Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1089/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham оğlu (sədrlik еdən, məruzəçi), Allahyarov Zaur Mirzağa оğlu və Heydərov Tofiq Xudayar оğlundаn ibаrət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-27/2021 saylı, 30 mart 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Xanibək qızından, Cavabdeh2 qızından, Cavabdeh3 və Rzayeva (Abuşova) Kiçikxanım Əlibala qızından xx.xx.2018-ci il tarixli, 13033-1/193526 saylı kredit müqaviləsi üzrə 5625 manat əsas borc, 139,54 manat faiz borcu, 800 manat cərimə, cəmi 6564,54 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin X1 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən cavabdehlərin iddiaçı Banka olan borclarının ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 31500 manat (likvid dəyəri) müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh1 Xanibək qızından, Cavabdeh2 qızından, Cavabdeh3, Cavabdeh4 qızından ümumi qaydada tutulması, İddiaçı ASC-dən 300 manat xidmət haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli məktubu ilə Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İş materiallarının 181-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti xx.xx.2021-ci il tarixində Cavabdeh3 çatdırılmışdır. Cavabdeh3 02 noyabr 2022-ci il tarixində Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun haqqında çıxarılmış qətnamənin surətinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli məktubu ilə Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsinin surəti təkrarən Cavabdeh3 göndərilmişdir. Cavabdeh3 16 dekabr 2022-ci il tarixində Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(073)-27/2021 saylı qərardadının surəti Cavabdeh3 19 dekabr 2022-ci il tarixində məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Cavabdeh3 09 mart 2023-cü il tarixində Cəlilabad Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)- 27/2021 saylı qətnaməsindən qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Cavabdeh3 vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi rəsmi qaydada ona təqdim edilsə də, o, qətnamədən qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Vəsatətə apellyasiya şikayəti əlavə edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Qalib Paşayev) Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh3 tərəfindən verilmiş ərizənin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-27/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən buraxıldığı müəyyən edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh3 şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh3 şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ədalətli olmamışdır. Belə ki, o, üzrlü səbəbdən məhkəmə qətnaməsindən şikayət vermə müddətini ötürmüşdür. Lakin məhkəmə həmin halı nəzərə almamışdır. Ona görə də müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi üçün əsas yoxdur və məhkəmənin qərardadı ləğv edilməlidir. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh3 Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsinin surəti ilk dəfə 06 mart 2021-ci il tarixində çatdırılmışdır. Lakin Cavabdeh3 qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 ay ərzində həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bundan sonra, həmin qətnamənin surəti Cavabdeh3 02 noyabr 2022-ci il tarixli ərizəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli məktubu ilə təkrarən ona göndərilmişdir. Cavabdeh3 16 dekabr 2022-ci il tarixində qətnamədən apellyasiya şikayəti versə də, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardadın surəti 19 dekabr 2022-ci il tarixində Cavabdeh3 məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Lakin Cavabdeh3 həmin qərardadı aldıqdan təxminən 3 ay keçdikdən sonra 09 mart 2023-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, qətnamədən qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Cavabdeh3 vəsatətini yalnız onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi rəsmi qaydada ona təqdim edilsə də, o, qətnamədən qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Vəsatətə apellyasiya şikayəti əlavə edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə Cavabdeh3 həmin vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh3 tərəfindən şikayət verilsə də, Cəlilabad Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh3 şikayəti üzrə Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadını yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh3 Cəlilabad Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsinin surəti ilk dəfə 06 mart 2021-ci il tarixində çatdırılmış olsa da, Cavabdeh3 09 mart 2023-cü il tarixində verdiyi vəsatətdə təxminən 2 ilə yaxın müddətdə hansı üzrlü səbəbdən apellyasiya şikayəti verə bilmədiyini göstərməmiş, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti buraxmasının üzrlü hesab edilməsi üçün əsas ola biləcək halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənləri nəzərə аlаrаq məhkəmə kоllеgiyаsı bеlə qənаətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı dəyişdirilmədən, Cavabdeh3 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə görə, apellyasiya instаnsiyаsı məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərаrdаdını dəyişdirmədən sахlаyıb şikаyəti təmin еtməmək hüququ vаrdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRАRА АLDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(073)-27/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər Zaur Allahyarov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1089/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1089/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver