Məhkəmə qərarları › İş №2(106)-1028/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1028/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1028/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları iştirakları ilə, iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)- 911/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-911/2023 saylı qətnaməsi ilə iddiaçı QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixli 100/01114712/15 №-li kredit müqaviləsi üzrə yaranmış 4869.23 manat məbləğində əsas borc, 3403.75 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 643.96 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə isə 9.016,94 manat məbləğində pul və dövlət rüsumuna görə 126.08 manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)- 911/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tərəflər mübahisə predmeti üzrə qarşılıqlı razılığa gəldiklərini, barışıq sazişi tərtib etdiklərini bildirərək, barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. Barışıq sazişinin təsdiqinin doğuracağı hüquqi nəticələri başa düşdüklərini bəyan edərək, könüllü şəkildə, hər hansı bir təsir altında hərəkət etmədiklərini və sazişin şərtlərinin həqiqətən iradələrini ifadə etdiyini bildirdilər. Məhkəmə qaydasında təsdiq olunması üçün təqdim olunan barışıq sazişinin şərtləri aşağıdakı kimidir: 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 100/01114712/15 saylı kredit müqaviləsi üzrə 4917,08 manat məbləğində əsas borc, 4826,81 manat məbləğində faiz borcu, 1637,64 manat məbləğində cərimə, 643,96 manat məbləğində gecikdiriimiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 12.025,49 (on iki min iyirmi beş manat 49 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 5500 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3 bu sazişin 2.2-ci bəndində göstərilən 5500 manat məbləğinin 300 manatı ilkin olaraq, qalıq 5200 manatı 36 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən hər ay 144,50 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4 iddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 12.025,49 (on iki min iyirmi beş manat 49 qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LFO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. MPM-in 370.2-ci maddəsinə görə tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023cü il tarixli 2(049)-911/2023 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 52.5, 191.1, 191.2, 263, 264, 370, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iş üzrə tərəflərin təqdim etmiş olduğu barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 100/01114712/15 saylı kredit müqaviləsi üzrə 4917,08 manat məbləğində əsas borc, 4826,81 manat məbləğində faiz borcu, 1637,64 manat məbləğində cərimə, 643,96 manat məbləğində gecikdiriimiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 12.025,49 (on iki min iyirmi beş manat 49 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 5500 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3 bu sazişin 2.2-ci bəndində göstərilən 5500 manat məbləğinin 300 manatı ilkin olaraq, qalıq 5200 manatı 36 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən hər ay 144,50 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4 iddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 12.025,49 (on iki min iyirmi beş manat 49 qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LFO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. İş üzrə icraata xitam verilməklə Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-911/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar