Məhkəmə qərarları › İş №2(106)-1066/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1066/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1066/2023 24.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3046.85 manat əsas borc, 557.96 manat faiz borcu olmaqla, cəmi 3604.81 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 56.04 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilmiş, Cavabdeh 3046.85 manat əsas, 557.96 manat faiz borcu olmaqla, cəmi 3604.81 manat pul vəsaitinin və ödənilmiş 56.04 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən və şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh təkrarən qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatət vermiş, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və mülki işin apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vaxtında verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2481/2022 saylı qarardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, tərtibatda uyğunsuzluq olduğu üçün, Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Sənədlər Masallı Rayon Məhkəməsinə daxil olduqdan sonra Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti və ona əlavə edilmiş sanadlar ünvanına göndərilmiş va apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib edildikdən sonra yenidən Masallı Rayon Məhkəməməsinə təqdim edə biləcəyi barədə izah verilmişdir. Onun tərəfindən geri qaytarılmış sənədlərdə lazımi düzəliş edildikdən sonra apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər təkraran Masallı Rayon Məhkəməsinə gönədərilmişdir. Qeyd edilmiş və sadalanan səbəblər nəticəsində sözügedən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti tərəfindən 01 (bir) ay müddətində deyil, həmin müddətdən artıq bir zaman intervalında məhkəməyə göndərilmişdir. İddiaçının təmsilçisi məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 25 aprel 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilərək, prosessual müddətin bərpa edilməsini və mülki işin apellyasiya şikayəti ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 16 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin iş materiallarında olan ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti 04 noyabr 2022-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı və müvafiq sənədləri Cavabdeh 07 fevral 2023-cü il tarixdə rəsmi qaydada almışdır. Cavabdeh 15 mart 2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, sonuncu qərardadı və ona əlavə edilmiş sənədləri Cavabdeh 04 aprel 2023-cü il tarixdə rəsmi qaydada almışdır. Hazırda Cavabdeh təkrarən qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatət vermiş, Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayətinin ona geri qaytarılması qərar alınmışdır. Həmin qərardadın surətini cavabdeh 03 may 2023-cü il tarixdə almışdır. Cavabdeh sonuncu qərardaddan 10 gün müddəti ərzində verməli olduğu halda 15 may 2023-cü il tarixdə şikayət vermiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə, Cavabdeh həm qətnamədən, həm də qərardaddan qanunla müəyyən edilmiş müddəti ötürməklə şikayət vermişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya hesab edir ki, müddətin bərpasına dair əsas yoxdur. Eyni zamanda cavabdeh şikayətləri ona qaytarıldıqdan sonra, ağlabatan müddətdə nöqsanları aradan qaldırmamış və məhkəməyə təqdim etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(050)-2943/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar