Məhkəmə qərarları › İş №2(106)-1092/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1092/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1092/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 510/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi verərək Cavabdeh 268 manat pul və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-510/2024 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia təmin edilməmişdir. İddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini və anasına dəymiş 1000 manat maddi ziyanın da ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh avqust 2022-ci il tarixində pensiya pulunu ələ keçirmək məqsədilə onu aldadaraq, yəni xəstəliyindən istifadə edərək 268 manat pulunu cibindən gizli yolla götürmüşdür. Bu barədə polisə şikayətləri nəticəsiz qalmışdır. Cavabdeh pulunu bu vaxta kimi qaytarmamışdır. Aralarında olan mübahisələr böyümüş və cavabdeh anası Nümayəndə xəsarətlər yetirmişdir. Bu barədə məhkəmə-tibbi ekspertizanın 09 sentyabr 2022-ci il tarixli 747 saylı rəyi mövcuddur. Ondan götürdüyü 268 manat pulun qaytarmamasına görə anasına yetirdiyi xəsarətə görə Masallı rayon polis şöbəsi tərəfindən barəsində İXM-in 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və bununla əlaqədar Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı şəhərində qeydiyyatda olmaqla yaşayır. İkinci qurup əlil olduğuna görə dövlət tərəfindən pensiya alır. Cavabdeh uzun müddətdir ki, tanıyır. O kafedə oturarkən bilərəkdən yanına gəlir, onunla birlikdə çörək yeyir və gətirtdiyi içkilərdən içirdi. Cavabdeh ona bilərəkdən spirtli içki qəbul etdirir və cibində olan pulları xərclətdirirdi. İkinci qrup əlil olduğundan bir az spirtli içki qəbul edən kimi ona təsir edir və özünü idarə edə bilmir. Cavabdeh dəfələrlə ona bilərəkdən spirtli içki qəbul edirərək lazımsız yerlərə pullarını xərclətdirmişdir. Ayılıb özünə gəldikdən sonra xərclədiyi pulların heç olmasa yarısını ona qaytarmasını tələb etdikdə aralarında mübahisə düşmüşdür. Əlil olduğuna görə fikirlərini tam ifadə edə bilmədiyi üçün məhkəmə iclaslarında onun hüquqlarını anası müdafiə etmişdir. Cavabdeh dəfələrlə onu içkili halda özündən getmiş vəziyyətdə evinə gətirib anasına təhvil vermişdir. Sonuncu dəfə 268 manatı pensiya kartından çıxararaq cibinə qoymuş, ondan əlavə də pulu üzərində olmuşdur. Kafedə yeyib-içdikdən sonra hesabı ödəmiş, sonradan Vüsal ona evinin yaxınlığında yerləşən “Bizim market” deyilən Seymurun işlətdiyi kafeyə gəməsini, ona olan borcunu qaytaracağını bildirmişdir. Əksinə həmin kafedə də ona bir neçə şey aldırmış və ona bilmişdir ki, “pulunu sən ver mən sənə qaytaracağam”. O pulu ödəmək üçün pulu cibindən çıxartmış, lakin vermək istəməmişdir. Daha sonrasını xatırlamamış, özünə gələndə evdə olmuşdur. Anasından cibindəki pulları soruşduqda anası bildirmişdir ki, Mais adlı oğlan ağ jiquli ilə onu gətirib, onun yanında ciblərini və corablarını da axtarmış, lakin pullar olmamışdır. Sürücü də bildirmişdir ki, kafenin qabağında yerdə uzanıqlı vəziyyətdə olmuş, o da onu evinə gətirmişdir. Anası Nümayəndə dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Anası ondan pulu istəyən zaman o, həqiqətlərə dözə bilməyib anasına xəsarət yetirmiş, sonradan bir dəfədə evlərinə gələrək yenidən anasına xəsarət yetirmişdir. Hər iki xəsarətdən sonra cavabdeh barəsində inzibati qaydada cərimə tətbiq olunmuşdur. Məhkəmə işə tələm-tələsik baxmış, cavabdehin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəməyə təqdim etdiyi mötəbər sübutlara hakim düzgün qiymət verə bilməmişdir. Halbuki anası cavabdehdən pulunu tələb etdikdə cavabdeh anasından vaxt istəmiş, qısa bir zamanda pulu qaytaracağına söz vermişdir. İçkili halda çəkilmiş video görüntülərinə baxdıqda da görünür ki, onun ağlı başında deyil, onun o vəziyyətə düşməyinə səbəbkar cavabdehdir. Həmin halda cavabdeh onu evinə gətirib atmışdır. Həmçinin Ramin, Vüsal və Seymur üç ildir onu belə aldadaraq dəfələrlə pullarını götürmüşlər. Bir neçə dəfə də ondan borc alaraq qaytarmamışlar. Bu adamlar bir neçə dəfə anasına maddi və mənəvi ziyanlar vurmuş, anası çoxlu müalicələr alaraq külli miqdarda müalicələrə pul xərcləmişdir. Müalicələrə xərclədiyi pul 1000 manatdan çoxdur. Cavabdeh məhkəmədən gələn sənədi gətirib evdə anasının başına vurub, anasını təhqir etmiş və anasına bir neçə xəsarət yetirmişdir. O avtomobil vurduqdan sonra 3 ilə yaxındır ki, bu adamlar onun pullarından istifadə edirlər. Dəfələrlə məhkəmə iclasında şifahi vəsatət verərək məhkəmə iclasının təxirə salınmasını, işə cavabdehin iştirakı ilə baxılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır, çünki cavabdeh cibindən pulun götürməsini özü etiraf etmişdir. Dəfələrlə anasına bildirmişdir ki, qısa müddətdə pulu qaytaracaqdır, ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində onun məhkəməyə mötəbər sübut təqdim etmədiyini qeyd etmişdir. O məhkəməyə videogörüntülər və cavabdehin anasına xəsarət yetirdiyinə görə inzibati qaydada cərimə olunması barədə qərarları təqdim etmişdir. Sadəcə olaraq məhkəmə verdiyi sübutlara ədalətli qiymət verməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-510/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs Nümayəndədır. İş materiallarında olan Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs Nümayəndədır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı İİ dərəcəli əlildir. İş materiallarında olan DVD formatda olan diskdə saxlanılan videogörüntülərdən görünür ki, İddiaçı sərxoş vəziyyətdə olarkən anası Nümayəndə mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi 268 manat məbləğində pensiya pulunun Cavabdeh tərəfindən götürülməsi halı iş materialları ilə təsdiqini tapmır. Bundan əlavə, iş materiallarında olan videogörüntüdə İddiaçı pulu Ramin adlı şəxsə verdiyini bildirmişdir. Həmçinin iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, oğlunun gün ərzində Cavabdehla birgə olmasını əsas gətirərək pulun onun tərəfindən götürüldüyünü ehtimal və iddia edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. İş materiallarında olan Masallı Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilən hallar ondan ibarətdir ki, həqiqətən də iddiaçının apellyasiya şikayətində göstərdiyi kimi Cavabdeh bir neçə dəfə iddiaçının anasına müxtəlif xəsarətlər yetirmiş, bu inzibati xətaya görə də müxtəlif müxtəlif məbləğlərdə cərimə olunmuşdur. Lakin iş materiallarında cavabdehin mübahisələndirilən pulu götürməsini (iddianı qəbul etməsini) və ya apellyasiya şikayətinin dəlilləri ilə işdə bu halı təsdiq edə biləcək hər hansı sübuta rast gəlinmir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən İddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 510/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-510/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar