Məhkəmə qərarları › İş №2(106)-1023/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1023/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1023/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-234/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 45000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-234/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X11 xeyli vaxtdır ki, Cavabdeh yanında anbar sahəsində operator vəzifəsində çalışmışdır. Bundan istifadə edən Cavabdeh 2023cü əvvəllərində ona zəng edərək oğlu X5 onun yanında işlədiyi müddət ərzində 45000 manat pulunu mənimsədiyini bidirmiş və pulları ödəməsini ondan tələb etmişdir. O, pulu qaytarılması üçün Cavabdeh bir neçə gün vaxt istəmişdir. Bundan sonra X15 onun yaşadığı evə gəlmiş, həmin vaxtı da Cavabdeh ona zəng edərək pulu Elşada verməsini bildirmişdir. O da həmin vaxtı öz evində 35000 manat pulu sayıb Cavabdeh tapşırığı əsasında Beyləqan rayon sakini cavabdehin tanışı və dostu olan X12 vermişdir. Bundan bir neçə gün sonra isə 10000 manat pulu Beyləqan şəhəri RTS qəsəbəsində Yanacaqdoldurma məntəqəsinin yanında yerləşən Məhərrəm adlı şəxsin kafesində X2 və Elton adlı şəxsin yanında Cavabdeh vermişdir. O, 45000 manat pul vəsaitini verdiyi vaxtı oğlu evdə olmamış, telefonu da işləməmişdir. Pulları verdikdən sonra oğlu Ruslana Cavabdeh olan borcunu ödədiyini bildirmişdir. Ruslan ona əsəbləşərək Asəfə heç bir borcunun olmadığını və heç bir pul mənimsəmədiyini bildirmişdir. Bundan sonra Cavabdeh vermiş olduğu 45000 manat pulunun qaytarılmasını tələb etmişdir. Asəf isə pullarını geri qaytarmaqdan imtina etmişdir. Asəf pulları qaytarmadığından o, 03 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsinə əsasən 03 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi tərəfindən izahatları alınmışdır. İzahatı alınan X3 və X15 da izahatlarında Cavabdeh pul verdiyini təsdiq etmişlər. Toplanmış materiallara əsasən 10 oktyabr 2023-cü il tarixli Raport yazılmış və 10 oktyabr 2023-cü il tarixli məktubla aparılmış aparaşdırma zamanı məsələnin mülki hüquq münasibətləri ilə bağlı olduğundan hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilməsi ona izah edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun VÖEN-i olmaqla sahibkardır və malların topdan satışı ilə məşğul olur. İddiaçı iddiası əsassızdır. İddiaçının oğlu X11 onun yanında işlədiyi müddətdə ondan 48200 manat məbləğdə pul vəsaitini mənimsəmişdir. Belə ki, o, ərzaq və digər məhsulların saxlanıldığı anbarı yazılı qaydada, yəni imzalı və möhürlü şəkildə iddiaçının oğlu Ruslan Quliyevə təhvil vermişdir. Ruslan Quliyevlə birgə hər ay sonunda bir dəfə olmaqla anbar qalığı və müştərilərdə olan borclar, aylıq gəlirlər və xərclər olmaqla öz aralarında hesab çəkmişlər. 31 dekabr 2022-ci il hesabatını 05 yanvar 2023-cü il tarixdə çəkərkən Ruslan ona ümumi büdcədən 48200 manat əskik olduğunu bildirmişdir. Həmin gündən etibarən Ruslan işə gəlməmiş və hesabata aydınlıq gətirməmişdir. O, anbarın kamera görüntülərinə nəzər yetirdikdə Ruslanın bayram ərəfəsində işdə olmadıqları vaxtlarda ofisə gələrək 20000 manat məbləğində nağd pul götürərək və fakturasız malları müştəriləri Rizvan Alıyevə göndərərək 28200 manat məbləğində pulun mənimsədiyini bilmişdir. Kamera görüntüsü də çıxarılmışdır. O, bir neçə gün Ruslanla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Bundan sonra o, Ruslanın kürəkəni Eltona bu barədə məlumat vermişdir. Elton Ruslanın atası İddiaçı oğlunun hərəkətləri barədə məlumat verdikdən sonra Ruslanın ondan götürdüyü 48200 manat məbləğdə puldan 10000 manatını ödəmişlər. Həmin pul ödənilən zaman İddiaçı, onun kürəkəni Elton və Müşfiq adlı şəxs iştirak etmişlər. Qalan 35000 manat pulu isə bir həftə ərzində ödəyəcəklərinə dair söz vermişlər. Bir həftə keçdikdən sonra ona zəng vurub qalan pulun hazır olduğunu bildirmişlər. O, Bakı şəhərində olduğuna görə tanışı X12 zəng etmiş, həmin pulu götürməyi xahiş etmişdir. Elşad iddiaçının evinə getmiş və həmin vaxt 35000 manat məbləğdə pulu iddiaçının oğlu Ruslan Quliyev öz evlərində videoçəkiliş apararaq, anasının, kürəkəni Eltonun və atası İddiaçı iştirakı ilə tanışı X12 vermişlər. Həmçinin bu hadisə ilə bağlı Beyləqan rayon polis şöbəsində 2 dəfə araşdırmalar aparılaraq izahatlar alınmışdır. Çünki o, pulunu alana qədər ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Yekunda iddiaçının oğlu tərəfindən onun pulu ödənildiyindən ərizəsinə əsasən həmin materialın icraatına xitam verilmişdir. O, asan imzasını həmin vaxt şirkətdə Ruslanla birlikdə işləyən Nurlana vermişdir. Nurlan da Ruslana şərait yaratmış, Ruslan onun xəbəri olmadan şirkətin ofisinə gələrək özünü işdən azad etmişdir. O, iddiaçını və oğlunu ona pul verməyə məcbur etməmişdir. İddiaçının kürəkəni Elton onunla görüşərkən Ruslanın onun şirkətindən pul və ərzaq məlumatları mənimsəməsini özü də bilmiş və gedib iddiaçıya bu barədə məlumat vermişdir. Bundan sonra onlar ona dəymiş ziyanı könüllü olaraq ödəmişlər. O, İddiaçı pul istəməmiş, İddiaçı ona pul verməyə məcbur etməmişdir. İddiaçı oğlu barədə polisə verdiyi şikayəti geri götürməyini xahiş etmiş, pulu da könüllü olaraq İddiaçı öz istəyi ilə ona vermişdir. Odur ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 yanvar 2023-cü il tarixli şikayət ərizəsi ilə Beyləqan rayon polis şöbəsinin rəisinə müracət edərək X11 ilə əmək müqaviləsi bağlayaraq onu operator vəzifəsinə işə götürdüyünü, son 3 ay ərzində X5 ondan 48200 manat dəyərində mal götürüb satdığını, ona qarşı dələduzluq edildiyinə görə X5 cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmiş, həmin ərizə 11 yanvar 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə daxil olmuş, bundan sonra Cavabdeh 19 yanvar 2023-cü il tarixdə saat 18:05-də DİN-in 102 zəng xidmətinə müracət edərək, həmin gün keçmiş işçisi X5 Beyləqan rayonu Əlinəzərli kəndində onun iş yerinə gələrək münaqişə yaratdığını, icazəsiz kompyuterinə müdaxilə etməsi barədə məlumat vermiş, həmin müraciətlərə əsasən Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh izahatı alınmışdır. Həmin izahatda göstərilmişdir ki, X11 48200 manat pulun 45000 manatını ödəmiş və 3200 manat məbləğdə borc qalmışdır, xx.xx.2023-cü il tarixdə keçmiş işçisi X1 rayonu Əlinəzərli kəndinin girişində yerləşən anbara və ofisə gələrək, onun kompüterinə girərək, özü-özünü işdən azad etmiş, ona görə də DİN-in 102 zəng xidmətinə müracət etmişdir. Nəticədə Beyləqan rayon polis şöbəsi İTB-nin sahə rəisi polis baş leytenantı Emin Şükürov tərəfindən Beyləqan rayon Polis şöbəsinin rəisinə xx.xx.2023-cü il tarixli Raportla müracət edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmış, o izahatında göstərilmişdir ki, X11 48200 manat pulun 45000 manatının ödənildiyini, lakin 3200 manat borcunun qaldığını bildirmiş, odur ki, materalın RPŞ-nin dəftərxanasında işə tikilməsinə göstəriş verilməsini xahiş etmişdir. Nəhayət araşdırmanın nəticəsi barədə Beyləqan rayon polis şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh cavab verilərək bildirilmişdir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı məsələnin mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş, həmin qərardan Cavabdeh tərəfindən şikayət verilməmişdir. Beləliklə burada məntiqi sual ortaya çıxır: əgər X11 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdisə və bundan 9 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh şikayət ərizəsi ilə Beyləqan rayon Polis şöbəsinin rəisinə müracət edərək X5 ona 48200 manat borcu qaldığını, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə, yəni X11 ilə əmək müqaviləsinə xitam verilməsindən 6 gün sonra X5 48200 manat məbləğdə pulun 45000 manatını ödəməsi və 3200 manat məbləğdə borcun qalması göstərilmişdisə, o halda bundan düz 1 (bir) il əvvələ X5 necə və hansı məntiqlə 132.067,65 manat borcu qala bilərdi?! İddiaçının nümayəndəsi Vəkil2 bundan əvvəlki iclas və hazırkı iclası üçün məhkəmə iclasının təxirə salınması üçün ərizə ünvanlamış, sonuncu ərizəsində təxir mümkün olmadıqda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-234/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Beyləqan rayon polis şöbəsinin rəisinin adına ünvanlanmış ərizədən görünür ki, İddiaçı X19 Abdullayevə 48000 manat borclu olduğu barədə Cavabdeh ona bildirməsindən sonra Asəfə həmin pulu verdiyini, sonradan oğlunun Asəfə borclu olmadığını öyrəndiyini göstərmiş və həmin pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan RPŞ-nin 10 yanvar 2023-cü il tarixdə İddiaçı ünvanladığı məktubdan görünür ki, araşdırma zamanı həmin məsələnin mülki hüquq münasibətləri ilə bağlı olduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Beyləqan RPŞ-nin rəisinə ünvanlanmmış ərizədən görünür ki, X7 əmək müqaviləsi bağlayaraq operator vəzifəsinə işə götürdüyünü, Ruslan Quliyevin onlardan ərzaq malları götürərək satdığını və həmin ərzaq mallarının pulunu təhvil vermədiyini göstərmiş və R.Quliyevin barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan RPŞ İTB-nin sahə rəisi X20 RPŞ-nin rəisinə raport yazaraq Cavabdeh izahatı alınarkən ona borcundan 45000 manat qaytarıldığını göstərdiyinə görə materialların rayon polis şöbəsinin dəftarxanasında işə tikilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024cü il tarixli e-2-2(121)-83/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehlər X10 və X8 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, X6 və X4 müştərək qaydada 132067.65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərcinin və 22 manat dövlət rüsumunun alınıb Cavabdeh ödənilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2024-cü il tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun dayısıdır. Dayısı İbrahim ona Asəfə 10000 manat məbləğdə pul verməli olduğunu, həmin pulu onunla birlikdə aparıb verməsini ondan xahiş etmişdir. O, dayısı ilə razılaşdıqdan sonra birlikdə Məhərrəm adlı şəxsin yeməkxanasına getmişlər. Asəf pulu dayısından götürmüşdür. Həmin vaxt orada dayısı İbrahim, Asəf və Elxan olmuşdur. Dayısının Asəfə pulu nəyə görə verdiyini bilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilib şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında axşam tərəfi tanışı Cavabdeh ona zəng edərək bir nəfərdə pulu olduğunu həmin pulu ondan almasını xahiş etmişdir. O, Asəfin dediyi ünvana gedərkən orada əvvəlcədən tanıdığı İddiaçı görmüşdür. İbrahimə onu Asəfin göndərdiyini demişdir. İbrahim onu evinin həyətinə dəvət etmiş, həyətdə Eltonu görmüşdür. O, İbrahimə əgər bir narahatlıq varsa, pulu götürməyəcəyini demiş, İbrahim isə heç bir narahatlıq olmadığını bildirmişdir. Sonra İbrahimin dəvəti ilə evə keçmişlər. Evdə İbrahim və arvadı ona pul verərək 35000 manat olduğunu bildirmişdir. İbrahim pulu sayıb bu barədə Asəfə məlumat verməsini ona bildirmişdir. Həmin vaxt Ruslan da onların yanında olmuşdur. Evdən gedərkən Ruslan onu da bazarın qarşısına qədər aparmasını xahiş etmişdir. Ruslanla birlikdə gələrkən yolda Ruslan mal yazdığını, məsələnin şirkətlə bağlı olduğunu ona demişdir. Ruslanı bazarın qarşısındakı körpünün üstündə düşürmüşdür. Səhəri gün isə pulu Cavabdeh vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilib şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, o, sahibkarlıqla məşğuldur. İşlədiyi dövrdə Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kimi tanısa da, onunla alış-veriş etməmişdir. Cavabdehə məxsus şirkətdən Ruslan işlədiyi dövrdə onunla, sonra başqa işçi ilə işləmişdir. Ruslandan mal alıb pulunu da nəğd şəkildə Ruslana vermişdir. Bir necə dəfə bazarda mal satdığından Ruslandan malı nəğd pul verib götürmüşdür. Malı almağı barədə Asəfə məlumat verməmişdir. Həmin malların sonradan onun adına borc kimi yazıldığını bilmişdir. Halbu ki, o, götürdüyü həmin malların pulunu Ruslana nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilib şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, İddiaçı onun atasıdır. O, 2022-ci ilin fevral ayının 2-dən 2023-cü ilin yanvar ayının 19-na kimi cavabdeh Asəf Abdulayevin mağazasında operator işləmişdir. Mağazada satış proqramı ilə çalışmışdır. 2022-ci ilin dekabr ayının 11-nə kimi mağazada aparılan hesabatda heç bir kəmlik olmamışdır. Dekabr ayının 12-də malın qiyməti 28% aşağı düşmüşdür. Həmin vaxt Asəfin anbarda 149-150 min manat dəyərində anbar qalığı olmuşdur. Ayın 12-də "xxxx" MMC tərəfindən malın qiymətini dəyişmişdir. Proqram elə quraşdırılmışdır ki, əgər ayın 11-də anbar qalığını dəyişmədən hesabat aparılsaydı, anbar qalığı həmin məbləği göstərərdi. Ayın 12-də malın dəyərini dəyişdiklərindən ayın 11-də olan malın qiyməti 28% aşağı salınmış, anbar qalığı düşmüşdür. İşdə işlədikləri proqramda anbar qalığını seçərkən mal olduğu kimi qalırdı. Lakin dəyəri aşağı düşməli idi. Onlar buna fikir verməmişlər. Ayın axırında hesabat çəkərkən mal kəmliyinin olduğunu görüb Asəfə təxmini 48000 manat kəmlik olduğunu bildirmişdir. Asəfin həmin gündən onun getdiyini bildirməsi əsassızdır. Belə ki, o, Asəflə birlikdə oturub kəmlikləri araşdırmışlar. Asəfə kəmliyin yaranmasını şirkətin göndərdiyi qaimə ilə başa salmışdır. Həmin qaimələrdən də məlum olmuşdur ki, ayın 11-də 90 manata yazılan mal ayın 12-də 40 manat olmuşdur. Bundan sonra Asəfin tanışı və mühasib kimi Asəfə köməklik edən Coşqun Mirzəyev kompyuter vasitəsilə onların sisteminə qoşulmuş, bütün bank ödənişlərini və rəsmi elektron qaimələri bir-biri ilə üzləşdirmiş və heç bir nəticə əldə etməmişdir. O, günahkar olmadığını Asəfə sübut etdikdən sonra işdən çıxmışdır. Asəf "xxxx" MMC-nin müdiri Xəlil Bağırovla birlikdə onun yaşadığı evə gedərək atasını şirkətə aparmış və atası da orada həyəcanlanmışdır. Atasının şirkətə getməsindən xəbəri olmamışdır. O, işdən çıxdıqdan sonra Bakı şəhərinə gedib taksi şirkətinə işə düzəlmişdir. Öz şəxsi işi ilə əlaqədar xalası oğlundan borc istəyərkən xalası oğlu ona atası İbrahimin ona borclu olduğunu demişdir. Bundan sonra bilmişdir ki, atası Asəfə pul vermişdir. O, atasından xahiş etmişdir ki, pulun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırsın. Onu işdən Cavabdeh çıxarmış və əmək kitabçasını ona verməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh VÖEN-i olmaqla sahibkardır və malların topdan satışı ilə məşğul olur. İddiaçı oğlu X24 Abdullayevin yanında işlədiyi müddətdə cavabdeh ərzaq və digər məhsulların saxlanıldığı anbarı yazılı qaydada, yəni imzalı və möhürlü şəkildə Ruslan Quliyevə təhvil vermişdir. Sonradan araşdırma zamanı iddiaçının oğlunun anbardan nağd pul və ərzaq malları götürməsi və bununla əlaqədar qeyd olunan borcun yaranması müəyyən edilmişdir. Cavabdeh iddiaçının oğlu Ruslan Quliyevin qohumlarına məlumat verməsi və rayon polis şöbəsinə ərizə verməsi müəyyən edilmiş və bundan sonra iddiaçı həmin məbləği cavabdehə ödəmişdir. Əslində iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsi üçün hüquqi əsas olmuşdur. Belə ki, İddiaçı oğlu Ruslanın cavabdehə məxsus əmlakı götürməsi və satması müəyyən olunmuş və iddiaçı həmin pulu ona görə cavabdehə vermişdir. İddiaçı cavabdehə pul verməsinə məcbur edilməmişdir. Bu məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ilə də təsdiq edilmişdir. Həmçinin iddiaçının oğlu Ruslanın həmin hərəkətləri etməsi cavabdehə məxsus şirkətin ofisində quraşdırılmış kamera görüntüləri ilə də öz təsdiqini tapmışdır. Hətta iddiaçının oğlu Ruslan və onunla birlikdə işləyən Nurlan həmin vaxtdan sonra da, öz hərəkətlərini davam etdirmiş və cavabdehə məxsus anbardan təhvil aldıqları 132067,65 manat məbləğində malların dəyərini qaytarmamışlar. Belə olan halda, cavabdehin iddiaçıdan pul alması əsassız varlanma kimi qiymətləndirilə bilməz. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəssinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-234/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(020)-234/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar