Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1022/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cinayət yolu ilə ələ keçirilmiş, ona (iddiaçıya) məxsus olan, qiyməti 2.800 manat, çəkisi 25 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 2.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının (kaleli), ümumi qiyməti 3.000 manat təşkil edən 3 ədəd qızıl boyunbağının, qiyməti 1.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl qadın üzüyünün, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl kişi üzüyünün, qiyməti 3.500 manat təşkil edən 1 ədəd qızıl qadın qol saatının, qiyməti 650 manat, çəkisi 19 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 500 manat təşkil edən 1 ədəd almaz qaşlı qızıl üzüyün, ümumi qiyməti 3.500 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 1.500 manat təşkil edən brilyant qaşlı 1 cüt qızıl sırğanın, ümumi qiyməti 1.000 manat təşkil edən qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 700 manat təşkil edən 1 ədəd qadın saatının, ümumi qiyməti 650 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), ümumi qiyməti 3.500 manat, çəkisi 31 qram təşkil edən ağ qızıl materiallı və brilyant qaşlı sırğa, qızıl üzük, qızıl boyunbağı və qızıl qolbaq dəstinin (2+1+1+1 ədəd), ümumi qiyməti 2.000 manat təşkil edən qızıl sırğa, üzük, qolbaq və boyunbağının (2+1+1+1 ədəd), qiyməti 800 manat təşkil edən 1 ədəd brilyant qaşlı nişan üzüyünün, ümumilikdə 28.000 manat dəyərində qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun habelə dövlət rüsumu olaraq ödənilmiş 174 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2020-ci ilin sentyabr ayının sonlarından 2020-ci ilin dekabr ayının əvvəllərinədək ona məxsus qızıl-zinət əşyalarının satılmasına kömək edə biləcəyi barədə yalan vədlər verib inandıraraq, etibarından suiistifadə edib, aldatmış və ümumi dəyəri 28.000 manat təşkil edən xeyli miqdarda qızıl-zinət əşyalarını ondan alıb dələduzluq etmişdir. Cavabdehin əməlləri Neftçala Rayon Polis Şöbəsində aparılmış istintaq sənədləri ilə sübuta yetirilmiş və Neftçala Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmü ilə ona 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Neftçala Rayon Məhkəməsinin həmin hökmü Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Cavabdeh istər yuxarıda qeyd olunan qızıl-zinət əşyalarını, istərsə də onların dəyərini təşkil edən 28.000 manatı bu günədək qaytarmayıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. Bunu barəsində aparılmış cinayət işinin ibtidai istintaqı, həmçinin məhkəmə istintaqı dövründə dəfələrlə bildirib. İddia tələbi isə heç bir əsası və sübutu olmayan, iddiaçı ilə münasibətlərinin pisləşməsi səbəbindən sonuncu tərəfindən ona qarşı yönəlmiş böhtandır. İddiaçı ona 3 – 4 dəfəyə 28.000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirdiyinə baxmayaraq bunu təsdiq edə biləcək hər hansı bir yazılı sübut, o cümlədən borc müqaviləsi yoxdur. Bu qədər dəyəri olan əmlakın isə heç bir sənəd olmadan verilməsi məntiqli deyil. İddiaçıdan bir dənə də olsun qızıl almayıb. Buna baxmayaraq cinayət işi üzrə məhkəmə baxışı zamanı onun heç bir sübutuna baxılmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı Neftçala rayon sakini, Cavabdeh isə həm də müəllimə kimi tanıyır. İddiaçı evində qızıl, yataq dəsti, paltar, şampun və s. bu kimi malların satışı ilə məşğul olurdu. Onun (şahidin) anası Esmira Qardaşova isə qızıl əşyalarının satışı ilə məşğuldur. İddiaçı bir neçə dəfə anası Esmiradan qızıl-zinət əşyaları alıb, aparıb sataraq pulunun yarı hissəsini əvvəlcədən, qalanını isə hissə-hissə hər ay ödəyirdi. Sonradan Şükufənin aldığı qızılların pulunu qaytarmadığını görüb özü şəxsən ondan səbəbini soruşmuşdur. Şükufə də ona qızılları Xuraman xanıma verdiyini demişdir. Rayonda yaşadıqları üçün Xuramanın bir çox adamlara borclu olması barədə məlumatları olub. Ona görə də Şükufəyə irad bildirmişdir ki, «niyə bu qədər qızılı Xuramana verib? Şükufə də öz növbəsində Xuramanı yaxşı tanımadığını, onun bir çox adamlara borcunun olmasından xəbərsiz olduğunu bildirmişdir. Onların Şükufə xanımla bu mövzuda dəfələrlə söhbətləri, hətta mübahisələri olub. Bu səbəbdən yaşlı anası xəstəlik tapıb. Hətta Cavabdeh cinayət işi açılanda onlar da zərərçəkmiş şəxs kimi polisə ərizə ilə müraciət etmək istəmişlər ki, qızıllarını və ya pullarını alsınlar. Bu zaman Şükufə onlara mane olaraq qızılları Xuramana özünün verdiyini, ona görə də özünün şikayət etdiyini və polis vasitəsilə Xuramandan onları alıb gətirib qaytaracağını demişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, Xuramana 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan sonra Şükufədən qızıllarının pulunu tələb etmişlər. O, da müxtəlif bəhanələr gətirərək pulu yubatmışdır. Bir müddət də Şükufə ağır xəstəlik keçirdiyindən anası Esmiranın ona yazığı gəlib xəstə olduğu müddətdə ondan pulu tələb etməmişdir. Ona oynadıqları lotereyaya qoşulmasını, heç olmasa pulu bu yolla hissə-hissə qaytarmasını təklif etmişlər. Şükufə də bununla razılaşmışdır. Bundan sonra Şükufə 2 dəfə, hər dəfə 100 manat olmaqla, cəmi 200 manat pul ödəmiş və bir də aylıq lotereya pulunun əvəzinə 1 ədəd serviz vermişdir. Vəssalam. Bundan başqa hər hansı bir ödəniş etməmişdir. Şükufənin Xuramandan pul tələb etməsini bildikdən sonra özü istəmişdir ki, məhkəməyə gəlib Xuramana verilən qızılların hamısının onlara məxsus olduğunu bildirsin. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (Hakim: Ceyhun Qədimov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174 (yüz yetmiş dörd) manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili X1 rayon məhkəməsinin 02 fevral 2024-cü iltarixli, 2(053)-82/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasınl xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətininin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Neftçala rayon məhkəməsinin 02 fevral 2024-cü iltarixli, 2(053)-82/2024 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və teleqram ünvanlıyaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyinin təmin edilməsi məqsədi ilə iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı M.Quliyev qəbul edilmiş qətnamədən iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, cavabdeh A.İsmayılov isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisə açmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlilləri həddində Neftçala rayon məhkəməsinin 02 fevral 2024-cü iltarixli, 2(053)-82/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini, cinayət mühakimə icraatı zamanı verilmədikdə isə mülki iddia icraatı qaydasında mülki iddia verməklə tələb edə bilər. (CPM-nin 180,180.3,181.1,181.1.2,182.1,182.2,182.3,182.4-cü madələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, tələbin əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində qismən ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli cinayət işi üzrə 05 yanvar 2022-ci il tarixli hökmünün suirətindən görünür ki, «Cavabdeh tanışı İddiaçı ona məxsus qızıl-zinət əşyalarının satılmasına köməklik edə biləcəyi barədə yalan vədlər verib inandıraraq 2020-ci ilin sentyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanında vahid niyyətlə 2800 manat dəyərində 25 qramlıq bir ədəd qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 2000 manat dəyərində uc hissəsində kale olan bir ədəd qızıl boyunbağını, üç ədəd ümumi dəyəri 3000 manat olan qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 1000 manat dəyərində bir ədəd qızıl boyunbağını, 450 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 450 manat dəyərində bir ədəd kişi üzüyünü, 3500 manat dəyərində 19 qramlıq bir ədəd qadın qol saatını, 650 manat dəyərində bir ədəd qızıl boyunbağını, 500 manat dəyərində almaz qaşlı bir ədəd qızıl üzüyü, 2020-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 1500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğanı, 1000 manat dəyərində bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 700 manat dəyərində bir ədəd qadın saatını, 650 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 2020-ci ilin noyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində 31 qramlıq ağ qızıldan hazırlanmış brilyant qaşlı bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2000 manat dəyərində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2020-ci ilin dekabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 800 manat dəyərində brilyant qaşlı bir ədəd nişan üzüyünü, vahid niyyətlə ümumilikdə 28000 manat dəyərində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh 01 fevral 2021-ci il tarixdə saat 17 radələrində Neftçala şəhəri, Y.Hacıyev küçəsində yerləşən yaşadığı evinin həyətində İddiaçı ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunu həyətindən küçəyə çıxardıqdan sonra küçədə mübahisə zamanı İddiaçı sol qol və sağ qol nahiyələrinə daşla vuraraq ona “sol bazunun yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nin bayır səthlərinin qançırları, sol bazu oynağının hərəkət məhdudluğu” ilə müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur». Cavabdeh bu əməllərinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının CM-nin 178.2.4- cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-271/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərarı ilə Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli iş üzrə 05 yanvar 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1645/2022 nömrəli iş üzrə 24 noyabr 2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-271/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 28.000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyanın ödənilməsini xahiş edir. Tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 21.3, 1096.1,1096.2,1097.1,1097.3-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli hökmünün hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh tanışı İddiaçı ona məxsus qızıl-zinət əşyalarının satılmasına köməklik edə biləcəyi barədə yalan vədlər verib inandıraraq 2020-ci ilin sentyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanında vahid niyyətlə 2800 manat dəyərində 25 qramlıq bir ədəd qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 2000 manat dəyərində uc hissəsində kale olan bir ədəd qızıl boyunbağını, üç ədəd ümumi dəyəri 3000 manat olan qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 1000 manat dəyərində bir ədəd qızıl boyunbağını, 450 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 450 manat dəyərində bir ədəd kişi üzüyünü, 3500 manat dəyərində 19 qramlıq bir ədəd qadın qol saatını, 650 manat dəyərində bir ədəd qızıl boyunbağını, 500 manat dəyərində almaz qaşlı bir ədəd qızıl üzüyü, 2020-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 1500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğanı, 1000 manat dəyərində bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 700 manat dəyərində bir ədəd qadın saatını, 650 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 2020-ci ilin noyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində 31 qramlıq ağ qızıldan hazırlanmış brilyant qaşlı bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2000 manat dəyərində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2020-ci ilin dekabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 800 manat dəyərində brilyant qaşlı bir ədəd nişan üzüyünü, vahid niyyətlə ümumilikdə 28000 manat dəyərində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh 01 fevral 2021-ci il tarixdə saat 17 radələrində Neftçala şəhəri, Y.Hacıyev küçəsində yerləşən yaşadığı evinin həyətində İddiaçı ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunu həyətindən küçəyə çıxardıqdan sonra küçədə mübahisə zamanı İddiaçı sol qol və sağ qol nahiyələrinə daşla vuraraq ona “sol bazunun yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nin bayır səthlərinin qançırları, sol bazu oynağının hərəkət məhdudluğu” ilə müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cavabdeh bu əməllərinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının CM-nin 178.2.4- cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdehin apellyasiya şikayətində iddia tələbinə etirazından müəyyən olunur ki, o iddianı qismən qəbul edir və hesab edir ki, iddiaçının tələb etdiyi 28000 manat maddi ziyanın 6300 manat məbləğinin qaytarılması ilə bağlı iddiaçının özünün qəbzi mövcud olduğu halda məhkəmə qiymət verməmiş, ikincis isə iddia tələbinin 14300 manat hissəsini isə iddia müddətinin ötməsi əsası ilə rədd etməli olduğu halda, məhkəmə bunu etməmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli hökmünün hökmü ilə cavabdehin iddiaçıya törətdiyi cinayət nəticəsində ümumilikdə 28000 manat məbləğində maddi ziyan vurması tam şəkildə sübuta yetirilir. Cavabdeh hökmdə iddiaçının həmin məbləğin 6300 manatın qaytarılması ilə bağlı ifadəsinə istinad etsə də kollegiya cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, CPM-nin 353.2.1-ci maddəsinə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilir. Neftçala Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmündə isə məhkəmə tərəfindən sübuta yetirilmiş əməl kimi 28000 manat məbləğində maddi ziyan vurulması qeyd edilmişdir. CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-in 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hökmlə şəxsin əməli vurulmuş maddi ziyana münasibətdə 28000 manat müəyyən edildiyindən məhkəmə üçün həmin hissədə məcburi olduğundan kollegiya cavabdehin həmin dəlili ilə razılaşmır. Kollegiya cavabdehin iddia tələbinin 14300 manat hissəsində iddia müddətinin ötməsi ilə bağlı dəlili ilə də razılaşmır. Belə ki, hazırki işdə cavabdehin nümayəndəsi 3 illik iddia müddətinin tətbiq edilməsini bildirsə də, işin müəyyən edilən hallarına görə cavabdeh dələduzluq yolu ilə iddiaçının etibarından sui-istifadə edərək, cinayət nəticəsində iddiaçıya zərər yetirib, belə olan halda, tərəflər arasındakı münasibətlər müqavilə öhdəliklərinə deyil, müqavilədən kənar öhdəliklərə, konkret olaraq isə zərər vurmaya (deliktə) söykənir. Bu halda da, hazırki mübahisəyə müqavilə tələbləri üzrə 3 illik deyil, 10 illik ümumi iddia müddətinin tətbiq edilməsi düzgün olar. Ona görə də kollegiya cavabdehin həmin dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi mövqeyi əsaslı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Neftçala Rayon Məhkəməsinin 2(053)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1022/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1022/2024
10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver