Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1025/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Füzuli Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2431,46 manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 02 iyun 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və xx.xx.2025-ci il tarixli 2(106)-1025/2025 saylı qərardadla mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərəl bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsində apelyasiya şikayəti verdiyi üçün mülki işin apellyasiya baxışından çıxarılmasını və Füzuli Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ünvanlayaraq 24 iyun 2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasında iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Məhkəməsi tərəfindən məktub daxil olmuşdur. Məktubda Füzuli Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsindən Cavabdeh xx.xx.2025-ci il tarixdə apelyasiya şikayəti verildiyi, qeyd olunanan apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zərurəti yarandığından mülki işin Füzuli Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Göründüyü kimi apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zərurəti yarandığından mülki işin geri qaytarılması zərurəti yaranmışdır. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı həmin məhkəmə tərəfindən müvafiq müraciət olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2025-ci il tarixli 2(106)-1025/2025 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla Füzuli Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2025-ci il tarixli 2(106)-1025/2025 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. Füzuli Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(064)-103/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1025/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1025/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver