Məhkəmə qərarları › İş №2(106)-1020/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1020/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1020/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Müşfiq Kamil oğlu Həsənovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı, 02 iyun 2015-ci il tarixli OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 25037.59 ABŞ dolları əsas borca hesablanmış 5 faiz məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş vəsaitin cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli (hakim E.Quliyev) qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Şirvan Apelllyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, Z.Zeynalov) 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər İ.Şəfiyev, V.Həsənov, Ə.Əhmədov) 11 aprel 2023cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. İşinhalları Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)-3676/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh xx.xx.2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 26161,38 ABŞ dolları məbləğində əsas borc, 5470,92 ABŞ dolları məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 31632,3 ABŞ dolları məbləğində borcun, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi rayonunun Aşağı Avşar kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitdən Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh verilməsi qət edilmişdir. Hazırkı tələbində İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 02 iyun 2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 25037.59 ABŞ dolları əsas borca hesablanmış 5 faiz məbləğində 6913 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 130.09 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 02 iyun 2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsi üzrə 25037.59 ABŞ dolları əsas borca hesablanmış 5 faiz məbləğində 6913 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 130.09 manat məbləğində pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 iyun 2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 20 faizlə 36 ay müddətinə bankdan 30000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı kimi bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu, həm də kreditə görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini lacımınca yerinə yetirmədikdə kreditorun borcu və ona hesablanmış faizləri tam şəkildə tələb etmək hüququ yaranır. Əvvəllər borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 02 iyun 2015-ci il tarixli, OH 001-15 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti bitmiş, faizlər həmin tarixə kimi hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq banka ödənilməsi qənaətinə gəlmişdir. 03 iyun 2015-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəməmiş, eyni zamanda borcun tutulması ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı qətnamədən apellyasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda 17 fevral 2022-ci il tarixə cavabdehin banka əsas borcunun qalığı 25037.59 ABŞ dolları təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına görə əsas borcun faktiki qalığına görə illik 5 faiz pul, yəni 6913 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq banka ödənilməlidir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada rədd etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılması zamanı Ağcabədi Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, tərəflərin təqdim etdikləri sübutlar araşdırılmamışdır. Məhkəmə qətnamənin əsaslandırma hissəsinin birinci abzasında işin həlli üçün istinad etdiyi sübut qismində qüvvədən düşmüş Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2(017)- 3767/2016 saylı qətnaməsini göstərmişdir. Digər hal ondan ibarətdir ki, Ağcabədi Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində səhv normaya istinad etmiş, həmçinin iddia ərizəsində qeyd etdikləri əsaslar və hallara qiymət verməmişdir. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsində istinad etdiyi və iddianın təmin edilməməsinin əsas nüvəsini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarı təşkil edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında borcun ödənilməsi barədə qətnamənin icrasının nəticəsi barədə məlumatının olmadığını, lakin borclu tərəfindən müəyyən ödənişlərin edildiyini bildirmişdir. Cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, kredit borcu ipoteka predmetinə yönəldilmiş, qətnamənin icrası başa çatmışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından aşağıdakılar müəyyən edilmişdir: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 20 faiz hesablanmaqla 30.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh məxsus, Ağcabədi rayonunun Aşağı Avşar kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kreditin ödənilməsində pozuntular olduğuna görə, Bank müqavilə şərtlərindən imtina etməklə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)- 3676/2016 saylı qətnaməsi ilə kredit müqaviləsi üzrə 26161,38 ABŞ dolları məbləğində əsas borc, 5470,92 ABŞ dolları məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 31632,3 ABŞ dolları məbləğində borcun, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi rayonunun Aşağı Avşar kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitdən Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh verilməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2(017)-3676/2016 nömrəli qətnaməsi Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(106)-56/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissədə dəyişdirilərək, 2534.09 ABŞ dolları məbləğində, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. İddiaçı 02 iyun 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 03 iyun 2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əsas borca görə illik 5 faiz hesablanmış 6913 ABŞ dolları məbləğdə pulun ödənilməsi tələb edilir. İddia ərizəsində tələbin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.1 və 445.7-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır. Əvvəla, müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən sonra vaxtından əvvəl əsas borcu və faizləri tələb etməklə Bank, eyni zamanda tərəflər arasında bağlanan müqavilə münasibətlərinə xitam verilməsini tələb etmişdir. Bununla bağlı Bank iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə borcun (o cümlədən faiz borcunun) tutulması təmin edilmişdir. Bununla da tərəflər arasında kredit üzrə müqavilə münasibətlərinə xitam verilmişdir. Kollegiya qeyd edir ki, müqavilə münasibətlərinə xitam verilənədək, Bankın müqavilə şərtlərinə uyğun olaraq faizləri və maliyyə sanksiyası qismində hesablanmış cərimə məbləğini tələb etmək haqqı var idi və Bank bu hüququndan istifadə etmişdir. Məhkəmə qətnaməsi ilə borcun tutulması təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bu baxımdan, cavabdehin hərəkətlərində iddiaçının pul vəsaitini qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama kimi hərəkətlərin olduğu müəyyən edilmir. Ona görə də tərəflər arasında müqavilə bağlanan vaxtdan, yəni 03 iyun 2015-ci il tarixdən başlayaraq müqavilə münasibətlərinə xitam verilən vaxta qədər əsas borca əlavə olaraq hesablanmış faiz borcunun tutulmasını hüquqi əsası yoxdur. Çünki bu müddət ərzində tərəflər arasında müqavilə münasibəti qüvvədə idi və iddiaçı müqavilədən irəli gələn öhdəliklərini tələb edə bilərdi. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya qeyd edir ki, kreditorun, əsas müqavilə müddəti başa çatandan sonrakı müddət üzrə hesablanmış faiz borcunu tələb etməkdə haqqı vardır. Lakin qanunvericiliyin tələbinə görə, bu, həmin müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsi ilə şərtləndirilmişdir. Kollegiya hesab edir ki, hazırkı halda iddia, əvvəllər mübahisələndirilmiş və məhkəmə tərəfindən müəyyən edilmiş və hesablanan borcun, habelə məhkəmə qətnaməsindən sonrakı dövr üçün ödənilməmiş borc üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyi (gecikdirildiyi) sübuta yetirildiyi halda keçərlidir. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun cavabdeh tərəfindən icra edilməməsi və ya gecikdirilməsi halı müəyyən edilmir. Müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bankın iddiası təmin ediləndən sonra borclu Cavabdeh öz prosessual hüquqlarından istifadə edərək qətnaməni mübahisələndirmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(106)-56/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissədə dəyişdirilərək 2534.09 ABŞ dolları məbləğində, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi üzrə Ağcabədi rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra üzrə icraata başlanılmışdır. Ağcabədi rayon İcra və probasiya şöbəsinin 20 iyul 2023-cü il tarixli, 567-38-23-12 nömrəli arayışından bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(106)-56/2019 nömrəli icra sənədinin icrası ilə bağlı müvafiq icra hərəkətləri edilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə icra sənədi üzrə əmlakın satılması ilə bağlı sifariş məktubu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə sifairişə əsasən borclu Cavabdeh məxsus Ağcabədi rayonunun Aşağı Avşar kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi hərracda İddiaçı ASC tərəfindən 60.562 manat alınmışdır. Satışdan əldə olunan vəsaitdən qətnamənin icrasından artıq qalan hissəsi borclu Cavabdeh qaytarılması üçün Ağcabədi rayon İcra və probasiya şöbəsinin hesabına köçürülmüşdür. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi qüvvəyə minən vaxtdan sonra dərhal icraya yönəldilmiş, ipoteka predmeti olan əmlakın satılması yolu ilə borc əmlaka yönəldilmiş və ödənilmişdir. Belə halda borcun cavabdeh tərəfindən icra edilmədiyi (gecikdirildiyi) qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında da hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yenitələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit öhdəlik münasibətlərinə, sonuncunun ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməklə, həmin borcun tam ödənilməsi ilə xitam verilmişdir. Ona görə də cavabdeh istər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə, istərsə də həmin Məcəllənin 445.7-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan iddia əsassızdır. Beləliklə, Kollegiya hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(017)-992/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar