Məhkəmə qərarları › İş №2(106)-1051/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1051/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1051/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov, (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, katib X5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə dair Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1431/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit xətti müqaviləsinə əsasən 1499 (min dörd yüz doxsan doqquz) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 352 (üç yüz əlli iki) manat 96 (doxsan altı) qəpik faiz borcu olmaqla, cəmi 1852 (min səkkiz yüz əlli iki) manat 84 (səksən dörd) qəpik məbləğdə borcun və ödənilmiş 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş, Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanılmışdır. Qətnamədən Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh şikayət vermiş, qərardadının ləğv edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş cavabdehin şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(018)-1431/2024 saylı qərardadı ləğv edilmiş və şikayətin yenidən yoxlanılması üçün mülki iş Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1431/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunun mənasına görə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş hallardan başqa, qanuni qüvvəyə minməmiş və icraya yönəldilməmiş məhkəmə aktlarından verilə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı Astara Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı ləğv edilərək şikayətin yenidən yoxlanılması üçün mülki iş Astara Rayon Məhkəməsinə göndərilərkən bir sıra göstərişlər verilmişdir. Məhkəmə bu göstərişlərə əməl etməmişdir. Belə ki, işin hallarından görünür ki, məhkəmənin qətnaməsi Cavabdeh iş materiallarında olan ünvanına göndərilmiş, məhkəmə sənədinin (qətnamənin) xx.xx.2025-ci il tarixdə təqdim edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Cavabdeh adına ünvanlanmış başqa məhkəmə sənədi (bildiriş) cavabdehin köçməsi səbəbindən xx.xx.2024-cü il tarixində Astara Rayon Məhkəməsinə geri qaytarılmışdır. Poçt xəbərnaməsinin xx.xx.2025-ci il tarixdə imzalanması barədə sənəddə isə cavabdehin adı qeyd edilsə də kim tərəfindən imzalanması və həmin məhkəmə sənədinin kimə təqdim olunması bəlli deyil. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin surətinin xx.xx.2025-ci il tarixdə kimə təqdim edildiyini aydınlaşdırmamışdır. Belə halda qətnamənin surətinin hansı tarixdən cavabdehə rəsmi qaydada təqdim edilməsi bəlli deyil. Məhkəmə qətnamənin elektron kabinetə yerləşdirilməsini, cavabdehə həqiqətən qətnamənin təqdim edilməsini müəyyən etməlidir. Məhkəmə qətnamənin icraya yönəldilməsindən sonra təqdim edilmiş apellyasiya şikayətinin verilməsi zamanı müddətin ötürülüb-ötürülməməsinə, ötürüldüyü halda ötürülmənin üzrlü sayılıb-sayılmamasına qiymət verməmişdir. O da nəzərə alınmalıdır ki, cavabdeh özü şikayət ərizəsində müddətin bərpa olunmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Astara Rayon Məhkəməsinin 2(018)-1431/2024 nömrəli, 29 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar