Məhkəmə qərarları › İş №2(106)-107/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-107/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-107/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğluna və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-169/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 Banka ödənilməmiş 2150 manat əsas, 2371,51 manat faiz, 481,33 manat cərimə, 303,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 5306,44 manat hesablanmış kredit borcunun, Cavabdeh3 Banka ödənilməmiş 799,69 manat əsas, 869,41 manat faiz, 179,08 manat cərimə, 111,32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 1959,50 manat hesablanmış məbləğin, Vahabov Fəraməz Abasxan oğlunun Banka ödənilməmiş 1336,69 manat əsas, 1318,57 manat faiz, 299,26 manat cərimə, 192,28 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 3146,80 manat hesablanmış məbləğin, Cavabdeh2 Banka ödənilməmiş 2107,38 manat əsas, 2349,92 manat faiz, 471,82 manat cərimə, 293,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 5222,60 manat hesablanmış məbləğin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh2 və Cavabdeh3 (birgə borclular qrupu) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4066 saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 36 ay müddətinə illik 26 faiz ödənilmək şərti ilə cəmi 7050 manat (Cavabdeh1 –2150 manat, Vahabov Fəraməz Abasxan oğluna – 1900 manat, Cavabdeh2 – 2200 manat və Cavabdeh3 – 800 manat) məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, birgə borclular qrupu bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdehlər – birgə borclular qrupu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişlər. Hazırda Cavabdeh1 Banka ödənilməmiş 2150 manat əsas, 2371,51 manat faiz, 481,33 manat cərimə, 303,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 5306,44 manat borcu mövcuddur. Cavabdeh3 Banka ödənilməmiş 799,69 manat əsas, 869,41 manat faiz, 179,08 manat cərimə, 111,32 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 1959,50 manat borcu mövcuddur. Vahabov Fəraməz Abasxan oğlunun Banka ödənilməmiş 1336,69 manat əsas, 1318,57 manat faiz, 299,26 manat cərimə, 192,28 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 3146,80 manat borcu mövcuddur. Cavabdeh2 Banka ödənilməmiş 2107,38 manat əsas, 2349,92 manat faiz, 471,82 manat cərimə, 293,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 5222,60 manat borcu mövcuddur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-169/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada Cavabdeh1 kredit öhdəliyi üzrə 1774 manat əsas borc, 1383,72 manat faiz borcu olmaqla, cəmi 3157,72 manat kredit borcunun, Cavabdeh2 kredit öhdəliyi üzrə 1766 manat əsas borc, 1398,57 manat faiz borcu olmaqla, cəmi 3164,57 manat kredit borcunun, Cavabdeh3 kredit öhdəliyi üzrə 666 manat əsas borc, 519,48 manat faiz borcu olmaqla, cəmi 1185,48 manat kredit borcunun, Vahabov Fəraməz Abasxan oğlunun kredit öhdəliyi üzrə 1336,69 manat əsas kredit borcunun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlundan və Cavabdeh3 müştərək qaydada 100 manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-169/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlər tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehlərin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Lakin xx.xx.2022-ci il tarixli, 9/795 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində cavabdehlərin ödənişləri düzgün göstərilməmiş və nəticədə borc düzgün hesablanmamışdır. Ekspert rəydə qalıq borcu hesablayarkən, məhkəməyə təqdim edilən cavabdehlərin hesabdan çıxarışlarında əks olunan ödənişlər üzrə silinmələr apararkən əsas və faiz məbləğlərinin silinməsində yanlışlığa yol vermişdir. Məhkəmə isə ekspert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir. İddiaçı tələbin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsini əsaslı hesab edir. Çünki bu tələbin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin normanın tələbi imperativ olduğundan bu tələbə dair əlavə sübutların tələb edilməsinə əsas yoxdur. Həmin hüquqdan istifadə edərək iddiaçı tərəfindən əsas və faiz borcundan əlavə kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış borcun tutulması məhkəmədən xahiş edilmiş, lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehlərdən tələb edilən Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borclarını təmin etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası işə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tələbin cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Vahabov Fəraməz Abasxan oğlunun kredit öhdəliyi üzrə cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 09 oktyabr 2015-ci il tarixli, 4066 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı tərəfindən 36 ay müddətinə, illik 26 faiz ödənilməsi şərtilə birgə borclular Cavabdeh1, Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğluna və Cavabdeh3 cəmi 7050 manat məbləğində kredit verilmişdir. Həmin məbləğin 2150 manat hissəsi Cavabdeh1, 2200 manat hissəsi Cavabdeh2, 1900 manat hissəsi Vahabov Fəraməz Abasxan oğluna, 800 manat hissəsi isə Cavabdeh3 verilmişdir. Borclular kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayının 09 günü bərabər hissələrlə olmaqla xx.xx.2018-ci il tarixədək ödəməyi, kreditin və ona hesablanmış faizlərin nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 faizi cərimə ödəyəcəklərini vəd etmişlər. İş materiallarında olan **********996 saylı, 30 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 2107,38 manat məbləğində müqavilə üzrə əsas borc, 2349,92 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 471,82 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 293,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 5222,60 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan **********008 saylı, 30 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Vahabov Fəraməz Abasxan oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 1336,69 manat məbləğində müqavilə üzrə əsas borc, 1318,57 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 299,26 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 192,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 3146,80 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan **********985 saylı, 30 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 799,69 manat məbləğində müqavilə üzrə əsas borc, 869,41 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 179,08 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 111,32 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 1959,50 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan **********958 saylı, 29 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: 2150 manat məbləğində müqavilə üzrə əsas borc, 2371,51 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 481,33 manat məbləğində müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 303,60 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 5306,44 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Vahabov Fəraməz Abasxan oğlunun LPO İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 1336,69 manat məbləğində müəyyən edilmişdir. Digər cavabdehlər – Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 barəsində isə hər hansı bənzər məlumat aşkar olunmamışdır. İşdə surəti olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmiş və qərar dərhal icraya yönəldilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/795 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli, 4066 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehlər Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: Cavabdeh2 əsas borc üzrə 1766 manat, faiz borcu üzrə 1398,57 manat kredit borcu; Vahabov Fəraməz Abasxan oğlunun əsas borc üzrə 1288,78 manat, faiz borcu üzrə 720,02 manat kredit borcu; Cavabdeh1 əsas borc üzrə 1774 manat, faiz borcu üzrə 1383,72 manat kredit borcu; Cavabdeh3 əsas borc üzrə 666 manat, faiz borcu üzrə 519,48 manat kredit borcu. Apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 9/7756 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli, 4066 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 1) Cavabdeh1 kredit borcu üzrə: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 1774 manat, faiz borcu üzrə 1383,72 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 1774 manat, faiz borcu üzrə 1629,62 manat. 2) Cavabdeh2 kredit borcu üzrə: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 1766 manat, faiz borcu üzrə 1398,57 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 1766 manat, faiz borcu üzrə 1643,36 manat. 3) Cavabdeh3 kredit borcu üzrə: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 666 manat, faiz borcu üzrə 519,48 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 666 manat, faiz borcu üzrə 611,80 manat. 4) Vahabov Fəraməz Abasxan oğlunun kredit borcu üzrə: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə əsas borc üzrə 1288,78 manat, faiz borcu üzrə 720,02 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 1288,78 manat, faiz borcu üzrə 898,66 manat. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 9/7756 saylı rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli, 4066 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehlər Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlu, Cavabdeh1 və Cavabdeh3 cərimə hesablanmır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini cavabdehlərin kredit müqaviləsi üzrə iddia edilən məbləğlərdə borclarının yaranması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyə arayışlarını təqdim etmişdir. Yanaşı yoxlanılmış məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/795 saylı, eləcə də əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7756 saylı rəyləri ilə isə müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə cavabdehlərdən Cavabdeh2 1766 manat əsas, 1398,57 manat faiz; Vahabov Fəraməz Abasxan oğlunun 1288,78 manat əsas, 720,02 manat faiz; Cavabdeh1 1774 manat əsas, 1383,72 manat faiz; Cavabdeh3 666 manat əsas, 519,48 manat faiz borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəylərin biri-birini tamamladığını, onları vermiş şəxslərin mühasibatlıq sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, həmin rəylərlə razılaşır və cavabdehlərin LPO İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə rəylərlə müəyyən edilən məbləğlərdə borclarının yaranmasını işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, 1336,69 manat əsas borc tutulmuş Vahabov Fəraməz Abasxan oğlu məhkəmə qətnaməsini mübahisələndirmədiyindən xüsusi biliyi olan şəxslərin rəyləri, onun əsas borcuna dair hissədə qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün illik beş faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası, cavabdeh Fəraməz Vahabovun məhkəmə qətnaməsini mübahisələndirmədiyini, digər cavabdehlərin isə borclarının iddia edilən məbləğdə olması halı təsdiq edilmədiyini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borclarının tutulmasına dair hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas saymır. Məhkəmə kollegiyası bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, öhdəliklərini icra etməmələri nəticəsində iddiaçıya əsas və faiz borcları yaranmış cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəklərini vəd etmələrinə, eləcə də iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə illik beş faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tələbin cərimə və əldən çıxmış fayda şəklində faiz borcunun tutulması hissəsinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Vahabov Fəraməz Abasxan oğlunun LPO İddiaçı ASC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 1336,69 manat məbləğində müəyyən edilmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından əldə edilmiş qeyd edilən məlumatlarda Vahabov Fəraməz Abasxan oğlunun adında 1336,69 manat kredit borcu olduğu, onun kredit öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına səbəb olduğunu və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən vətəndaşların kredit borcları sahəsində müəyyən güzəştlər edilmişdir. Bununla bağlı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanla problemli kreditlərin təsiri altına düşən müəyyən kateqoriya vətəndaşların faiz və cərimə borcları da bağışlanılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, belə bir şəraitdə kredit müqaviləsinin müddəti bitdikdən sonra kreditor banklar qarşısında borclu vətəndaşlara əlavə maliyyə sanksiyası tətbiq etmək və onları belə sanksiyalara cəlb etmək əsaslı sayılmamaqla məqsədəuyğun deyil. Odur ki, Vahabov Fəraməz Abasxan oğlunun kredit öhdəliyi üzrə cərimə və faiz borcu tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda belə hesab edir ki, tənasübsüz surətdə yüksək cərimənin azaldılması qanunla nəzərdə tutulduğundan, azaldılma iddiaçının bütün mənafelərinə uyğun olduğundan, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan cərimənin miqdarı Cavabdeh1 üçün 170 manat, Cavabdeh3 üçün 60 manat, Cavabdeh2 üçün 170 manat məbləğinədək azaldılmalı, öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə illik beş faiz formasında zərərin miqdarı borclarına müvafiq olaraq Cavabdeh1 303,6 manat, Cavabdeh3 111,32 manat, Cavabdeh2 293,48 manat tutulmalı olduğundan, iddia tələbi onlara münasibətdə və qismən təmin edilməlidir. Vahabov Fəraməz Abasxan oğlunun kredit öhdəliyinin öhdəliyinin problemli kredit borcları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsirinə düşməsinə və onun kredit öhdəliyi üzrə faiz və cərimə borcunun rədd edilməsinə baxmayaraq, məhkəmə kollegiyası bildirir ki, Fəraməz Vahabov digər cavabdehlərin kredit öhdəlikləri üzrə birgə borclu şəklində məsuliyyət daşıdığından digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit öhdəliyi üzrə tutulmalı olan cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu məbləği, digər cavabdehlərlə yanaşı, ondan da müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası bildirir ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 9/7756 saylı rəyində müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün illik beş faiz olmaqla hesablanmış faiz borcunun məbləğləri həmin hissədə iddiaçının tələb etdiyi məbləğdən yüksəkdir. Lakin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7756 saylı rəyi üzrə ekspertə verilməli olan məbləğ müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-169/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi tələbin cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlundan və Cavabdeh3 müştərək qaydada 1) Cavabdeh1 kredit öhdəliyi ilə bağlı cərimə üzrə 170 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 303,6 manat; 2) Cavabdeh3 kredit öhdəliyi ilə bağlı cərimə üzrə 60 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 111,32 manat; 3) Cavabdeh2 kredit öhdəliyi ilə bağlı cərimə üzrə 170 manat, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə 293,48 manat tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. X3 Abasxan oğlunun kredit öhdəliyi üzrə cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vahabov Fəraməz Abasxan oğlu və Cavabdeh3 müştərək qaydada əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 9/7756 saylı rəyi üçün ekspertə verilməli olan məbləğ üzrə 100 manat tutularaq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar