanmı olmuşdur. Hətta öz oğlanlarına Cavabdeh1 inandığı qədər inanmamışdır. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətinin isə əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçı əvvəlki məhkəmə prosesində bildirmişdir ki, traktoru cavabdehlərdən Cavabdeh2 gəlib zorla aparmışdır. Cavabdehlərdən Cavabdeh2 dəfələrlə iddiaçını hədələdiyi, uşaqları evdə olmadığı üçün traktoru vermişdir. Həmçinin iddiaçının cavabdehlərdən Cavabdeh1la danışıqları olmuşdur. Cavabdeh1 iddiaçıya demişdir ki, traktoru qaytar, sənə dəyən ziyanı mən ödəyəcəm. İddiaçı da, Tahirə olan inamına görə traktoru vermişdir. Keçən prosesdə cavabdehlərdən Cavabdeh2 qeyd etmişdi ki, cavabdehlərdən Cavabdeh1 traktoru iddiaçıya satdıqdan sonra, iddiaçı ödənişləri etmədiyi üçün məcbur olub traktoru geri alıb. Tofiq traktoru satıbsa, onu ödənişlər nəyə görə maraqlandırırdı bilinmir. Cavabdeh2 həmin traktoru əvəzini ödəmədən Tafiq Tarverdiyev traktoru iddiaçının həyətindən aparan zaman iddiaçıya pul verməyib. Məhkəmədə Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı traktoru ondan alarkən 14000 manat pul ödəmiş, qalan 1500 manatı isə qısa zamanda ödəyəciyini bildirmişdir. Bundan sonra isə iddiaçı qalan pulu ödəməmişdir. İddiaçı Cavabdeh2 traktoru satdıqdan təxminən 1 ay sonra ona zəng edib demişdi ki, 3000 manat sizdən tələb edirəm. İddiaçı deyirdi ki, traktoru səndən 15500 manata almışam, Tofiq Traverdiyevə isə 13000 manata satmışam və ziyana düşmüşəm. İddiaçının 3000 manat pulu istəməsi başa düşülən olardı, ancaq bu qədər pul istəməsi başa düşülən deyil. İddiaçının ona satdığı 2.5 ton buğdanın pulunu nağd şəkildə ödəmişdir. Məhkəmədə Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirib rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 Cavabdeh2 lizinqə götürdüyü traktoru alıb istifadə etmişdir. Həmin traktorun lizinq borcunun ödənişi də onun üzərində olmuşdur. Traktor onda olanda lizinq ödənişindən 2250 manat ödəmişdir. Bir müddət sonra həmin traktoru internet vasitəsi ilə elan verdikdən sonra lizinq borcu ilə birlikdə satmaq istəmişdir. Traktoru lizinq borcu ilə birlikdə hazırkı İddiaçı 2019-cu ilin oktyabr ayında 15500 manata satmışdır. İddiaçı 2 ilə yaxın traktordan istifadə etdikdən sonra həmin traktoru satmaq istəmiş və həmin traktoru ilkin mülkiyyətçisi Cavabdeh2 13000 manata satmışdır. Hazırda İddiaçı ona qarşı əsassız olaraq 16700 manat pul tələbi ilə iddia qaldırır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında 31 oktyabr 2019-cu il tarixdə yazılı razılaşma olmuş və o, iddiaçının da etiraf etdiyi kimi traktoru ona satmışdır. İddiaçı da traktoru qəbul etməklə götürüb aparmışdır. 2 il sonra iddiaçı traktoru başqa bir adama satır. Hesab edirəm ki, iddia Cavabdeh1 münasibətdə əsassızdır. Məhkəmədə cavabdehlərdən Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamamsını, digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirməyi isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında göstərdi ki, İddiaçı traktoru götürərkən onunla traktoru 13000 manata razılaşdıqdan sonra 9000 manatı həyətdə sayıb ona vermişdir. Daha sonra isə 1500 manatı İddiaçı yenidən evinə gedərək vermişdir. Həmin zaman Zərnigarın oğlu müharibədən gəlmişdi, evində ehsan verirdi. 2500 manatı isə sonra marketin yanında Zərnigara vermişdir. İddiaçı birinci instansiya məhkəməsində bildirirdi ki, Tofiq Traverdiyev onu söyüb traktoru almışdı, keçən prosesdə isə bildirdi ki, Tahir zamin durduğu üçün traktoru verib. Onun İddiaçı heç bir borcu yoxdur. Əgər İddiaçı pul verməsəydi, traktoru ona verməzdi. Pulu iddiaçıya verərkən yazılı qəbz tərtib etməmişdi, çünki belə hadisənin olacağını fikirləşməmişdi. Lizinq şirkətindən ona zəng olunaraq ödənişlərin edilmədiyi bildirildiyi üçün iddiaçının həyətinə gedib məlumat vermişdi. İddiaçı həmin zaman traktoru satmaq istədiyini bildirmiş və o da, pulu ödəyib traktoru iddiaçıdan almışdır Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunmasını və iddianın tam təmin edilməsini, cavabdehlərdən Cavabdeh1 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğv olunmasını xahiş etmələrini nəzərə alan məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. 2019cu ildə Cəlilabad şəhəri ərazisində yerləşən “Basqal” adı ilə fəaliyyət göstərən kafedə olarkən Cavabdeh1 iddiaçıya satdığı traktoru Zərnigarın oğlu Həsən sürüb həmin yerə gəlmiş, həmin vaxtı Zərnigar kağız üzərinə 15500 manat verəcəkləri barədə imza etmişlər. Cavabdeh1 pulu sayanda isə 14000 manat olmasını görmüş, pulun az olduğunu deyəndə isə İddiaçı 1500 manat pulu da bir ay ərzində verəcəyini demişdir. Həmin vaxtı onların yanında Zərnigarın iki oğlu Rasim və Həsən, o və Rahil Məcidov olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cavabdeh1 tanıyır, Cavabdeh2 isə onun bibisi oğludur. 2021-ci ilin iyul ayının sonlarında Tofiq əvvəllər ona məxsus olmuş traktoru yenidən almaq istədiyini bildirərək, onunla birlikdə Zərnigar adlı şəxsin ünvanına getməsini xahiş etmiş və birlikdə Cəlilabad rayonunun Qarakazımlı kəndinə getmişlər. Həmin vaxt Cavabdeh2 traktoru 13000 manata alacağı barədə Zərnigarla razılaşmış və bundan sonra qayıtmışlar. 27 iyul 2021-ci il tarixdə isə TofiqTarverdiyev bankdan kredit götürmüş və səhəri gün birlikdə İddiaçı yaşadığı Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən evlərinə getmişlər. Həmin vaxt Tofiq onun yanında Zərnigara 9000 manat pul vermiş, qalan 4 000 manat pulu isə qısa müddət ərzində ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra o, Tofiqə məxsus traktoru idarə edərək Neftçala rayonu Qırmızıkənd kəndinə aparmışdır. Təxminən bir ay sonra o Tofiqlə birlikdə təkrarən İddiaçı yaşadığı evə getmişlər və həmin vaxt Tofiq onun yanında İddiaçı 1500 manat pul vermişdir. Həmin gün İddiaçı oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar evlərində məclis olmuş, onlar da həmin məclisdə oturub yemək yedikdən sonra qayıtmışlar. Apellyasiya baxışı zamanı yenidən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəflərin hər üçünü tanyır, iddiaçını da texnika işlətdiyi üçün tanıyır. Cəlilabad rayonu Göylü deyilən ərazidə Cavabdeh1 traktoru ilə başqa şəxslərin torpağını şumlayan zaman İddiaçı və onun oğlu traktora baxmaq üçün yanına gəlmişlər. Traktoru sürüb yoxladıqdan sonra traktorun işlək vəziyyətdə olduğunu görüb almaq üçün Cavabdeh1la razılaşmışlar. Həmin vaxtı iddiaçı Cavabdeh1 14000 manat pul verib və qəbzə qol çəkdilər. Pulu Tahirlə birlikdə saydığı üçün bilib ki, iddiaçı Tahirə 14000 manat pul verib. Həmin qəbzi iddiaçının böyük oğlu tərtib etdi. Ona görə qiyməti 14000 manat aldıqları tarktoru 15000 manat göstərilən qəbzə imza atmışlar ki, iddiaçı həmin vaxt dedi ki, gələn ayın axırına qədər 1500 manatı verəcək. Tahirdə iddiaçıya inandığı üçün imzaladı. Bundan sonra 2 dəfə 1500 manatı almaq üçün Tahirlə iddiaçının həyətinə getmişlər. İddiaçının taxıl biçən kombaynı var idi və axırıncı dəfə gedəndə iddiaçı Tahirə dedi ki, sezon bitsin ödənişi edib, pulunu verəcəkdir. Lakin sonradan iddiaçının pulu ödəyib-ödəməməsi haqqında məlumatı yoxdur. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti əsasında Cəlilabad rayon Polis Şöbəsində aparılmış araşdırmaya dair HK-1-229 saylı material istənilərək öyrənilmiş, adları çəkilən şəxslərin yuxarıda qeyd edilənlərlə oxşar məzmunda izahatlar verdikləri müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 və İddiaçı arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli yazılı qəbzdən görünür ki, Əsgərov X3 Həsənovaya “1221 markalı” traktorunu satmış, İddiaçı 15500 manat almış və qalıq 10000 manat pulu İddiaçı 5 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qəbz Cavabdeh1, İddiaçı, onun oğlanları Rasim Əsədov, Həsən Həsənov, şahidlər Şahid və Rahil Məcidov tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh ( borc alan) Cavabdeh2 ilə kreditor "xxxx" QSC arasında bağlanmış 27 iyul 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana aylıq faiz dərəcəsi 2.0833 faiz təyin olunmaqla və 30 ay müddətinə qaytarılması şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Beləliklə işin müəyyən olunan mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Cavabdeh2 tərəfindən 2018-ci ildə lizinq təşkilatından “1221 markalı” traktor lizinqə götürülür, sonradan həmin traktor digər Cavabdeh1 faktiki sahibliyinə verilir. Traktor Cavabdeh1 sahibliyində olan zaman sonuncu onu satmaq qərarına gəlir və bu məqsədlə internet resurslarında elan yerləşdirir. İddiaçı həmin elanla bağlı Tahirlə görüşür, oğlanları traktoru sahədə yoxlayaraq işlək vəziyyətdə olduğunu müəyyən etdikdən sonra traktorun 15500 manata satılması, qalan 5 il ərzində hər il üçün 2000 manat olmaqla 10000 manat lizinq ödənişlərinin Zərnigar tərəfindən edilməsi barədə razılığa gəlirlər. İddiaçı Zərnizar Hüseynova ilə Cavabdeh1 arasında tərtib edilmiş 31 oktyabr 2019-cu il tarixli qəbzə əsasən Tahir “1221 markalı” traktorunu Zərnigara satdığını və 15500 manat pul aldığını, qalıq 10000 manatın Zərnigarın 5 il müddətində ödəyəcəyini qeyd edir. Zərnigar tərəfindən 2020-ci ildə bir dəfə 1000 manat məbləğində lizinq ödənişi edilir, dəyəri 1200 manat təşkil edən 2.5 ton çəkidə buğda Cavabdeh1 verilir. Lizinq ödənişləri İddiaçı tərəfindən edilmədiyindən və lizinq təşkilatı lizinq alan Cavabdeh2 lizinq ödənişlərinin edilməsini tələb etdiyindən, 28 iyul 2021-ci il tarixdə sonuncu traktoru İddiaçı götürür. Beləliklə traktor 31 oktyabr 2019-cu ildən 28 iyul 2021-ci il tarixinədək olan dövr ərzində İddiaçı sahibliyində olur. İşin müəyyən olunan mübahisəli halları isə aşağıdakılardan ibarət olmuşdur: 1) Cavabdeh1 traktoru İddiaçı satarkən qəbzdə 15500 manat aldığının qeyd edilməsinə baxmayaraq, Zərnigarın ona 14000 manat verdiyini, qalıq 1500 manatı isə sonra verəcəyinə söz versə də, vermədiyini, İddiaçı isə qəbzdə yazıldığı kimi Tahirə 15500 manat ödədiyini bildirirlər; 2) İddiaçı 2020-ci il üçün Cavabdeh2 əvəzinə 1000 manat lizinq ödənişi etdiyini, sonuncunun həmin məbləğdə onun hesabına varlandığını, Cavabdeh2 isə Zərnigar tərəfindən edilən 1000 manat lizinq ödənişin traktorun onun istifadəsində olan dövr üçün etməli olduğu ödəniş olduğunu bildirirlər; 3) İddiaçı 2020-ci il üçün ikinci 1000 manat lizinq ödənişinin edilməsi məqsədilə Cavabdeh1 dəyəri 1200 manat təşkil edən 2.5 ton buğda verdiyini, lakin sonuncunun lizinq ödənişini etmədiyini, Cavabdeh1 isə həmin dəyərdə buğdanı Zərnigardan nəğd dəyərini ödəyərək aldığını bildirirlər; 4) Cavabdeh2 traktorun geri qaytarılması üçün İddiaçı ilə 13000 manata satın alınmasına dair razılığa gəldiklərini, bu məqsədlə 27 iyul 2021-ci ildə "xxxx"QSC-dən 10000 manat kredit götürdüyünü, 28 iyul 2021-ci ildə Zərnigara 9000 manat verərək traktoru götürdüyünü, sonradan 2500 manat və 1500 manat olmaqla qalan 4000 manatı da, verdiyini, İddiaçı isə Tofiqlə traktorun geri satın alınmasına dair razılaşmalarının olmamasını, Tofiq tərəfindən ona hər hansı bir məbləğdə pul verilmədiyini, traktoru isə Tahirin xahişini nəzərə alaraq və pulunu qaytaracağına dair vədinə inanaraq Tofiqə qaytardığını bildirirlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçının tələbi üç hissədən ibarətdir: 1) Cavabdeh1 traktorun satın alınması üçün ödəmiş olduğu 15500 manat pulun tutulması; 2) Cavabdeh1 Şeti oğluna traktora görə 2020-ci il üçün ödənilməli olan ikinci 1000 manat lizinq ödənişinin edilməsi məqsədilə vermiş olduğu 2.5 ton buğdanın dəyərini təşkil edən 1200 manat pulun tutulması; 3) Cavabdeh2 əvəzinə lizinq təşkilatına ödəmiş olduğu 1000 manat lizinq ödənişinin tutulması. Kollegiya iddiaçının hər bir hissədə tələbi üzrə işin mübahisəli hallarının işdəki sübutlar əsasında təhlilini apararaq, sübutların qəbul edilənliyi baxımından qiymətləndirib, nəticəsindən asılı olaraq tələbə hüquqi qiymət verilməsinin daha doğru olması qənaətindədir. Tələbin Cavabdeh1 traktorun satın alınması üçün ödəmiş olduğu 15500 manat pulun tutulması hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh 31 dekabr 2019-cu il tarixli qəbzdə satmış olduğu traktoruna görə iddiaçıdan 15500 manat məbləğində pul aldığını qeyd etməsinə rəğmən, iddiaçının şikayəti əsasında polisdə aparılan araşdırma zamanı və məhkəmədə verdiyi izahatlarında iddiaçının ona 14000 manat pul verdiyini, pulun qəbz tərtib olunandan sonra ona verildiyini, qalan 1500 manat pulun isə iddiaçının tez bir zamanda verəcəyini vəd etməsinə baxmayaraq, vermədiyini bildirir. Cavabdeh dediklərinin sübutu kimi qəbz tərtib olunan zaman həmin qəbzi şahid qismində imzalamış Şahid ifadəsini məhkəməyə təqdim edir, hansındaki şahid iddiaçının həmin zaman onun yanında Cavabdeh1 14000 manat pul verdiyini təsdiq edir; Kollegiya Cavabdeh1 qeyd olunan arqumentləri ilə razılaşmır və şahid ifadəsini inandırıcı hesab etmir. Əvvəla ona görə ki, cavabdehin dediyi kimi traktora görə ödənilən pul həqiqətən qəbz tərtib olunandan sonra əskik məbləğdə ona verilmişdisə, cavabdehin qəbzi geri götürmək, razılaşmadan imtina etmək, yaxud da, qəbzə bununla bağlı əlavə qeydlərin edilməsini tələb etmək kimi imkanları olmuşdur və belə bir halın baş verməsi iş materialları ilə müəyyən olunmur; Bundan başqa əgər iddiaçının traktorun dəyərindən Cavabdeh1 həqiqətən ödənilməmiş 1500 manat borcu var idisə, o zaman cavabdeh iddiaçıdan almış olduğu 1200 manat dəyərində buğdanı həmin borca silər, buğdanın pulunu iddiaçıya nəğd şəkildə ödədiyini bildirməzdi. Apellyasiya baxışı zamanı da, Cavabdeh1 bununla bağlı verilən suala izah verə bilməmişdir. Odur ki, traktora görə iddiaçı tərəfindən Cavabdeh1 15500 manat pulun verilməsi həm iş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli qəbzlə, həmdə cavabdehin qismən etirafı ilə təsdiqini tapır; İddia tələbinin qeyd olunan hissəsində mübahisəli hallarından biri də odur ki, digər Cavabdeh2 traktorun geri qaytarılması üçün İddiaçı ilə 13000 manata satın alınmasına dair razılığa gəldiklərini, bu məqsədlə 27 iyul 2021-ci ildə "xxxx" QSC-dən 10000 manat kredit götürdüyünü, 28 iyul 2021-ci ildə Zərnigara 9000 manat verərək traktoru götürdüyünü, sonradan 2500 manat və 1500 manat olmaqla qalan 4000 manatı da verdiyini, İddiaçı isə Tofiqlə traktorun geri satın alınmasına dair razılaşmalarının olmamasını, Tofiq tərəfindən ona hər hansı bir məbləğdə pul verilmədiyini, traktoru isə Tahirin xahişini nəzərə alaraq və pulunu qaytaracağına dair vədinə inanaraq Tofiqə qaytardığını bildirmişlər; Kollegiya qeyd olunan hissədə Cavabdeh2 arqumentləri ilə qismən razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 iddiaçıdan almış olduğu buğdanın müqabilində lizinq ödənişini etməməsi və bunun nəticəsində lizinq alanın traktoru geri tələb etməsi qarşılığında, iddiaçının Cavabdeh1 xahişini nəzərə alaraq və pulunu qaytaracağına dair vədinə inanaraq traktoru Cavabdeh2 qaytarması inandırıcı deyildir. Cavabdeh2 bildirdikləri iş materiallarına əlavə edilmiş 27 iyul 2021-ci il tarixli kredit müqaviləsi, şahid Ülvi İsmayılovun həm polis şöbəsində araşdırma aparılarkən verdiyi izahatı, həmdə birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə qismən, trkator götürülərkən 9000 manat pulun verilməsi, sonradan İddiaçı evində 1500 manat pulun verilməsi hissələrdə təsdiqini tapır. Çünki 27 iyul 2021-ci il tarixli kredit müqaviləsi ilə Tofiq bankdan 10000 manat məbləğində kredit götürmüş və əlində traktoru geri qaytarmaq üçün pul vəsaiti olmuşdur. İddiaçının özü məhkəmə baxışlarında traktoru Cavabdeh1 xahişini nəzərə alaraq və pulunu qaytaracağına dair vədinə inanaraq sahibi Cavabdeh2 qaytarmasını bildirsə də, iddia ərizəsində bilavasitə Cavabdeh2lə razılaşaraq traktoru verdiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.1. və 14.2.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 324.1 - Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.5 - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1 - Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2 - Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən tərəflər arasında münasibətlər Cavabdeh2 lizinq müqaviləsi əsasında sahiblik etdiyi traktorun bir növ sublizinqə verilməsi ilə bağlı formalaşmışdır, belə ki, iddiaçı ilkin ödəniş edərək növbəti 5 il ərzində hər il üçün lizinq müqaviləsində nəzərdə tutulmuş 2000 manat lizinq ödənişlərini etmək kimi üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 747-4.1 - Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir; Maddə 747-4.4. - Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır; Maddə 748-1.12.2. - Lizinq alanın lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirməsi halı lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ verir. Normaların məzmunundan göründüyü kimi sublizinq müqavilə ilə rəsmiləşdirilməli, bu zaman lizinq verənin hökmən yazılı razılığı alınmalıdır və qeyd edilən halların mövcud olmaması lizinq müqaviləsinin vaxtından əvvəl ləğvinin əsasını təşkil edir. Tərəflər arasında formalaşan münasibətlər sublizinq müqaviləsindən irəli gələn münasibətlər olsa da, iş materiallarından bunun müqavilə ilə rəsmiləşdirilməsi, lizinq verənin yazılı razılığının alınması müəyyən olunmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. "M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi). Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırki işin hallarından müəyyən olunur ki, tərəflər arasında traktorun sublizinqə verilməsi ilə bağlı formalaşan münasibətlərdə əqdin məzmununa, əqddə iradə sərbəstliyinə və əqdin formasına dair şərtlər pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən traktorun sublizinqə verilməsi ilə bağlı müqavilə bağlanmalı olduğu halda bağlanmamış, lizinqverənin yazılı razılığı alınmalı olduğu halda alınmamışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, tərəflər arasında traktorun sublizinqə verilməsi ilə bağlı formalaşan əqd etibarsız bir əqd olduğundan, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Odur ki, iddiaçının cavabdehlərdən Cavabdeh1 vermiş olduğu ilkin ödənişin məbləği 15500 manat qəbul edilməklə, digər Cavabdeh2 traktoru geri alarkən iddiaçıya vermiş olduğu 9000 manat və 1500 manat, cəmi 10500 manat nəzərə alınaraq, tərəflərin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması qaydasında (15500-10500=5000) 5000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Tələbin iddiaçının Cavabdeh1 traktora görə 2020-ci il üçün ödənilməli olan ikinci 1000 manat lizinq ödənişinin edilməsi məqsədilə vermiş olduğu 2.5 ton buğdanın dəyərini təşkil edən 1200 manat pulun tutulması, Cavabdeh2 əvəzinə lizinq təşkilatına ödəmiş olduğu 1000 manat lizinq ödənişinin tutulması hissələri ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı tərəfindən Cavabdeh1 1200 manat dəyərində 2.5 ton çəkidə buğdanın verilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin buğdanı cavabdehə traktora görə 2020-ci il üçün ödənilməli olan ikinci 1000 manat lizinq ödənişinin edilməsi məqsədilə verdiyini, cavabdeh isə bu məqsədlə deyil, iddiaçıdan buğdanı dəyərini ödəyərək aldığını bildirirlər. Cavabdeh həmin dəyərdə buğdanı iddiaçıdan aldığını qəbul edir, dəyərini ödəməsini sübuta yetirə bilmir. Bundan başqa iddiaçının digər Cavabdeh2 əvəzinə 1000 manat lizinq ödənişi etməsi də işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 2.5 buğdanı iddiaçıdan lizinq ödənişini etmək adı ilə qəbul edərək həmin ödənişi etməməklə iddiaçının hesabına həmin buğdanın dəyərini təşkil edən 1200 manat məbləğində əsassız varlanmışdır. Digər Cavabdeh2 isə iddiaçının onun əvəzinə etmiş olduğu 1000 manat lizinq məbləğində əsassız varlanan şəxsə çevrilmişdir. Odur ki, varlanmış şəxslər olaraq əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə ləğv olunmalı, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 144 manat dövlət rüsumunun iddianın təmin olunan (16700=1000=17700; 6200+1000=7200; 7200:17700X100=40.67) 40.7% hissəsinə mütənasib olan (144x40.7:100=58.60) 58.60 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 Məməd oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 vəkili, eyni zamanda nümyəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(073)-834/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 6200 (altı min iki yüz) manat məbləğində, Cavabdeh2 isə 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan 58.60 manat (əlli səkkiz manat 60 qəpik) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinə dair ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar