Məhkəmə qərarları › İş №2(106)-1098/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1098/2025

30.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1098/2025 30.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)- 1434/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2vanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşaqdan və sanuzeldən maneəsiz istifadə etməyi barədə istifadə qaydalarının müəyyən edilməsi, Cavabdeh 60 manat ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş mediasiya xərcinin və 40 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 2vanında yerləşən mənzilə köçürülməyi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi vardır. Sözügedən qətnamə üzrə həmin mənzilə köçürülsə də, cavabdeh ona evin arxa hissəsində 1 otaq ayırıb və həmin otağın qapısı artıq qonşunun həyətinə açılır. Əvvəllər həmin hissə qardaşına aid olsa da, o, öz payını satmışdır və onun otağa giriş hissəsi artıq qonşunun həyətindəndir. Həmçinin onun köçürüldüyü hissəyə günəş şüaları düşmür, qışda yaşadığı otağın altı su olur və rütübətdən həmin hissədə yaşamaq mümkün deyildir. Yaşadığı ev 2 mərtəbəli birinci mərtəbədə 3 otaqdan və bir yardımçı sahədən, ikinci mərtəbədə isə dörd otaq və bir yardımçı sahədən ibraət olmasına baxmayaraq Cavabdeh onun həmin evdə yaşamağına dolayı yolla mane olur və onu pis durumda saxlamaqla evdən çıxmağına nail olmaq istəyir. O, 1958-ci ildən həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. Qeyd olunan ünvan 2vanında yerləşən atasının tikdiyi fərdi yaşayış evinin gün batan tərəfdən 1 otaq, həmçinin əsas və köməkçi sahələrdən, evin və həyətin ümumi girişdən eyni zamanda həyətdə olan sanitar qovşaqdan maneəsiz istifadə etməlidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1434/2025 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması, iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(049)-467/2020 saylı qətnaməsinə görə İddiaçı Cavabdeh və X5 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2vanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə mücərrəd olduğundan təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş 212 nömrəli 19-958 qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən iki mərtəbəli üç otaqlı ümumi sahəsi 199,5 kv.m, yaşayış sahəsi 57,3 kv.m olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətində, həyətyanı sahəsi 553 kv.m təşkil edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayışdan və ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2vanında yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə küçə hissədən iki giriş qapısı mövcuddur. Bir giriş qapısından Cavabdeh və onun ailə üzvləri, digər giriş qapısından İddiaçı istifadə edir. Fərdi yaşayış evi iki mərtəbəlidir. Fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən iki otaqdan ibarət hissə evin digər hissəsindən təcrid edilmiş formada İddiaçı istifadəsindədir. Həmin otaqlar həyətyanı sahədən ayrıca giriş qapısı vardır və qarşısında həyətyanı sahə mövcuddur. İddiaçı qeyd edilən istifadəsində olan otaqlara daxil olmaq üçün küçədən həyətyanı sahəyə sərbəst, maneəsiz daxil olmaq və qeyd edilmiş otaqlardan sərbəst istifadə etmək imkanına malikdir. İddiaçının və cavabdehin istifadələrində olan həyətyanı torpaq sahələri bir-birindən təcrid edilmişdir. Həyətyanı sahədə sanitar qovşaq mövcuddur. Qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka dair tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” Texniki pasportunda “torpaq sahəsinin planı” hissəsində təsvir edilmiş sxemdən görünür ki, həmin fərdi yaşayış evində yerləşən İddiaçı istifadəsində olan otaqlara küçədən daxil olması üçün torpaq sahəsi mövcuddur. İddiaçının hazırkı tələbində istifadəsinə verilməsini istədiyi hissə iş üzrə Cavabdeh və ailə üzvlərinin istifadəsində olan və küçədən həyətyanı sahəyə digər girişdən olan hissədə yerləşən yaşayış otağı və sanitar qovşaqdır. ƏMDX DƏDKR X14 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 avqust 2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən **********26-10301 reyestr nömrəli danınmaz əmlak üzərində hüquq sahibləri Cavabdeh (fərdi yaşayış evi və torpaq sahəsi) və X6 (torpaq sahəsi)dır. xx.xx.2025-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən **********26-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində hüquq sahibləri Cavabdehdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və şikayətin dəlillərindən göründüyü kimi, iddiaçının mənzildən istifadə qaydalarının müəyyən edilməsi hüququ ilə bağlı mübahisə mövcuddur və eyni zamanda bu məsələ Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsindən göründüyü kimi həmin hissədə iddia tələbinin mücərrəd olması əsası ilə həll olunmamış qalmışdır.” Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən işin obyektiv və tam araşdırılması barədə birinci instansiya məhkəməsinə göstərişlər verilsə də, məhkəmə tərəfindən həmin göstərişlər nəzərə alınmamışdır. Belə ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə, gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin və həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşağdan və sanuzeldən maneəsiz istifadə etməsinə dair istifadə qaydalarının müəyyən edilməsi barədə tələb irəli sürsə də, məhkəmə tərəfindən həmin iş üzrə verdiyi izahat və iddia tələbinin əsaslandığı hallara dair mülahizələri nəinki nəzərə alınmamışdır. Məhkəmə iclası zamanı hazırda köçürüldüyü evin otağının çıxışının qonşunun mülkiyyətində olan torpaq sahəsinə çıxdığını qeyd etsə də, məhkəmə tərəfindən buna qiymət verilməmiş, əksinə yerli baxış zamanı guya həmin çıxışın küçəyə olduğunu müəyyən edilmişdir. Belə ki, sözügedən otaqların birbaşa küçəyə çıxışı kimi qeyd olunan və məhkəmənin yeri baxış zamanı müəyyən etdiyi yol əslində X1 mülkiyyətində yerləşən torpaq sahəsinə açılır və birbaşa onun həyətinə daxi olur. Lakin heç bir əsaslandırma aparılmadan izahatın bu hissəsi məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş və iddia rədd olunarkən həmin sübut nəzərə alınmamışdır. Əksinə, izahatın sübut kimi nəzərə almamasına baxmayaraq, cavabdeh tərəfin verdiyi və heç bir sübuta söykənməyən və məsuliyyətdən yayınmaq üçün uydurma izahat əsas götürülmüş, lakin həmin izahatdakı əsaslı şübhələr nəzərə alınmamışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, otaq yer səthindən aşağıdır. Kanalizasiyalar tutulan zaman bütün su otaq çökəkdə yerləşdiyi üçün ora yığılır və otağa nəmlik verir. Sanitar qovşağı çöldə olduğu üçün qış vaxtı və yağışlı havada ora gedən zaman paltarları su və palçıq olur, qapı açılan kimi yağış suyu evə axır. Həmçinin dəmir qapı olduğu üçün otağa soyuqluq verir və otağın qızdırılması çətinləşir. 2020-ci ilin sentyabr-dekabr aylarında həmin mənzildə yaşamış, lakin soyuqlar düşdüyü üçün yaşamaq mümkün olmadığından 2020-ci ilin dekabrın 12-si mənzildən çıxmış, Bakıda kirayə mənzildə yaşamış, bəzən isə bacısıgildə qalmışdır. Otağa istilik sobası o Bakıya gedəndən sonra qoyulmuşdur. Qaz çəkdirmək üçün usta çağırmış, lakin qardaşı Cavabdeh buna maneəçilik törətmişdir. Odur ki, 1-ci mərtəbədəki solda olan və girişi ümumi girişdən olan otağın verilməsini istəyir. Cavabdeh məhkəmədə izahat verərək bildirdi ki, evin 1-ci mərtəbəsində 3 otaq var. Birində özü yaşayır, birinə evdə istifadə olunmayan əşyalar yığılıb, digər bir otağı isə bacısına vermişdir. Hansı ki, girişi evin yan tərəfindəndir. Əvvəllər giriş ümumi olmuş, sonradan aralarında yaranan mübahisələr səbəbindən onun otağını divarla ümumi hissədən ayıraraq girişini yan hissədən etmişdir. Qardaşı evləndikdən sonra 2 il müddətində bacısına ayrılan otaqda yaşamışdır. Bacısı üçün də yaşamaq üçün bütün şəraiti qurmuş, lakin uzun mübahisələrdən sonra çıxarış almışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və onu tam mübahisələndirmişdir. Buna görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 6.1.4-cü maddəsinə görə mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. MM-in 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, Mülki Məcəllənin tələblərinə görə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Birinci instansiya məhkəməsində işin tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuş halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və X5 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2vanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmuşdur. Hazırda da həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı sözügedən məhkəmə qətnaməsinin icrası ilə əlaqadar ünvan 2vanında yerləşən fərdi yaşayış evinə köçürülmüş və həmin evin iki otağı və onun istifadəsinə verilmişdir. Hazırda iddiaçı sözügedən fərdi yaşayış evinin iki otağından istifadə edir və həmin otaqlardan istifadə etməsi üçün küçədən həyətyanı sahəyə ayrıca girişi mövcuddur. İddiaçının hazırkı iddia tələbində istifadəsinə verilməsini istədiyi hissə iş üzrə Cavabdeh və ailə üzvlərinin istifadəsində olan və küçədən həyətyanı sahəyə digər girişdən olan hissədə yerləşən yaşayış otağı və sanitar qovşaqdır. Cavabdeh isə fərdi yaşayış evinin həmin hissəsinin iddiaçının istifadəsinə verilməsinə etiraz edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin 1 otağının, həmçinin əsas və yardımçı sahələrin, həyətin ümumi girişinin və sanitar qovşağın iddiaçının istifadəsinə verilməsi tələbi mülkiyyətçilər - Cavabdeh və X3 mülkiyyət hüquqlarının pozulması və mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, iddiaçının fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi həmçinin MM-in 228.2 və 228.5-ci maddələrinə istinad etmişdir: yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Habelə MM-in 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bundan başqa, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(049)-1434/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1434/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar