Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1060/2024 01.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, 3638,87 manat cərimə, 1662,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu, 8034.82 manat cərimə, 2409.32 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 193.30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İmişli Rayon Məhkəməsinin 2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi (Hakim: Ülvi Qənbərov) ilə, iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 (altı min dörd yüz iyirmi dörd) manat əsas borc, 1835,38 (bir min səkkiz yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 (səkkiz min üç yüz qırx altı manat səksən səkkiz qəpik) manat əsas borc, 2081.08 (iki min səksən bir manat səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 193.30 (bir yüz doxsan üç manat otuz qəpik) manatın tutulub iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş materialları 21 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1060/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 27 may 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1060/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 01 iyul 2024-cü il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı İmişli Rayon Məhkəməsini tərəfindən göndərilmiş 11 iyun 2024-cü il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə digər Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən apelyasiya şikayəti verildiyindən apelyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materiallarının İmişli Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə digər Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar MPMnin 361-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1060/2024 saylı, 27 may 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla İmişli Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1060/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-580/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1060/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1060/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver