Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1037/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 7180 manat pulun və ödənilmiş 91 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4961 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.61 manat, cəmi 5030 manat 61qəpik pulun alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının cəmi dəyəri olan 263 manat pulun İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı cavabdeh borc almaq üçün ona müraciət edərək ona 1545 manat borc pul verməsini xahiş etmişdir. Onu əvvəllər tanıdığından 1545 manat pulu ona vermiş və həmin vaxt razılaşmışlar ki, cavabdeh bu pulu ona bir il müddətində hissə-hissə olmaqla ona qaytaracaqdır. Cavabdeh ondan borc pul götürməsini bir neçə sənədə imza etməklə təsdiqləmiş və razılaşdıqları kimi hər ay hissə-hissə ona ödəniş etməyə başlamışdır. Bundan sonra cavabdeh ondan yuxarıda göstərdiyi qaydada xx.xx.2022-ci il tarixdə 2060 manat, xx.xx.2022-ci il tarixdə 1545 manat, xx.xx.2022-ci il tarixdə 1545 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğdə borc pul almışdır. Bundan əlavə, cavabdeh ondan heç bir sənədə imza etmədən əlavə 500 manat da borc pul almışdır. Cavabdeh əvvəl götürdüyü pulları razılaşdıqları kimi ödədiyi üçün ona təkrarən borc pul vermiş və 10195 manat puldan ona hissə-hissə 3015 manat məbləğdə pul qaytarmışdır. Hazırda cavabdehin ona 7180 manat borcu vardır. Dəfələrlə cavabdehdən ona borclu olduğu 7180 manatı qaytarmasını tələb etsə də, cavabdeh borcu ona qaytarmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat, 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən 1545 manat və 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən isə 3000 manat olmaqla, cəmi 6090 manat borc pul almış, lakin borcunu tam şəkildə ödəmişdir. Belə ki, ona məxsus əmək haqqı kartı iddiaçıda olmuş, hər dəfə karta pul yüklənəndə iddiaçı Rasim İsmayılov vasitəsilə kartdan pulu məxaric edib maaşını tam şəkildə götürmüşdür. Maaş kartı iddiaçıda olduğu müddətdə iddiaçı ona məxsus əmək haqqı kartından 10000 manatdan artıq pul əldə etmişdir. Lakin çox təəssüf ki, məhkəmə bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad edərək guya onun iddiaçıya 4961 manat borclu olması qənaətinə gəlmişdir. Halbuki, tərəfindən əmək haqqı kartından çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən iddiaçının kart iddiaçıda olduğu müddətdə onun kartından hansı məbləğdə pul çıxarılması əks edilmişdir. Bundan əlavə, iş üzrə dindirilmiş şahid X2 bildirmişdir ki, Cavabdeh məxsus bank kartını İddiaçı hər dəfə ona verərək karta köçmüş məbləği tamş əkildə çıxararaq ona təhvil verməsini bildirmiş və Rasim İsmayılov da pulu tam şəkildə çıxardıqdan sonra həm pulu, həm də kartı İddiaçı geri qaytarmışdır. İddiaçı də izahatında kartdan pulları çıxarmaq üçün hər dəfə Rasim İsmayılova verdiyini və Rasim İsmayılovun daha sonra kartı ona qaytardığını bildirsə də, məhkəmə qətnamədə nədəndə qeyd edilən şahid ifadəsinə tənqidi yanaşaraq şahidin izahatını sübut kimi qəbul etməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, şahidin izahatı ilə, habelə təqdim edilmiş hesabdan çıxarışdan açıq şəkildə iddiaçının onun əmək haqqından 10000 manatdan artıq pul əldə etdiyini nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehə məxsus əmək haqqı kartı iddiaçıda olmuşdur və bu halı iddiaçı etiraf etmiş və əlavə olaraq qeyd etmişdir ki, Rasim adlı şəxs hər dəfə pulu çıxardıqca ona vermişdir. Cavabdehə məxsus əməkhaqqı kartı nə qədər ki iddiaçıdadır, sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özü dənizdə işləyir. Aylıq təxminən 1500 manat məbləğində maaş alır. Rasim adlı şəxs maaş kartı iddiaçıda olduğu üçün hər dəfə maaş köçdükdə pulu çıxarıb iddiaçıya vermişdir və bu halı o, birinci instansiya məhkəməsi zamanı da şahid kimi ifadəsində bildirmişdir. Qeyd edir ki, 3000 manat borc olan qəbzdə nə şəxsiyyət vəsiqəsi, nə yaşadığı ünvan uyğun gəlir. Atası xəstə olduğu üçün pula ehtiyacı olmuşdur və iddiaçıdan borca pul götürmüşdür. Pulu 2021-ci ildə götürmüş, heç bir çek və imza olmamışdır. İddiaçı pulu ona faizlə vermişdir. Ümumilikdə aldığı puldan ona çox qaytarmışdır. İddiaçı ona məxsus əmək haqqı kartını xx.xx.2022-ci ildə ondan almış, həmin ilin dekabrın sonları kartı ona qaytarmışdır. İddiaçıdan pul götürənədək ona heç bir borcu olmamışdır. Dekabr ayında iddiaçıdan 3000 manat məbləğində pul almış, iddiaçı onu 1800 manat kimi hesablayıb 1200 manatını qaytararaq 3000 manata imza etdirmişdir. Qeyd edir ki, ona məxsus əməkhaqqı kartından pul çıxarılan zamanı müəyyən məbləğdə pul da onun özünə verilmişdir. Cəmi 2-3 dəfə 300-400 manat olmaqla, məbləği dəqiq xatırlamasa da, pul götürmüşdür. Kartdan ən çox 2000 manat məbləğində pul götürmüşdür. 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən İddiaçı 3000 manat məbləğdə borc pul almış, onu da tam olaraq qaytarmışdır. Lakin buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Həmin tarixdən sonrakı dövrdə isə kart onun özündə olmuşdur. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin aprel ayında 1500 manat ödəniş olunmuşdursa, 1545 manata görə ayda necə 1500 manat hissə-hissə ödəmək olar? Cavabdehə məxsus əməkhaqqı kartı iddiaçıda olmuş, Rasim adlı şəxs hər dəfə pulu çıxardıqdan sonra iddiaçıya vermişdir. xx.xx.2022-ci ildə cavabdeh atasının xəstəliyi ilə əlaqədar iddiaçıdan 1500 manat məbləğində borc pul almışdır. Qeyd edir ki, kartdakı məbləğlərin hamısını iddiaçı götürməmişdir. 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən cavabdehə 3000 manat məbləğdə borc pul vermiş, ancaq cavabdeh onu qaytarmamışdır. Həmin tarixdən sonrakı dövrdə kart artıq cavabdehin özündə olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 28 aprel 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 1545 manat borc pul almışdır. İşdə olan 27 sentyabr 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 1545 manat borc pul almışdır. İşdə olan 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul almışdır. İşdə olan 28 aprel 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 1267 manat ödəmiş 278 manat borclu qalmışdır. İşdə olan 27 sentyabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 1545 manat puldan 362 manat ödəmiş 1183 manat borclu qalmışdır. İşdə olan 09 dekabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixli məxaric xəzinə orderinə əsasən aldığı 3000 manat puldan hər hansı məbləğ ödəməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 4/1593 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adına olan 08 iyul 2022-ci il tarixli və 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderlərində “CavabdehD” sözlərinin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli 4/27 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adına tərtib olunmuş 08 iyul 2022-ci il tarixli məxaric xəzinə orderində “İmza: CavabdehD” qrafasındakı imza; 10-cu vərəqdə olan Cavabdeh adına tərtib olunmuş 14 noyabr 2022-ci il tarixli məxaric xəzinə orderində “İmza:CavabdehD” qrafasındakı imza Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia tələbinin əsaslılığına gəlincə, məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yəni sübutetmədə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. MPM-in 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.1-ci maddəsinin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı cavabdehə məxsus əmək haqqı kartının məhz onda olmasını qəbul edir və bunu mübahisələndirmir. Nə qədər ki, həmin hal işin mübahisəsiz halı olaraq müəyyən edilir, həmin kartdan pul vəsaitinin çıxarılması (iddiaçıya nə qədər verilməsi, borcdan qədər qaytarılması, cavabdehə etiraf etdiyi məbləğdən daha çoxunun qaytarılması və s.) məsələlərdə sübut etmə iddiaçının üzərinə düşür. Əmək haqqı kartının iddiaçıda olduğu zaman kəsiyində çıxarılmış pul vəsaiti iddia tələbində göstərilmiş bütün vəsaitdən çoxdur. Eyni zamanda, qeyd edilməlidir ki, 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğin də borc pul vermiş, həmin tarixdən sonrakı dövrdə isə cavabdehə aid əmək haqqı kartı artıq cavabdehin özündə olmuşdur. Ancaq cavabdeh göstərilən məbləğin tam olaraq iddiaçıya qaytarılmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Beləcə, iddiaçı yalnız 09 dekabr 2022-ci il tarixli məxaric xəzinə orderinə əsasən cavabdehə vermiş olduğu 3000 manat məbləğində vəsaiti tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsi Cavabdeh borc olaraq 4961 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, həmin məbləğ 3000 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Bununla bərabər, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(055)-12/2024 saylı qətnaməsi “Cavabdeh 4961 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin və həmin məbləğ “3000 manat məbləğində” müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1037/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1037/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver