Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1092/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X3 ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin (hakim Cavabdeh2) 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zaminbank ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8926 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3937,59 manat məbləğində əsas borcu, 1378,04 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 5415,63 manatın, həmçinin ödənilmiş 19 manat dövlət rüsumunun əvəzinin alınaraq ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşinhalları xx.xx.2015-ci il tarixli, 8926 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faizlə, 5000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh1 kredit borcunun ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu, Bank qarşısında zamin durmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC ləğv edilmiş, İddiaçı ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hazırda iddiaçı ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ödənilməmiş 3937,59 manat əsas borc, 1378,08 manat faiz borcu, 2503,65 manat cərimə, 596,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 8415,48 AZN (səkkiz min dörd yüz on beş manat qırx səkkiz qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, xəbərdar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 310, 317.1, 319.1, 385.1, 442, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını və apellyasiya şikayətinin təmin olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehin məhkəmə iclaslarından məlumatı olmamış, o, lazımi qaydada məhkəmə iclası barədə məlumatlandırılmamışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddia müddəti ötürülməmişdir, belə ki, borclu iddia müddəti ərzində müvafiq ödənişlər etmiş, borcun ödənilməsi ilə bağlı etirafedici hərəkətlər etmişdir. Digər Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, izahatları, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh1 apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faizlə, 5000 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsinin təminatı olaraq Cavabdeh2 Bank qarşısında zamin durmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC ləğv edilmiş, İddiaçı ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hazırda İddiaçı ASC-nin ləğvedicisi kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 8926 nömrəli kredit müqaviləsi üzrə banka 3937,59 manat məbləğində əsas, 1378,04 manat faiz borcu, 2503,65 manat cərimə borcu, 596,20 manat hesablanmış faiz borcu, cəmi 8415,48 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən borcunu və ona vurulan ziyanı tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iştirak etməmişdir. Apellyasiya şikayətində Cavabdeh1 iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Müəyyən edilir ki, kredit müqaviləsinin müddətinin başa çatmasından üç ildən artıq vaxt keçmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən müəyyən ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun tələbinə görə, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (Maddə 380.2). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfinən təqdim edilmiş, Cavabdeh1 kredit üzrə xx.xx.2016-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan bəlli olur ki, borclu tərəfindən 2017-ci ilin iyul ayına qədər (2017-ci ilin yanvar, aprel, iyun aylarında), eləcə də həmin ilin dekabr ayınadək müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Borclu şəxsin borcu etiraf etməsini göstərən bu hərəkətləri iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi faktını istisna edir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(017)-496/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1092/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1092/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver