Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-110/2025 28.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı LPO «Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO «Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 20929.33 manat əsas, 10857.64 manat və iş üzrə ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilə yönəlməsi, -yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 167/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 31786.97 manat təşkil edir. Bundan 20929.33 manat əsas, 10857.64 manat faiz borcu təşkil edir. İddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 2011-ci ildə "xxxx" MTK ilə mənzil alınması ilə bağlı razılaşma əsasında Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən ümumi sahəsi 170 k olan, 4 otaqlı, 30 saylı mənzilinin hər kv. metri 850 manat dəyərləndirilməklə, ümumilikdə 144500 manat məbləğin ödənilməsini razılaşmışlar. Razılşma zamanı hər ay ödəniləcək məbləğ və ümumi ödəmə müddəti müəyyən edilmədiyindən tərəfindən "xxxx" MTK-nın rəhbərliyi tərəfindən ona bildirilmiş İddiaçı ASC-nin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. Hesab edir ki, Cavabdeh əsas borcu tam ödəmişdir, yalnız faiz borcu qalmışdır, faiz borcu da çox hesablanmışdır. İddianın faiz tələbi hissəsində əsaslı olmasını bildirmiş, lakin faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi (X8) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh 5367.64 manat faiz borcu və dövlət rüsumuna görə 73,58 manat tutularaq Ləğv prosesində olan «Zaminbank” ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nəcəf-X3 Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 04 aprel 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)- 162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehin və onun nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. [12] 10.3 İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edili 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini, tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 2(050)- 162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, Cavabdeh tərəfindən əsas borcun ödənilməsi 25 oktyabr 2015-ci ildə başa çatmış, əsas borcdan da 4500 artıq ödəniş edildiyindən həmin məbləği məhkəmə 10857,64 manat faiz borcundan çıxmış, iddianı yalnız faiz borcuna münasibətdə 5357,64 manat həcmində təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü olan mənzilə yönəldilməsi və cavabdehin fərdi yaşayış evindən çıxarılması ilə bağlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlsə də, cavabdehin əsas və faiz borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmiş, həmin hissədə işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan 24 okyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 oktyabr 2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, ******************** saylı 24 oktyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə 20929 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 10857 manat, müqavilənin tələbləri əsasında ümumi olaraq 31786 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC-nin müflis elan edilmiş, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İş materiallarında olan Bank qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldırılması üçün 186 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 11 mart 2024-cü il tarixli, 3-16-16/2-4/119 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC lie Cavabdeh adlarıdan olan xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinin 1-2-ci vərəqlərinin aşağı sağ küncündəki imzalar və 3cü vərəqində "Kreditor Cavabdeh" qrafasindaki imza və xx.xx.2011-ci il tarixli kassa məxaric orderində "Orderdə göstərilən məbləği aldım" qrafasındaki imza - Cavabdeh terefinden icra olunmuşdur. İş materiallarında olan Əsilləri məhkəmə tərəfindən tədqiq edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesab nömrəsinə xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pul ödənilmişdir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Zaminbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 136 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 144500 (manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 167/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 1-ci yaşayış binasının A blokunda olan 12 mərtəbəli binada yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı, 30 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 136/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi əsas borcun və faiz borcunun müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesab nömrəsinə ödənilmiş, yəni xx.xx.2011-ci il tarixində 10.000 manat, xx.xx.2012- ci il tarixində 20.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2012-ci il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2013-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat, xx.xx.2014-cü il tarixində 10.000 manat və xx.xx.2015-ci il tarixində 10.000 manat, ümumilikdə 150.000 manat pulun ödənilməsi barədə qəbzləri mötəbər sübut kimi qəbul edərək, işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə son ödəniş müddəti 24 oktyabr 2026-cı il olsa da, Cavabdeh 25 oktyabr 2015-ci ildə artıq əsas borcu tamamilə geri qaytarmış və 144500 manat əsas borcdan əlavə olaraq 4500 ödəniş etmişdir. Belə olan halda, cavabdehdən tələb olunan 10857,64 manat faiz borcundan 4500 manat çıxılmalı, iddia faiz borcuna münasibətdə 5357,64 manat həcmində təmin olunmalıdır. Apelyasiya icraatı zamanı iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nəcəf-X2 məhkəmə iclasında ekspertizanın keçirilməsi barədə vəsatət verərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2011-ci il tarixli 10000 manat dəyərində ödəniş qəbzi üzrə vəsait bankda cavabdehin hesabına ödənilmədiyini bildirmişdir. Belə ki, qəbzlə müəyyən olunur ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-ya 10000 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən qeyd olunan ödəniş Cavabdeh ilə bank arasında bağlanan xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə silinməmişdir. Odur ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1159/2024 saylı, 01 iyul 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməmühasibatlıq ekspertizasının 9/5710 №-li, 17 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh 28 sentyabr 2023-cü il tarixə «Zaminbank” ASC-yə olan borcu- əsas borc üzrə--20943.49 manat, faiz borcu üzrə-10897.59 manat, ümumilikdə 31841.08 manat məbləğində müəyyən edilir. Apellyasiya icraatı zamanı kollegiya hesab etmişdir ki, əvvəlki ekspertizanın keçirilməsi zamanı iş materiallarında olan (İ.M 60-cı vərəq) 24 oktyabr 2011-ci il tarixli qəbz üzrə ödənilmiş 10000 manat pulun hazırkı kredit müqaviləsi üzrə «Zaminbank” ASC-yə ödənilib ödənilməməsi müəyyən edilməmiş, ekspert tədqiqatı aparılarkən də həmin qəbz nəzərə alınmamışdır. Mübahisəli məqam isə həmin qəbz üzrə ALAN qismində Lalə MTK VÖEN **********, ALANİN BANKİ qismində «Zaminbank” ASC ********** göstərilməsidir. İddiaçı tərəf isə ümumiyyətlə həmin 10000 manat pulun «Zaminbank” ASC-yə kredit müqaviləsi üzrə ödənilmədiyini bildirmişdir. Kollegiya hesab etmişdir ki, Lalə MTK üçüncü şəxs qismində cəlb edilməklə həmin qəbzi üzrə ödənilən 10000 manatın pulun 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə ödənilib-ödənilməməsi, həmçinin ödənildiyi halda cavabdehin 24 oktyabr 2011-ci il tarixdən 28 sentyabr 2023-cü il tarixədək olan müddətə cavabdehin əsas borc, faiz borc və dəbbə borcunun (hər biri ayrılıqda göstərilməklə) müəyyən edilməsi üçün təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1159/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/08 №-li, 12 mart 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiq hissində göstərilənlərə əsasən, iş materiallarında olan (İ.M 60-cı vərəq) 24 oktyabr 2011-ci il tarixli qəbz üzrə ödənilmiş 10000 manat pul vəsaitinin **********0000 nömrəli hesab üzrə silindiyindən hazırkı tədqiqata ödəniş kimi nəzərə alınmadı. Rəyin tədqiq hissində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq Cavabdeh 28 sentyabr 2023-cü il tarixə kimi (sual üzrə tarixə) «Zaminbank” ASC-yə olan borcu-31.805.34 manat---- əsas borc üzrə--20919.98 manat, faiz borcu üzrə- 10885.36 manat müəyyən edilir. Kollegiya hesab edir ki, cavabdeh 24 oktyabr 2011-ci il tarixli qəbz üzrə ödənilmiş 10000 manat pul vəsaitinin «Zaminbank” ASC-yə ödənilməsini sübut edə bilmir, həmçinin 9/08 №-li, 12 mart 2025-ci il tarixli ekspert rəyi ilə də həmin qəbz üzrə ödənilmiş 10000 manat pul vəsaitinin **********0000 nömrəli hesab üzrə silindiyindən tədqiqata ödəniş kimi nəzərə alına bilmir, o zaman yuxarıda qeyd olunan ekspert rəyi əsas götürülməklə Cavabdeh 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə iddiaçı LPO «Zaminbank” ASC-yə olan əsas borcu 20919.98 manat, faiz borcu isə 10885.36 manat müəyyən edilməli, ümumilikdə 31.805.34 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçı LPO «Zaminbank” ASC-yə ödənilməlidir. Kollegiya iddia tələbinin digər hissəsi olan tələbin ipoteka ilə yüklü olan mənzilə yönəldilməsi və mənzildən çıxarılma ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi bağlanmamışdır. Həmin müqavilə dövlət qeydiyyatına alınmadığından və hüquqi nəticə yaratmadığından, həmin hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq əsaslı hesab edilməmiş və təmin edilməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə kollegiyası hesab edir ki, iddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi qismən, yəni 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun qismən təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borcu 20919.98 manat, faiz borcu isə 10885.36 manat, ümumilikdə 31.805.34 manat pul vəsaiti tutularaq iddiaçı LPO «Zaminbank” ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı LPO «Zaminbank” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-162/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi qismən, yəni 24 oktyabr 2011-ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 24 oktyabr 2011- ci il tarixli, 136 saylı kredit müqaviləsi üzrə əsas borcu 20919.98 manat, faiz borcu isə 10885.36 manat, ümumilikdə 31.805.34 manat pul vəsaiti tutularaq iddiaçı LPO «Zaminbank” ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh 200 ( iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesab adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖENİ: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-110/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-110/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver