Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1056/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndələri (qızı) Nümayəndə1 və (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(017)-492/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(017)-492/2022 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Ağcabədi şəhəri Hüsü Hacıyev küçəsi 24 ünvanında İddiaçı məxsus sahəsi 16 kv.m olan mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və mağazanın giriş-çıxış qapısının açılması, mağazaya müdaxilənin Cavabdeh qadağan edilməsi, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: 14 dekabr 2010-cu il tarixli ərizənin surətindən görünür ki, Quliyeva X7 şəhəri H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən İddiaçı tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq vermişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında Ağcabədi şəhəri H.Hacıyev küçəsində, Cavabdeh həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ərizə ilə müraciət edərək 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla İddiaçı əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. 15 dekabr 2010-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh notariatda qeydiyyatdan keçmiş razılıq ərizəsi və İddiaçı 14 dekabr 2010-cu il tarixli müraciəti nəzərə alınaraq Ağcabədi şəhərinin H.Hacıyev küçəsində Cavabdeh həyətyanı sahəsində sahibkarlıqla məşğul olmaq məqsədi ilə İddiaçı 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazası tikintisinə torpaq sahəsi seçmək üçün naturada baxış keçirilmiş, bu məqsəd üçün yuxarıda göstərilən ünvanda layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədə müvafiq hesab edilmişdir. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı və Cavabdeh DİN-nin “102” xidmətinə etdikləri zəng əsasında HK-1/321 və 322 saylı material üzrə araşdırma aparılmış, bu zaman Cavabdeh izahatında göstərmişdir ki, yaşadığı evin həyətində 2011-ci ildə rəsmi icazə alaraq beş obyekt tikmişdir. Həmin obyektlərin birini 2011-ci ildə İddiaçı icarəyə vermişdir. Bir müddət sonra təcili pul borcu olduğu üçün Rizvandan kömək istəmişdir. Rizvan isə ona 20000 manat verə biləcəyini demiş, ancaq bir dəfəyə yox, hissə-hissə verəcəyini söyləmişdir. Onların razılaşmalarına əsasən Rizvan həmin verdiyi pula əsasən orada işləyəcək və icarə haqqı verməyəcəkdir. Bu isə 2022-ci ilin fevral ayına kimi olan müddəti əhatə etmişdir. xx.xx.2022-ci il tarixdə qızı Rahilə obyektə getmiş və Rizvandan çıxmasını tələb etmişdir. 28 mart 2011-ci il tarixli ərizənin surətindən görünür ki, Quliyeva X7 rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 20 x 4=80 kv.metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək şəhərin H.Hacıyev küçəsi 24 saylı ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla X3 şəhərin H.Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatı memarlıq və tikinti şöbəsinin 31 mart 2022-ci il tarixli 9/71 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti və Cavabdeh ərizəsinə əsasən 04 fevral 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında İddiaçı şəhərin Hüsü Hacıyev küçəsində 24 saylı ünvanda 4m x 4m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı ticarət mağazası inşa etdirərək istifadəyə verilmişdir. Sərəncam bu gündə qüvvədədir. Eyni zamanda 20 oktyabr 2011-ci il tarixdə şəhərin Hüsü Hacıyev küçəsi 24 saylı ünvanda Cavabdeh 20m x 4m = 80 kv.metr ölçüdə ticarət mağazasının tikintisinə sərəncam verilmişdir. Hər iki sərəncam fərqli-fərqli sərəncamlardır və bu gündə qüvvədədir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Ağcabədi rayon İcra Hakimiyyətinin 16 saylı 04 fevral 2011-ci il tarixli Sərəncamında, bu sərəncamın Cavabdeh Ağcabədi Notariat Kontorunda 7E-8823 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında verildiyi qeyd edilmişdir. Birincisi, torpaq sahəsi ümumi birgə paylı mülkiyyət olduğundan üzərində sahiblik və ondan istifadə, həmçinin barəsində sərəncan vermək onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Belə olan halda, həmin torpaq sahəsi üzərində mağaza tikilməsinə təkbaşına icazə vermək hüququ olmamışdır. İkincisi o, Rizvana heç bir vaxt torpaq satmamışdır və qanunvericiliyə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Belə bir müqavilə isə olmamışdır və yoxdur. Üçüncüsü, o, ümumiyyətlə nə notariatda, nə də sərbəst qaydada belə bir razılıq ərizəsi yazmışdır və imza etmişdir. Sorğuya cavab olaraq X10 Xidmət Mərkəzindəki notariat ofisinin 401 saylı 31 may 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh adına “E-Notariat” avtomatlaşdırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli 7E8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Həmin razılıq ərizəsi ona məlum olmayan şəxs tərəfindən saxta tərtib edilmişdir. Həyətyanı torpaq sahəsindəki mübahisəli mağazanı 2007-ci ildə özü tikdirmiş və müxtəlif vaxtlarda həmin mağazaları kənar şəxslərə, o cümlədən İddiaçı 2009-cu ildə hər ayı 150 manat icarə haqqı olmaqla icarəyə vermişdir. İcarə haqqını vermədiyinə görə 2022-ci ilin əvvəlində Rizvanı mağazadan çıxarmışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Heydərov Tofiq Xudayar oğlu, Əsədov İlham Qoşunəli oğlundan və X2 ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1402/2025 saylı qərarı (hakimlər X1, X4 və X9) ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edlərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa olunmuş 16 kv metrlik tikili X5 qanuni sahibliyində və istifadəsində olmuş, həmin tikili cavabdehin notarial qaydada təsdiqlənmiş 14 dekabr 2010-cu il tarixli razılıqı ərizəsi və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli sərəncamı əsasında İddiaçı tərəfindən tikilmiş və onun istifadəsində olmuşdur. Qanuni və vicdanlı sahib olan iddiaçının tikilidən istifadəsinə Cavabdeh tərəfindən maneəçilik törədilməsi qanunsuz və əsassız olmuşdur. İşdən görünür ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, mağaza binasının tikintisi cavabdehdən 26000 manata sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv metr torpaq sahəsini satın almış, cavabdeh bu barədə 14 dekabr 2010-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizə vermiş, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə barədə 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamına əsasən 15000 manat vəsait sərf etməklə 16 kv metr ölçüdə ticarət mağazası inşa etdirmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halları, yəni göstərdiyi cavabdehin tikinti aparılmasına razılıq barədə ərizəsi, rayon İcra hakmiyyəti başçısının tikintiyə razılığa dair sərəncamı və torpaq sahəsinin seçilməsi haqqında komissiyanın rəyini mağaza binasına iddiaçının sahibliyinin qanuni və əsaslı, cavabdehin hərəkətlərinin isə özbaşınalıq olması qənaətinə gələn, həmin sübutların iddianın təmini üçün kifayət hesab edən apellyasiya məhkəməsi cavabdeh ətərfindən təqdim olunmuş sübutlara ümumiyyətlə baxmamış, həmin sübutlara hüququi qiymət verməmişdir. Belə ki, işdən görünür ki, mübahisənin predmeti olan mağaza binasının yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və daha 5 nəfər ailə üzvünün adına dövlət qeydiyyatına alınmışdır, həmin sahədə iddiaçıya tikinti üçün razılıq barədə ərizə verdikdən sonra, yəni 28 mart 2011-ci il tarixdə cavabdeh yenidən ərizə ilə rayon İcra hakimiyyətinə müraciət edərək mülkiyyətində olan həyətyanı torpaq sahəsində 20 x 4=80 kv metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmiş, rayon İcra hakimiyyətinin başçısının təşkil etdiyi komissiyanın Torpaq sahəsinin seçilməsi və tikintiiyə razılıq barədə 30 mart 2011-ci il tarixli Aktı, X12 Xidmətinin 18 may 2011-ci il tarixli rəyi, Rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin rəyi və baş planı əsasında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 211 nömrəli 20 oktyabr 2011-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekpertizaların rəylərinə görə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 4m x 4m=16 kv metr ölçüdə olan ticarət mağazası, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Cavabdeh məxsus Ağcabədi H.Hacıyev küçəsində Cavabdeh öz həyətyanı torpaq sahəsində yerləşən hər biri 16 kv.m olan 5 ticarət obyekti 20m x 4m=80 kv metr ölçüdə olan, ticarət mağazasının tərkib hissəsinə daxil olmaqla sol tərəfdən 2-ci sırada yerləşir. Göründüyü kimi, İddiaçı iddia etdiyi tikili qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və müvafiq icra hakimiyyətinin təşkil etdiyi dövlət komissiyası tərəfindən cavabdehə məxsusluğu təsdiq edilmiş tikilinin tərkib hissəsi olmasına dair kifayət qədər sənədlərin olmasına və həmin sənədlər cavabbeh tərəfindən təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi məhkəmə bu sənədlərə hüquqi qiymət verməmiş, işin hallarının müəyyən olunması zamanı həmin səndəlri nəzərə almamasının əsaslandırmamış, bu da son nəticədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun nümayəndələri (qızı) Nümayəndə1 və (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-in 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. MM-in 144.1-144.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. MM-in 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərkibi iş üzrə təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsinin əsaslandırmasını təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işdən görünür ki, mübahisənin predmeti olan mağaza binasının yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və daha 5 nəfər ailə üzvünün adına dövlət qeydiyyatına alınmış, həmin sahədə iddiaçıya tikinti üçün razılıq barədə ərizə verdikdən sonra, yəni 28 mart 2011-ci il tarixdə cavabdeh yenidən ərizə ilə rayon İcra hakimiyyətinə müraciət edərək mülkiyyətində olan həyətyanı torpaq sahəsində 20 x 4=80 kv metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmiş, rayon İcra hakimiyyətinin başçısının təşkil etdiyi komissiyanın Torpaq sahəsinin seçilməsi və tikintiiyə razılıq barədə 30 mart 2011-ci il tarixli Aktı, X12 Xidmətinin 18 may 2011-ci il tarixli rəyi, Rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin rəyi və baş planı əsasında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 211 nömrəli 20 oktyabr 2011-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 2011-ci ilin noyabr ayında tərtib edilmiş Aktından isə görünür ki, Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 3 ünvanda 16x5=80 kv metr ümumi sahədən ibarət bir mərtəbəli mağaza binası inşa edilmişdir, həmin bina tikinti norma və qaydalarına uyğundur, istismara yararlıdır. Habelə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekpertizaların rəylərinə görə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən 4m x 4m=16 kv metr ölçüdə olan ticarət mağazası, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Cavabdeh məxsus Ağcabədi H.Hacıyev küçəsində N. Quliyevanın öz həyətyanı torpaq sahəsində yerləşən, hər biri 16 kv metr olan 5 ticarət obyekti 20m x 4m=80 kv metr ölçüdə olan, ticarət mağazasının tərkib hissəsinə daxil olmaqla sol tərəfdən 2-ci sırada yerləşir. Göründüyü kimi, İddiaçı iddia etdiyi tikili qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və müvafiq icra hakimiyyətinin təşkil etdiyi dövlət komissiyası tərəfindən cavabdehə məxsusluğu təsdiq edilmiş tikilinin tərkib hissəsi olmasına dair kifayət qədər sənədlər mövcuddur. Belə sənədlərə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011ci il tarixli 211 nömrəli sərəncamı, tikintiyə dair baş plan və layihə-smeta sənədləri, X12 Xidmətinin müsbət rəyi, Memarlıq və Tikinti Şöbəsinin razılığı, eləcə də dövlət komissiyası tərəfindən tərtib edilmiş istismara qəbul aktı aiddir. Bu sənədlər kompleks şəkildə qiymətləndirildikdə aydın olur ki, iddia edilən obyekt cavabdehin qanuni mülkiyyətində olan torpaq sahəsində yerləşdirilmiş, texniki-iqtisadi əsaslandırmaya uyğun şəkildə inşa edilmiş və ümumi struktur baxımından ayrılmaz konstruktiv vahid təşkil edir. Həmin tikilinin ayrıca hüquqi rejimə malik olması və ya üçüncü şəxsə məxsusluğunu göstərən heç bir hüquq müəyyənedici sənəd, notarial akt və ya dövlət qeydiyyatı sənədi mövcud deyildir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onları subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Məhkəmə tərkibi həmçinin əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz.” Subyektiv hüquq, hüququn ümumi (obyektiv) normalarından yaranan və konkret hüquqi münasibətdə iştirak edən şəxsə (subyektə) tanınan hüquqi imkanlar sistemidir. Bu hüquq yalnız normativ aktlardan qaynaqlanmaqla qalmır, həm də sosial münasibətlərdə meydana çıxan və hüquqi cəhətdən tanınan fərdi maraqların hüquq müstəvisinə keçməsi ilə formalaşır. Subyektiv hüquq aşağıdakı elementlərdən ibarətdir: Öz hərəkətlərinə hüquqi ixtiyar. Subyektin müəyyən bir davranışı sərbəst şəkildə həyata keçirmək, yaxud həyata keçirməmək hüququ vardır. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ. Hüquq sahibi digər subyektdən müəyyən bir davranışı yerinə yetirməyi və ya ondan çəkinməyi tələb edə bilər. Müdafiə hüququ. Hüququ pozulan şəxs bu hüququn bərpası üçün məhkəməyə və ya digər səlahiyyətli orqanlara müraciət edə bilər. Subyektiv hüquq birbaşa və ya dolayı yolla şəxsin fərdi (xüsusi) marağının hüquq tərəfindən qorunduğu haldır. Hüquq bu marağı qanunla təmin edir və pozulma halında müdafiə imkanı yaradır. Yəni bir şəxs yalnız o halda iddia qaldıra bilər ki, onun konkret subyektiv hüququ real və ya potensial şəkildə pozulmuş olsun. Mülki prosessual hüququn tələbləri baxımından iddia qaldırmaq hüququ yalnız pozulmuş və ya mübahisələndirilmiş subyektiv hüquqa və ya qanuni marağa malik olan şəxsə məxsusdur. Məhkəmə yalnız belə bir şəxsin tələbinə baxaraq hüquqi müdafiə təmin edə bilər. Subyektiv hüququn əsas elementlərindən biri isə tələb hüququdur. Bu hüquq, şəxsin digər şəxslərdən müəyyən davranışı (eləcə də, ziyanın ödənilməsini) tələb etməsini nəzərdə tutur. Beləliklə, məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərkibi qeyd edir ki, həmçnin nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbinin təmin edilməməsi ona gələcəkdə hazırkı mübahisə üzrə tərəflər arasında mövcud münasibətlərdən irəli gələn pozulmuş hər hansı (zərər dəyməsi və s.) hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmasını istisna etmir. Belə ki, cavabdeh hazırkı mübahisə üzrə tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu iddia etmişdir. İddiaçı isə buna rəğmən mübahisəli tikilinin onun hesabına tikildiyini bildirmişdir. İddiaçının hazırkı tələbinin də əsasını məhz cavabdehin və digər şəxslərin mülkiyyətində olan torpaq sahəsindəki tikilinin xərcinin onun tərəfindən çəkilməsidir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərcləri üzrə qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat və kassasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat, cəmi 100 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilməlidir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(017)-492/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat və kassasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1056/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1056/2025
08.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver