Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1094/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və başqalaına qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili X1 şifahi vəsatət verərək hazırki işin icraatının, Astara Rayon Polis Şöbəsinin icraatında olan, İddiaçı Astara Kompressor Stansiyasının ərazisindən kabellərin oğurlanması faktına dair Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinə baxılıb yekun qərar qəbul edilənə kimi dayandırılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 01 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı işçinin işəgötürənə vurduğu ziyana görə maddi ziyan tələbinə dair 2(018)-239/2024 saylı mülki işin icraatı, Astara Rayon PŞ-nin İB-nin icraatında olan İddiaçı Astara Kompressor Stansiyasının ərazisində istifadə edilən KQ İX240 mm ölçülü kabellərin oğurlanması faktına dair Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə baxılıb, yekun qərar qəbul edilənə kimi dayandırılmışdır. Qərardaddan İddiaçı nümayəndəsi şikayət vermiş, qərardadın ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, Astara rayon Polis Şöbəsinin icraatında olan AR CM-nin 177.2.4-cü maddəsi ilə istintaq aparılan ********* saylı cinayət işinin nəticəsinin hazırki mülki işin tələbinə aidiyyəti yoxdur. Hazırki iddianın mahiyyəti əmək münasibətləri ilə əlaqədardır, cavabdehlərin nəzarətsizliyi, onların öhdəsinə verilmiş əmlakın qorunub saxlanmasına məsuliyyətsiz yanaşmalarından iddiaçıya məxsus kabellər talanmasına və İddiaçınə maddi ziyanın vurulmasına görədir. Həmçinin, iddiaçının cavabdehlərdən tələbi həmin kabellərin dəyərinin ödənilməsi ilə əlaqədar da deyil. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə, 199-cu maddənin a bəndinə və 200.5-ci maddəsinə əsasən cavabdeh işçilərin səhlənkarlığı nəticəsində işəgötürənə vurulan ziyana görə cavabdehlərin orta əmək haqqı məbləğində pulun tutulması istəyir. Şikayətə baxılmış, Salyan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 iyun 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Cavabdeh6 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq işin haqlı araşdırılmasına, cinayətkarların işdən qəsdən yayındırılan mühafizə xidməti işçilərinin və növbə rəislərinin bu işə cəlb olunmasını və onlara qarşı qaldırılan əsassız, səhv təqdim olunan iddianın ləğv olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmiş müddət ərzində digər cavabdehlərin şikayətə qarşı yazılı etiraz və ya vəsatəti daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı işçilərin vurduğu maddi ziyanı tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətinin əsaslarını müəyyən etmişdir. Qanunun tələbinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (eyni zamanda hər üçü olduqda) tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Müəyyən edilir ki, Astara Rayon PŞ-nin İB-nin icraatında İddiaçı Astara Kompressor Stansiyasının ərazisində istifadə edilən KQ İX240 mm ölçülü kabellərin oğurlanması faktına dair Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirli şəxslər müəyyən ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə Kollegiyası işin dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatın dayandırılması məhkəmənin hüququdur. Kollegiya hesab edir ki, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadı əsaslıdır. Məhkəmə Kollegiyası qərardadı ləğv etmək üçün əsas tapmır. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(018)-239/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1094/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1094/2024
14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver