Məhkəmə qərarları › İş №2(106)-103/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-103/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-103/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işi üzrə Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsindən cavabdehlər və onların nümayəndəsi (vəkili) X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq cəmi 9778.49 manat-bundan 3704.07 manat əsas, 4278.06 manat faiz, 1261.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 534.48 manat faiz, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 iyun 2015-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 28 % faiz dərəcəsi ilə ödənilməsi şərtilə, 4000 manat kredit verilmişdir. 01 iyun 2015-ci il tarixli, 528/15/1 saylı zaminlik müqaviləsinə əsasən X3 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini öz üzərinə götürmüşdür. Həmçinin 01 iyun 2015-ci il tarixli, 528/15/2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 da borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini öz üzərinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********790 saylı, xx.xx.2021ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2021-ci il tarixə 528/15 saylı, kredit müqaviləsi üzrə cəmi borcu 9778.49 (doqquz min yeddi yüz yetmiş səkkiz manat, 49 qəpik) manat təşkil edir. Bundan 3704.07 (üç min yeddi yüz dörd manat, 07 qəpik) manat əsas, 4278.06 (dörd min iki yüz yetmiş səkkiz manat, 06 qəpik) manat faiz, 1261.88 (min iki yüz altmış bir manat 88 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 534.48 (beş yüz otuz dörd manat, 48 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1, X3 və Cavabdeh3 3704.07 manat əsas borc, faiz borcu üzrə 2570.20 manat, hesablanmış cərimə borcuna görə 50 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19 manat müştərək qaydada tutularaq Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 və onların nümayəndəsi (vəkili) X5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmaqla təmin olunmamasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində baxış iclasının təxirə salınması, onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməməsi barədə məhkəməyə ərizə verilsə də məhkəmə mülki işi təxirə salmamışdır. Həmçinin bildirmişlər ki, iddia müddəti keçdiyindən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılsın. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmədə iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə elektron ərizə göndərərək təyin edilmiş məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirmişlər. Həmçinin cavabdehlərdən Cavabdeh1 məhkəməyə teleqram və ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildiurmiş və işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər birlikdə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehlər X3 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş 01 iyun 2015-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 4000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 20 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 aprel 2021-ci il tarixinə 3704 manat əsas borc, faiz borcu üzrə 4278 manat, cərimə borcu 1261.88 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 534.48 manat, cəmi 9778.49 manat borcu vardır. İş materiallarında olan 01 iyun 2015-ci il tarixli, 528/15/1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X3 borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə kreditor bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 iyun 2015-ci il tarixli, 528/15/2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə kreditor bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2022-ci il tarixli, 9/525 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehlərin 01 iyun 2018-ci il tarixə əsas borcu 3704.07 manat, faiz borcu 2570.20 manat təşkil etmişdir. Ekspertiza xərci 100 manatdır. İş materiallarında olan apellyasiya icraatı zamanı təyin edilmiş və rəyi alınara işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 17 noyabr 2022-ci il tarixli, 9/7607 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehlərin 01 iyun 2018-ci il tarixə əsas borcu 3704.07 manat, faiz borcu 2570.20 manat təşkil etmişdir. Ekspertiza xərci 100 manatdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddaçı İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianın təmin edilməyən hissəsini mübahisələndirməmiş, lakin cavabdehlərin hər üçü birgə qətnaməni mübahisələndirmişlər. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin hər üçünün apelyasiya şikayətlərinin dəlilləri həddində mübahisələndirilən qətnamənin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdehlərin hər üçü apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddinın rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddianın qismən təmin edilməsini müəyyən edərək, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsədə, digər cavabdehlər X3 və Cavabdeh3 münasibətdə işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə X3 və Cavabdeh3 münasibətdə gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 iyun 2015-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 4000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehlər X3 və Cavabdeh3 həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən X3 və Cavabdeh3 eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 14 aprel 2021-ci il tarixinə 3704 manat əsas borc, faiz borcu üzrə 4278 manat, cərimə borcu 1261.88 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 534.48 manat, cəmi 9778.49 manat borcu olması göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçıASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində onun digər cavabdehlə birgə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 14 aprel 2021-ci il tarixinə 3704 manat əsas borc, faiz borcu üzrə 4278 manat, cərimə borcu 1261.88 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 534.48 manat, cəmi 9778.49 manat borcu olması göstərilmişdir. Bundan başqa 01 iyun 2015-ci il tarixli, 528/15/1 saylı və 528/15/2 saylı zaminlik müqavilələri üzrə X3 və Cavabdeh3 borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə kreditor bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zaminlər X3 və Cavabdeh3 qarşı yalnız 14 iyun 2021-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Belə ki, zaminlərlə zaminlik müqaviləsi xx.xx.2015-ci ildə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası bu hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi qənaətinə gəlir və hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zaminlər X3 və Cavabdeh3 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, 01 iyun 2015-ci il tarixli, 528/15 nömrəli kredit müqaviləsi üzrə borcun cavabdehlər X3 və Cavabdeh3 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlərin hər üçü apelyasiya şikayətində, birinci instansiya məhkəməsi tərəfindən, onların kredit borc müqaviləsi üzrə öhdəlik götürmələrinə baxmayaraq, bank tərəfindən onlara qarşı qanunla müəyyən olunmuş müddət keçdikdən sonra iddia qaldırmaqla qanunun tələbini pozmuş və hər üç cavabdeh birgə qaydada bütüövlükdə Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddinın rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi ilə bağlı şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, müvafiq prosessual hərəkətlərin (ərizənin geri qaytarılması, ondan şikayət, mühasibatlıq ekspertizasının təyin edilməsi və.s) yerinə yetirilməsi ilə bağlı vəsatətlər versələr də kifayət qədər vaxta malik olsalar da birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsi cavabdehlər X3 və Cavabdeh3 kredit borcunun və məhkəmə xərclərinin tutulması hissələrində ləğv edilməli, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası cavabdehlər X3 və Cavabdeh3 münasibətdə təmin edilməməli, birinci və apellyasiya instansiyası zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat ekspertiza xərci Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(057)-85/2022 saylı qətnaməsi cavabdehlər X3 və Cavabdeh3 kredit borcunun və məhkəmə xərclərinin tutulması hissələrində ləğv edilsin, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası cavabdehlər X3 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Apellyasiya instansiyası zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar