Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1100/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 2000 manat pulun, 40 manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh X2 1940 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum oğlu X3 vəfat edən günə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Saatlə şəhəri H.Əliyev prospektində yerləşən “Ayşən” şadlıq sarayının yanında ərzaq məhsulları satışı mağazası var idi. 2019-cu ilin yanvar ayında mərhum oğlu Saatlı rayonu Molday kənd sakini hal-hazırda mülki iş üzrə cavabdeh olan Cavabdeh mağazaya satıcı kimi işə götürmüşdür. Az sonra oğlu Ukrayna Respublikasının Xerson şəhərinə getməli olmuş, mağazanı və mağazadakı təxminən 35000 (otuz beş min) manat dəyərində olan satış üzrə ərzaq mallarını (məhsullarını) satılmasını cavabdehə həvalə etmişdir. 02 iyul 2019-cu il tarixdə oğlu X1 Respublikasının Xerson şəhərində vəfat etmiş və nəşi Azərbaycan Respublikasına gətirilərək Saatlı rayon qəbiristanlığında dəfn edilmişdir. Mağazadakı satış məhsullarının pulunun bir qismin cavabdeh mənə versədə həmin puldan 3500 (üç min beş yüz) manat pulu verməmişdir. Həmin pulun bir hissəsinin əvəzində cavabdeh ona 1500 (bir min beş yüz) manat dəyərində soyuducu versə də, hal hazırda cavabdehin ona 2000 (iki min) manat pul borcu qalmışdır. Xeyli müddətdir ki, həmin 2000 (iki min) manat pulu könüllü verməyi tələb etsə də cavabdeh konkret olaraq pulu qaytaracağını bildirmişdir. Bu barədə o, ilkin olaraq xx.xx.2025-ci il tarixdə Saatlı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qaldırılan məsələnin mülki xarakterli olması və həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı barədə ona Saatlı RPŞ-si tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Bundan sonra o, cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddi qaldırmağa məcbur olmuşdur. Hazırda cavabdehin ona 1940 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını, Cavabdeh 1940 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaya etirazın dəlillərinə uyğun izahat verərək göstərdir ki, iddiaçının yezənsi Kamranla şərik işlətdiyi dükana aldıqları 1 ədəd kondisoner, 1 ədəd vitrin soyuducu, 2 ədəd dondurma soyuducusu, 1 ədəd tərəzi, 1 ədəd 400 manat dəyərində hazırlatdırdığı konfet vitrini və polkaları Kamran rəhmətə getdikdən sonra yeznəsi Soltanov Azadın iştirakı ilə həmin dükanı şərikli işlətmişlər. Azad “Avrora” firmasında ekspeditel vəzifəsində işləmişdir. Azadın, “Avrora” firmasından 13000 (on üç min) manat dəyərində mal oğurladığı aşkarlanmış və “Avrora” şirkəti tərəfindən həmin pulun ödənməsi Azaddan tələb olunmuşdur. Həmin mallardan dikana girməmişdir. O, şəxsən “Avrora” şirkəti ilə işləmiş və verdikləri depoziti də vaxtında ödəmişdir. “Avrora” şirkətindən başqa digər 10-15 firma ilə işləmiş və öz adına nisyə mal alıb, dükanı işlətmişlər. Azad 13000 manat borcu ödəmək üçün onun anasının və atasının adına kredit götürüb “Avrora” şirkətinə ödəmişdir. Azadın borcuna görə mağazadan əldə etdikləri gəlirdən hər ay 300 (üç yüz) manat “Avrora” şirkətinə pul ödəmişdir. 33 (otuz üç) ay Azadla birlikdə işləmişlər. Sonra o, Azada demişdir ki, “bu dükanda iki nəfərin qazancı yoxdur. Gəl otur dükanı özün işlət”. O isə ona bildirmişdir ki, “gəl dükanı bağlayaq, ya da özün tək işlət”. 2018-ci ildə o, Azadla aralarında haqq-hesab edib ayrılmışlar. Bundan sonra o, dükanı tək işlətmişdir. Razılaşmalarıda belə olmuşdur ki, həmin 13000 manat borcun qalan hissəsini ödəyəcdir. Ayrılanda Azada 2000 manat borcu qalmışdır. İşlədiyi müddətdə Azad Soltanovun anası və atasının adına olan həmin kreditin hər ay 300 manat hissəsini o, ödəniş etmişdir. Günü-gündən vəziyyətin daha da pisləşdiyini görüb dükanı bağlamaq qərarına gəlmişdir. 2017-ci ilin fevral ayında dükanı bağlamışdır. İddiaçı çağırmış və ona dükanı bağlayacağını bildirmişdir. Ona bildirmişdir ki, dükanı bağlayır və ümumilikdə ona 2000 (iki min) manat borcu qalıb. Həmin borcu işləyib, ödəyəcəkdir. O, onunla razılaşmış və yuxarıda adı çəkilən (dükana aldıqları 1 ədəd kondisoneri, 1 ədəd vitrin soyuducunu, 2 ədəd dondurma soyuducusunu, 1 ədəd tərəzini, 1 ədəd 400 manat dəyərində hazırlatdırdığım konfet vitrinini və polkaları) malları borcun qaytarılmasına zəmanət olaraq, öz evinə aparmışdır. Bildirmişdir ki, borcu qaytarandan sonra həmin əşyaları ona qaytaracaqdır. Bundan sonra Bakı şəhərinə getmiş və fəhlə işləyərək, 3 (üç) ay müddətinə hər ay borcdan 300 (üç yüz) manat müqabilində qaytarmışdır. Nadir əlavə olaraq atasından 50 manat pul almışdır. Sonra işdən çıxmış və Nadirə bildirmişdir ki, işləyib borcunu tam şəkildə qaytaracdır. 2019-cu ildə "xxxx" MMC-də işə düzəlmişdir. Hər ay 236 manat maaş almışdır. Nadir pulu ödəməyini tələb etmişdir. Nadirə bildirmişdir ki, özüylə apardığın əşyalardan satsın və borcunu hesablaşsın. Lakin o, onunla razılaşmamışdır. 2019-cu ildən bəri Nadirə cəmi 1050 (bir min əlli) manat borcu qalmışdır. İddianın həmin hissədə təmin olunmasına etiraz etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsi ilə (Hakim: Vüqar Qasımov) iddianın təmin edilməsi, Cavabdeh 1940 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 40 manat, cəmi 1980 (bir min doqquz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, onun İddiaçı cəmi 1050 manat borcu qalmışdır. Belə ki, Bakı şəhərində fəhlə işləyərək, 3 ay müddətinə hər ay borcdan 300 manat qaytarsa da, məhkəmə bu halı nəzərə almamışdır. Bundan başqa, İddiaçı məhkəməyə müraciət edəndə iddia müddətini də ötürmüşdür. Məhkəməyə bu barədə etiraz təqdim etsə də, məhkəmə etirazıı qəbul etməmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 550/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Qeyd olunmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan borcundan 3 ay müddətinə hər ay 300 manat qaytardığını və cəmi 1050 manat borcunun olmasını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərir ki, İddiaçı məhkəməyə müraciət edəndə iddia müddətini də ötürmüşdür. Məhkəməyə bu barədə etiraz təqdim etsə də, məhkəmə etirazı qəbul etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh, həqiqətən də, məhkəməyə ünvanladığı etirazda iddia müddətinin tətbiq olunmasını xahiş etsə də, 14 may 2025-ci il tarixli məhkəmə baxış iclasının (səhifə 36) protokolundan görünür ki, cavabdeh çıxışında iddianı qismən qəbul etdiyini və 1050 manat hissəsində təmin olunmasına etiraz etmədiyini göstərmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-550/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1100/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1100/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver