Məhkəmə qərarları › İş №2(106)-1109/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1109/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1109/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-466/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü alimentin artırılaraq iddiaçının xeyrinə hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsinə əsasən 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək aliment artırılaraq 90 manat müəyyən edilmişdir. Bu da hazırkı çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat şəraitini təmin etmir. Məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində uşaq böyümüş, xərcləri atmışdır. O, vaxtdan iqtisadi şərait dəyişdikcə insanların, o cümlədən uşağın yaşayış minimumu da dəyişmişdir. Məhkəmə alimentin məbləğini qanunauyğun müəyyən edərək uşaqların yaşaması üçün minimum sosial ehtiyacların ödənilməsini təmin etməlidir. Bu isə öz növbəsində uşağın yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinə rəvac verir. Uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim tərbiyəsinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkili onların yüksək sosial-mənəvi mühitdə böyüməsinin təminatıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-466/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(018)-262/2015 saylı qətnaməsi ilə qət edilmiş hər ay 90 manat məbləğində alimentin məbləğinin artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində olan mediasiyaya dair xərcin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın alimentin artırılması tələbi ilə bağlı hissəsinin 100 manat hissəsinin təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-466/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan ayrıldıqdan sonra yeni ailə qurmuş, özünün iki azyaşlı uşağı var. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, oğlu Məhəmməd Babayev hazırda universitetə qəbul olmuş, xərcləri isə bir xeyli artmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iddiaçını dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 599-05/70 saylı arayışdan görünür ki, 08 aprel 2006-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(018)- 262/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il təvəllüdlü, 2(018)-579/2011 saylı qətnaməsi əsasında tutulan 50 manat məbləğində alimentin məbləğinin artırılaraq, 90 manat müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdəki xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 55 manat ödəniş edilmişdir. İşdəki xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, 539-05/70 saylı arayışdan görünür ki, Cavabdeh və X4 nikahı haqqında xx.xx.2014-cü il tarixdə 103 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdəki Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, 540-05/70 saylı arayışdan görünür ki, 05 fevral 2015-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X7r. X2 X3 haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X1 filialında işaxtaran kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, 08 aprel 2006-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(018)-262/2015 saylı qətnaməsi ilə 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il təvəllüdlü, 2(018)- 579/2011 saylı qətnaməsi əsasında tutulan 50 manat məbləğində alimentin məbləğinin artırılaraq, 90 manat müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia ərizəsi verərək, hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin hazırkı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(018)-262/2015 saylı qətnaməsi ilə tutulmuş 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddiaçıdan ayrıldıqdan sonra yeni nikaha daxil olması və həmin nikahdan da uşağın olması ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası uşağın böyüdükcə saxlanılması üçün xərclərinin artmasını, həmçinin uşağın hazırda universitetə qəbul olmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə birbaşa təsir kimi qiymətləndirir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarından cavabdehin işaxtaran kimi qeydiyyata alındığı görünsə də, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsi onu uşağını saxlamaq və onun maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddiaçı ilə ayrıldıqdan sonra başqa şəxslə nikaha daxil olması və həmin nikahdan bir uşağının doğulması hazırkı halda onun apellyasiya şikayətinə əsasən 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşağın himayəsində olduğu iddiaçının üzərinə daha çox yük düşdüyündən minimum dolanacaq xərclərinə yaxın məbləğin – 150 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuş, Astara Rayon Məhkəməsinin 2(018)-466/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən Astara Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli, 2(018)-262/2015 saylı qətnaməsi ilə tutulmuş 08 aprel 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməsi düzgün olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin və iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində olan mediasiyaya dair xərcin cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-466/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar