Məhkəmə qərarları › İş №2(106)-1098/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1098/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1098/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Aygün Faiq qızı Abasovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlərin və üçüncü şəxs Nümayəndə iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «əkin sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əkin sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 5684,20 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,84 manat pulun müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Sabirabad rayonu, Qarağac kəndində yerləşən 52 ha. torpaq sahəsində təyinatı üzrə pambıq əkməklə məşğul olur və məhsuldan əldə etdiyi gəlir hesabına ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə cavabdehlərə məxsus iribuynuzlu mal-qara əkdiyi pambıq sahəsinə daxil olaraq pambıq sahəsini və məhsulu zay etmiş, ona maddi ziyan vurmuşdur. Bu barədə Sabirabad rayon X11 Polis Bölməsinə ərizə ilə müraciət etmiş, polis bölməsində aparılmış araşdırma nəticəsində ona rəsmi olaraq maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. O, maddi ziyan dəyməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aqronomu Əliyar Vəliyevin, Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin müavini Teymur İsmayılovun, həmçinin mühasib Qurbanqulu Hacıyevin və onun özünün iştirakı ilə Sabirabad rayonu, Qarağac kəndində yerləşən 52 ha pambıq sahəsinə baxış keçirilmiş, iribuynuzlu mal-qaranın ayaq izlərinə və ifrazatlarına rast gəlinmiş, birinci biçim olmamış 14 ha pambıq sahəsinə və ikinci biçim olmamış 8 ha pambıq sahəsinə ziyan dəyməsi müəyyən olunaraq bu barədə akt tərtib edilmişdir. Həmin tarixdə ziyanla bağlı rəy verilmiş və rəyə əsasən ona 5684,20 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı ona məxsus sahəyə cavabdehlərin mal-qarasının girməsi ilə bağlı videogörüntüləri və fotoşəkilləri də təqdim etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi 2022-ci ilin dekabr ayında əkin sahəsində pambıq məhsuluna zərərin vurulması dəlilləri həqiqətə uyğun deyildir. Belə ki, dekabr ayında artıq pambıq məhsulu yığılmış olur, digər tərəfdən cavabdehlərə məxsus ümumilikdə 10-12 baş iribuynuzlu mal-qara cəmi bir saat ərzində çobanın diqqətsizliyi nəticəsində iddiaçının pambıq məhsulu yığılmış torpaq sahəsinə girmişdir. Birinci instansiya məhkəməsində digər Cavabdeh1 iddia tələbinə etiraz edərək, digər Cavabdeh2 göstərdiyinə uyğun məzmunda izahat vermiş, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X4 xx.xx.2023-cü il tarixdə rayon məhkəməsinə ünvanladığı ərizəsində iddia tələbini qəbul etmədiyini bildirmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, Sabirabad rayonu, Qarağac kəndində onun övladları yaşayır və o, uşaqlarını görmək üçün mütəmadi olaraq həmin kəndə gedir. Onun Sabirabad rayonu, Qarağac kəndində heç bir təsərrüfatı və mal-qarası yoxdur. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 28 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Sabirabad rayonu, Qarağac kəndində yerləşən, İddiaçı istifadəsində olan 52 ha. torpaq sahəsinin 22 ha. pambıq əkin hissəsinə iribuynuzlu malqaranın otarılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi ümumilikdə 450 manat pul vəsaitinin 150 manat hissəsinin Cavabdeh1, 150 manat hissəsinin X2 və 150 manat hissəsinin Cavabdeh2 tutulub İddiaçı ödənilməsi, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun 8 manat hissəsinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə dekabr ayında pambıq məhsulunun artıq yığılmış olduğu və mal-qaranın məhz bir saat ərzində çobanın diqqətsizliyi nəticəsində əkin sahəsində olduqları hallarına əsaslanaraq, 12 baş iribuynuzlu mal-qaranın bir saat ərzində əkin sahəsində olmaqla 5600 manat həcmində zərər yaratmasının ağlabatan və məntiqli olmaması qənaətinə gəlmişdir. Halbuki, fotoşəkillər, video görüntü və xx.xx.2023-cü il tarixli, Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyin cavabdehlərin mülkiyyətində olan iribuynuzlu mal-qaranın siyahısı hadisə zamanı iribuynuzluların sayının 70-in üzərində olması, pambığın biçilməmiş olması, pambıq sahəsinə dəymiş ziyan faktı 2022-ci ilin noyabr ayının ortalarından başlayaraq ardıcıl günün müxtəlif vaxtlarında 3 dəfə, 2022-ci il dekabr ayının 6-da son olaraq axşam tarixində iddiaçı və şahid X9 ilə birlikdə iribuynuzluları ərazidə gördükdən sonra 1 saata onların ərazidən çıxarılmasına nail olması müəyyən edilir. Hadisənin törədilməsi ilə dəymiş ziyanı fotoşəkillər və video görüntülər, şahid X5 ifadəsi, 08 12.2022-cı il tarixli maddi ziyanla bağlı rəy və ekspertizanın rəyi əsasında müəyyən etmək mümkündür. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında ekspert rəyinin aktla uyğun olduğunu, ziddiyyət olmadığını, hesablanmanın düzgün olduğunu bildirmişdir. Üçüncü şəxs Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iddianın tam təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, əmisi İddiaçı tapşırığı ilə torpaq sahəsini o, əkib-becərir. 52 ha torpaq sahəsində pambıq əkmişdir. Cavabdehlərə məxsus iri və xırda buynuzlu heyvanların sahəyə girməsi ilə həmin sahənin 22 ha hissəsində məhsul zay olmuşdur. Ziyan vurulması nəticəsində sonuncu dəfə 2022-ci ilin dekabrın 11-də məhsul tamam az olmuşdur. Külli miqdarda məhsuldan və Dövlət tərəfindən ödənilən subsidiyadan məhrum olmuşlar. Cavabdehlər barışıq üçün müraciət ediblər, 1500 manat təklif ediblər, lakin razılıq əldə olunmamışdır. Ziyanın əvəzi olaraq 3000 manat ödəsələr barışıq olar. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, ekspert rəyi ilə razı olmadığını bildirmiş, izahatında ziyanın miqdarının artıq hesablandığını qeyd etmişdir. Belə ki, onun heyvanları iddiaçının iddia etdiyi qədər pambığı yeməmişlər. Heyvanlar sahəyə daxil olanda orada o qədər pambıq olmamış, həmçinin sahədən pambıq yığılmışdır. Dekabr ayında sahədə pambıq yox taxıl əkirlər. Vurulmuş ziyan çox göstərilmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 və X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, ekspert rəyi ilə razı olmadıqlarını ədalətli qərar qəbul edilməsini bildirmişlər. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, Qarağac Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı və xx.xx.2000-ci il tarixli, 01 saylı icarə müqaviləsi ilə Sabirabad rayonu, Qarağac kəndində 100 ha-dan ibarət kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı müvəqqəti istifadə hüququ ilə verilmiş, bu barədə onun adına torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. İddiaçı cavabdehlərin nəzarətsiz heyvanları tərəfindən əkin sahəsinə ziyan vurulduğunu iddia edir və bununla bağlı vurulmuş zərərin əvəzini tələb edir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1110-cu maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iddianı qismən təmin etmişdir. İddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Ona görə Kollegiya işə apellyasiya şikayəti həddində baxır. Qətnaməni cavabdehlər mübahisələndirməmişlər. Cavabdehlər etirazında onların heyvanlarının zərər vurmasını mübahisələndirməmişlər. Cavabdehlərin etirazı, yalnız vurulmuş zərərin miqdarı ilə bağlıdır. Vurulmuş zərərin miqdarını müəyyən etmək üçün iddiaçı tərəf müvafiq aktı, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqronomunun rəyini təqdim etmişdir. Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqronomu Əliyar Vəliyevin, Sabirabad rayon Minbaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Teymur İsmayılovun, mühasib Qurbanqulu Hacıyevin, İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta görə İddiaçı 52 ha torpaq sahəsinin 22 ha hissəsinə ziyan dəymişdir. Mütəxəssis- Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqronomu Əliyar Vəliyevin verdiyi xx.xx.2022-ci il tarixli rəyə görə, ziyan dəyən 22 ha torpaq sahəsinin 14 ha hissəsində pambıq birinci dəfə, 8 ha hissəsində 2-ci dəfə yığılmışdır. Rəydə göstərilir ki, təqribi hesablamalara görə 14 ha sahənin hər hektardan 3,5 sentner olmaqla cəmi 4900 kq, 8 ha sahənin hər hektarında 1,2 sentner olmaqla 960 kq məhsul götürülməsi mümkündür. Pambığın hər kiloqramının qiymətinin 0,80 man olduğu nəzərə alınarsa rəyə görə vurulan ziyan (5860 kq x 0,80 man) 4688 manatdır. Dövlətin son məhsula görə, pambığın hər kiloqramına görə verdiyi 17 qəpik nəzərə alınarsa (5860 kq x 0,17 man) 996,2 manat subsidiyadan da iddiaçı məhrum olunmuşdur. Beləliklə, pambıq əkini sahəsinə 5684,20 manat məbləğində ziyan vurulmuşdur. İş üzrə keçirilmiş ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi üzrə 04 oktyabr 2023-cü il tarixli ekspert rəyinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan 8 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən pambıq sahəsində mal-qara otarılması nəticəsində, dəymiş ziyanın ümumi miqdarı təxminən 5684.20 (4688+996.20) manat müəyyən edilir. O cümlədən: 14 ha x 3.5 sentner/ha = 49 sentner x 100kq = 4900 kq pambıq məhsulu, 8 ha 1.2 sentner/ha = 9.6 sentner x 100 kq = 960 kq pambıq məhsulu, 5860 (4900+960) kq pambıq məhsulu x 0.80 manat = 4688.00 manat, Son məhsula görə pambığın hər kiloqramına dövlət tərəfindən verilən subsidiyanın 0.17 manat olması nəzərə alınmaqla -996.20 (5680x0.17) manat. Cavabdeh tərəf etirazında onlara məxsus mal-qaranın həmin məbləğdə ziyan vurduğunun sübuta yetirilmədiyini bildirmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2022-ci ilin dekabr ayında cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 məxsus ümumilikdə 10-12 baş iri buynuzlu mal-qara cəmi bir saat ərzində çobanın diqqətsizliyi nəticəsində iddiaçının pambıq məhsulu yığılmış torpaq sahəsinə girmiş və nəticədə İddiaçı maddi zərər vurulmuşdur. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş mütəxəssis rəyi ilə dəymiş zərərin həcmi 5684,20 manat məbləğində göstərilsə də, lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuş dekabr ayında pambıq məhsulunun artıq yığılmış olduğu və mal-qaranın məhz bir saat ərzində çobanın diqqətsizliyi nəticəsində əkin sahəsində olduqları hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, 12 baş iribuynuzlu malqaranın bir saat ərzində əkin sahəsində olmaqla 5600 manat həcmində zərər yaratması ağlabatan və məntiqli hesab edilmir və bu baxımdan cavabdehlərdən hər birindən 150 manat tutulmaqla, ümumilikdə dəymiş zərərin həcminin 450 AZN olması daha ağlabatan və məqsədəuyğun hesab edilir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır. Sabirabad rayon İcra Hakimiyyəti Minbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa görə nümayəndəliyin Qarağac kəndində yaşayan Cavabdeh2 15 baş, X10 11 baş, X1 31 baş iri buynuzlu heyvanı qeydə alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia edilən 5600 manat həcmində zərər vurulmasını ağlabatan və məntiqli hesab etməməsini, bu baxımdan cavabdehlərdən hər birindən 150 manat tutulmaqla, ümumilikdə dəymiş zərərin həcminin 450 manat olmasının daha ağlabatan və məqsədəuyğun hesab edilməsi barədə qənaətini əsaslı saymır. Cavabdehlər etirazında həm də dekabr ayında pambıq məhsulunun artıq yığılmış olduğunu da bildirmişdir. Lakin iddiaçının və üçüncü şəxsin izahatından və onun təqdim etdiyi kompüterdən çıxarışdan görünür ki, onun tərəfindən oktyabr, noyabr və dekabr aylarında pampıq təhvil verilmişdir. Sonuncu olaraq, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2002-ci il tarixlərdə təhvil verilmə olmuşdur. Üçüncü şəxsin izahatına görə heyvanların məhsulu zay etməsi nəticəsində məhsuldarlıq azalmışdır. Kollegiya qeyd edir ki, cavabdehlərə məxsus çoxlu sayda iri və xırda buynuzlu malqaranın iddiaçının əkin sahəsinə dəfələrlə sərbəst surətdə daxil olduğu müəyyən edilir. Cavabdehlərə məxsus heyvanların ziyan vurduğu faktı mübahisələndirilməmişdir. Lakin ziyanın miqdarının ümumi olaraq 450 manat məbləğində hesablanması da əsaslı deyil. İddiaçının tapşırığı üzrə üçüncü şəxs işi barışıq yolu ilə həll etmək üçün 3000 manata razı olduğunu, cavabdehlər isə 1500 manat miqdarına kompensasiya ödəyə bildiklərini bildirmişlər. Kollegiya, iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən tərəflərin izahatlarına və iş üzrə ekspert rəyinə əsaslanaraq, hər iki tərəfin mənafeyini, eləcə də onların barışığa meyilliliyini nəzərə alaraq, vurulmuş ziyana görə cavabdehlərdən iddiaçının xeyrinə ümumi olaraq tələb edilən məbləğin yarısının- 2842,10 manat miqdarında (real zərərə görə- 2344 manat + ödənilməli subsidiyaya görə- 498,10 manat) kompensasiyanın ödənilməsini məqbul sayır. Bundan başqa, birinci instansiya məhkəməsi vurulmuş zərərə görə kompensasiyanın ödənilməsini cavabdehlərdən müştərək qaydada deyil, hər birindən ayrıca tutulmasını təmin etmişdir. Halbuki, ziyanın ümumi şəkildə vurulduğu müəyyən edilir və konkret olaraq cavabdehlərə məxsus heyvanların hansının ayrıca nə qədər ziyan vurduğu müəyyən edilmir. Kollegiya hesab edir ki, vurulmuş ziyana görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar, ona görə də ödəniləcək kompensasiya da onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, iddia qismən təmin edilməli, Sabirabad rayonu, Qarağac kəndində yerləşən, İddiaçı istifadəsində olan 52 ha. torpaq sahəsinin 22 ha. pambıq əkin hissəsinə iribuynuzlu malqaranın otarılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq ümumilikdə 2842.10 manat pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 tutulub İddiaçı ödənilməlidir. İddia qismən təmin edildiyindən və apellyasiya şikayəti qismən təmin edildiyindən, iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 57 manat tutulub İddiaçı ödənilməli, ekspertiza tədqiqatının aparılmasına görə, 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(056)-454/2023 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Sabirabad rayonu, Qarağac kəndində yerləşən, İddiaçı istifadəsində olan 52 ha. torpaq sahəsinin 22 ha. pambıq əkin hissəsinə iribuynuzlu malqaranın otarılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq ümumilikdə 2842.10 manat pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X2 tutulub İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 57 manat tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqatına görə, 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar