Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1098/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 18.870,9 manat məbləgində kredit borcu, 4.370,92 manat məbləğində faiz borcu və 8.489,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31.731,19 manat, 005R********** saylı kredit razılaşması üzrə 24.573,69 manat məbləgində kredit borcu, 5.305,21 manat məbləğində faiz borcu və 11.667,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 41.546,52 manat, iki kredit razılaşması üzrə ümumillikdə cəmi 73.277 manat 71 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manatın tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 41 saylı evin 10 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 73.277 manat 71 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manatın Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 41 saylı evin 10 saylı mənzilinə tutma yönəldildikdən və o satılıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşadılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 15 dekabr 2021-ci il tarixli, 2(049)-1014/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış 005R********** saylı kredit razılaşması üzrə 18.870,9 manat əsas, 4.370,92 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31.731,19 manat, 24.241,82 manat, 005R********** saylı kredit razılaşması üzrə 24.573,69 manat məbləgində kredit borcu, 5.305,21 manat məbləğində faiz borcu və 2000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31.878,9 manat, iki kredit razılaşması üzrə ümumillikdə cəmi 56.452,59 manat kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 21 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 41 saylı 5 mərtəbəli evin 45,62 kv.m ümumi, 31,22 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracdan satışa çıxarılması, əmlakların ilkin satış qiyməti 51.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılmasə və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin mənzildən çıxarılması, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Məmmədov X2 Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)-1014/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən şikayət vermə müddətinin buraxılmasını üzürlü hesab edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)-1014/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət bərpa edilmiş, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti və mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1098/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1098/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver