Məhkəmə qərarları › İş №2(106)-1048/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1048/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1048/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, X1, İddiaçı2 iştirakı ilə, Xocavənd Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı2 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələbi əsasında Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərardadı ilə 105 baş xırda buynuzlu heyvanların üzərinə həbs qoyulması ilə əlaqədar 23 noyabr 2016-cı ildən 16 mart 2021-ci ilədək olan dövrdə əldən çıxan fayda qismində 36.456 manat ziyanın, «X18» MMC-nin auditorunun xx.xx.2022-ci il tarixli rəyinin alınması üçün ödənilmiş 1.000 manatın, ödənilmiş 201 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini aşağıdakı kimi əsaslandırmışlar: Beyləqan şəhəri, A.Cavadov küçəsi 24-də yaşayırlar. Cavabdeh1 onların gəlinləri olmuş, qardaşı rəhmətə getdikdən sonra çıxıb atası evinə getmişdir. Bundan sonra onları məhkəməyə verərək, 2016-cı ildə əsassız iddialar qaldırmışdır. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər X7 və İddiaçı1 qarşı Azərbaycan Respublikası Əmlak X10si yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, mərhum X6 ölümündən sonra 13.7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2000-ci ildə anadan olmuş Nərmin və xx.xx.2001-ci ildə anadan olmuş Nəzrinin hər birinə qanunla düşən 1.1436 ha, Azərbaycan Respublikası Əmlak X10 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, mərhum X6 ölümündən sonra 3.1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin xx.xx.2000-ci ildə anadan olmuş Nərmin və xx.xx.2001-ci ildə anadan olmuş Nəzrinin hər birinə qanunla düşən 0,259875 ha, Azərbaycan Respublikası Əmlak X10si yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, mərhum X6 ölümündən sonra 236,2 kv.m sahəsi olan fərdi yaşayış evinin xx.xx.2000-ci ildə anadan olmuş Nərmin və xx.xx.2001-ci ildə anadan olmuş Nəzrinin hər birinə qanunla düşən 1,12 hissəsi və həyətyanı torpaq sahəsinin 0,001664 ha, məhkəmənin qərardadına əsasən, üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan, məhkəmə qətnaməsinə əsasən başqa vətəndaşdan alacağı 8.150 manat puldan, Beyləqan şəhərində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metrlik mağaza binasından, «Niva» markalı avtomobil və **-FZ-*** dövlət nömrə nişanlı «Mersedes Benz» markalı avtomobildən uşaqlara düşən miras payının ayrılaraq verilməsinə dair iddia vermişdir. Həmin iş üzrə Cavabdeh2 və Cavabdeh3 ona qarşı olan iddiaları rədd edilmişdir. Özü kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur və ailəsinin dolanışığı kənd təsərrüfatındandır. Başqa yerdən qazancı yoxdur. O, heyvanları kökəldib satmaqla dövriyyə etdirərək qazanc əldə edə bilərdi. Cavabdehlərin hərəkəti nəticəsində bu qazanclarından məhrum olmuşdur. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 uzun illərdir onları məhkəmələrə verməklə bu yollarda qoyublar və heyvanların üzərinə həbs qoydurmaqla ziyana salıblar. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 iddiası əsasında Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərardadı ilə 105 baş xırda buynuzlu heyvanların üzərinə həbs qoyulması ilə bağlı 23 noyabr 2016-cı ildən - 16 mart 2021-ci ilədək olan dövrdə əldən çıxan fayda 36.456 manat ziyanın «X17» MMC-nin auditorunun xx.xx.2022-ci il tarixli rəyinin alınması üçün ödənilmiş 1.000 manatın və dövlət rüsumu kimi ödənilmiş 201 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb onlara verilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X9 məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, iddiaçıların tələbini əsassız olduğundan qəbul etmir. Belə ki, qoyunların üzərinə həbs məhkəmənin qərardadı əsasında qoyulmuş və həbs məhkəmə araşdırmaları başa çatana kimi qalmışdır. Qoyunların üzərinə həbs qoyularkən onların üzərlərinə hər hansı bir nişan vurulmamış, sadəcə olaraq sayılmış və qoyunlar yenə də İddiaçı2 təhvil verilmişdir. Qoyunlardan özü bəhrələnmiş, quzuları satmış, qoyunların yunlarını qırxmış və bütün əməliyyatlar öz əlində olmuşdur. Qoyunların üzərində olan həbsin götürülməsi üçün Rəşad məhkəməyə ərizə ilə müraciət etməmiş, üstündən bir neçə il keçəndən sonra dəymiş zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Rəşad bütün əmlakın ona məxsus olduğuna arxayın olaraq, Qənbərin oğul nəvələrinə çatası miras payına qəsdən mane olur. Xocavənd Rayon Məhkəməsinin (hakim İ.Əliyev) 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə heyvanların üzərinə həbs qoyulması nəticəsində iddiaçıların maddi ziyana düşdüyünü nəzərə almamışdır. Bununla da, Azərbaycan Respublikasının MPM-nin 218-ci maddəsinin tələbləri pozulmuşdur. 5 il həmin heyvanların üzərinə həbs qoyulduğu üçün satılması, dölün dəyişdirilməsi dayanmış və külli miqdarda ziyana düşmələrini hakim qətnamə qəbul edərkən nəzərə almamışdır. Məhkəmə mübahisəli heyvanlardan tərəfindən bəhrə götürülüb-götürülməməsini aydınlaşdırmamışdır. Ekspertiza ilə həmin heyvanların bala verib-vermədiyini, yəni doğub-doğmaması müəyyən edilməmişdir. Heyvanların kökəldilib satılması və yeni heyvanların alınaraq təkrarən kökəldilib satılması, beləliklə heyvanın dövriyyəsinin cavabdehlərin günahı ucbatından olması aydınlaşdırılmamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər İddiaçı1 və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdehlər məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2ci maddəsinə əsasən işə İddiaçı1 və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(020)-3740/2016 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 ərizəsi təmin edilmiş, 18 may 2000-ci il tarixdə anadan olmuş Cavabdeh2, 23 avqust 2001-ci il tarixdə anadan olmuş Cavabdeh3 mərhum babaları X3 ünvan 1 ünvanda 0,12 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində iki mərtəbəli, 120 kv.metr olan yaşayış evi, 30 kv.metr maşın qarajı, 240 kv.metr xeyir-şər məclisi üçün üstü dəmir şiferli çardaq, çörək bişirmə sexi, mişar daşından tikilmiş 120 kv.metr tövlə, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsi ərazisində 17 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən mişar daşından tikilmiş 400 kv.metr tövlə, həmin torpaq sahəsində saxlanılan 250 baş xırda buynuzlu heyvan, 15 baş iri buynuzlu heyvan, Beyləqan şəhərində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metr mağaza binası, **-DE-*** dövlət nömrə nişanlı «Qazel» markalı avtomobil, **-AM-*** dövlət nömrə nişanlı «Niva» markalı və **-FZ-*** dövlət nömrə nişanlı «Mersedes Benz» markalı avtomobil üzərinə həbs qoyulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(020)-61/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak X10si yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, məhrum X6 ölümündən sonra 13,7239 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.2001-ci ildə anadan olmuş Nəzrin Anar qızının hər birinə qanunla düşən 1,1436 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak X10si yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, məhrum X6 ölümündən sonra 3,1185 ha xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.2001-ci ildə anadan olmuş Cavabdeh3 hər birinə qanunla düşən 0,259875 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak X10si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verilmiş olduğu Seriya RX ******* saylı çıxarışa əsasən, məhrum X6 ölümündən sonra 236,2 kv.m sahəsi olan fərdi yaşayış evinin xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.2001-ci ildə anadan olmuş Cavabdeh3 hər birinə qanunla düşən 1/12 hissəsi və həyətyanı torpaq sahəsinin 0,001664 ha hissəsi, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan, 17 baş xırdabuynuzlu heyvanları, məhkəmə qətnaməsinə əsasən, başqa vətəndaşdan alacağı 8.150 manat pulun depozitdə qalan hissəndən Cavabdeh2 və Cavabdeh3 düşən miras payı ayrılaraq verilmiş, iddia Beyləqan şəhərində yerləşən mərkəzi bazarda iki ədəd 40 kv.metrlik mağaza binasından, «Niva» markalı avtomobil və AZ **-FZ-*** dövlət nömrə nişanlı «Mersedes Benz» markalı avtomobildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 düşən miras payı hissəsində iddia rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(106)-2750/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(020)-61/2019 saylı qətnaməsi, məhkəmənin qərardadına əsasən üzərinə həbs qoyulmuş 105 xırdabuynuzlu heyvanlardan 17 baş xırdabuynuzlu heyvanların Cavabdeh2 və Cavabdeh3 düşən pay kimi ayrılaraq verilməsi hissədə ləğv edilmiş və iddia həmin hissədə rədd edilmişdir. İşə kassasiya qaydasında, iddiaçıların və onların vəkili Quliyev Vəkil Yelmar oğlunun birgə kasssiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər İ.Dəmirov, Ə.Əhmədov və V.Həsənov) 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)- 930/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(020)-61/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - 17 baş xırdabuynuzlu heyvanların vərəsəlik payı kimi Cavabdeh2 və Cavabdeh3 verilməsi hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Beyləqan İcra Şöbəsinin 25 noyabr 2016-cı il tarixli aktının surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(020)-3740/2016 saylı qərardadına əsasən, X8 məxsus Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən 17 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən mişar daşından tikilmiş 400 kv.metr tövlə, həmin torpaq sahəsində saxlanılan 107 baş xırda buynuzlu heyvan, 9 baş quzu, 2 baş erkək, 2 baş qara, 1 baş keçi, **-AM-*** dövlət nömrə nişanlı «Niva» markalı avtomaşın, **-BF-*** dövlət nömrə nişanlı «Qazel» markalı avtomobil üzərinə həbs qoyulmuş və saxlanması üçün İddiaçı2 təhvil verilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Camal Alıyevin 23 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(106)-930/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəmə mübahisələri zamanı heyvanların üzərinə həbs qoyulduğuna görə, pul itkisinə məruz qaldığını bildirmiş və ona vurulmuş ziyanı tələb etmişdir. İddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində ziyana düşdüyünü bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunmalıdır ki, cavabdehin hərəkətləri nəticəsində vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tələbini əsaslandırmaq üçün müvafiq auditor rəyini təqdim etmişdir. İş materiallarında olan «X17» MMC-nin xx.xx.2022-ci il tarixli auditor rəyinə görə, Beyləqan şəhər sakini İddiaçı2 mülkiyyətində olan 105 baş xırda buynuzlu heyvanların üzərinə həbs qoyulan müddət ərzində, yəni 23 noyabr 2016-cı ildən 16 mart 2021-ci il tarixədək olan dövrdə əldən çıxan fayda 36.456,00 manat ədalətli və düzgün olmaqla təsəvvür yaratmaqla, onun 15.435,00 manatı sahibkara məşğulluğunun nəticəsi olaraq zəhmət haqqı formasında, 21.021,00 manatı isə əməyinin bəhrəsi olaraq mənfəət formasında əldən çıxmış faydasıdır. İş materiallarında olan «X17» MMC-nin 10 yanvar 2023-cü il tarixli DÜP seriyalı 041735 nömrəli kassa mədaxil orderindən görünür ki, fiziki şəxs İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktına əsasən, auditor xidməti üçün 1.000 manat ödənilmişdir. Kollegiya qeyd edir ki, ziyan vurulmasını, ziyanın miqdarını, ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. Kollegiya hesab edir ki, iddiaçı bu halları sübuta yetirə bilməmişdir. Real zərərin, habelə əldən çıxmış faydanın nədə ifadə olunmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müəyyən edilir ki, əvvəllər tərəflər arasında məhkəmə mübahisələri olmuş, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz konstitusion hüquqlarındanməhkəməyə müraciət etmək hüquqlarından, öz tələblərinin təmin olunmadığı hissədə apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermək hüququndan istifadə etmişlər. Həmin vaxt hazırkı iş üzrə iddiaçılar da iddianı qəbul etməməklə, qarşı tərəfin tələblərini mübahisələndirməklə mübahisənin uzanmasına şərait yaratmışlar. Müəyyən edilir ki, əvvəlki mübahisələr üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbləri əsasən təmin olunmuşdur. Bununla yanaşı, hazırkı iş üzrə tələbkarların iddiasında olduğu xırdabuynuzlu heyvanlar İddiaçı2 öz istifadəsində olmuş, həmin heyvanlardan onun özü bəhrələnmişdir. Heyvanların üzərinə həbs qoyulmaqla onların sayının azalması, yaxud fiziki cəhətdən heyvanlara xətər yetirilməsi müəyyən edilmir. İddiaçı tələbində heyvanları satmaqla bəhrə götürəcəyini də iddia etmişdir. Lakin onun belə bir işlə məşğul olduğu və bunun onun daimi peşəsi olduğu da müəyyən edilmir. Cavabdehlər tərəfindən iddiaçıya qarşı qanuna zidd hərəkətlər edilməsi nəticəsində iddiaçının xırda buynuzlu heyvanlarının dövriyyəsinə ziyan dəyməsi, bunun nəticəsində iddiaçıya real zərər dəyməsi və faydanın əldən çıxması, onun pozulmuş hüququnu bərpa etmək üçün xərclər çəkməsi, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olması halları sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(069)-59/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar