Məhkəmə qərarları › İş №2(106)-112/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-112/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-112/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (Açıq Səhmdar Cəmiyyətinin) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə ünvan 1ətnaməsindən (hakim Təyyar Abbaslı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2008-ci il 24 iyul tarixli kredit müqaviləsi üzrə 4999,99 ABŞ dolları əsas borcun, 34478,79 ABŞ dolları gecikdirilmiş faiz borcunun, 3760,41 ABŞ dolları cərimənin, cəmi 12239,19 ABŞ dolları pulun milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 24 iyul 2008-ci il tarixli, 358-KX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin İçəri Şəhər filialından illik 25 faizlə, 12 ay müddətinə plastik kartla istehsal məqsədilə 5000 ABŞ dolları borc almışdır. Lakin, borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 24 iyul 2008-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borc öhdəliklərini vaxtında icra etməsə borc vaxtı keçmiş kreditə aid edilir və ona ikiqat faiz hesablanaraq borcludan tələb edilir. 03 avqust 2012-ci il tarixə kimi Cavabdeh Banka 24 iyul 2008ci il tarixli kredit müqaviləsi üzrə 4999,99 ABŞ dolları əsas, 3478,79 ABŞ dolları gecikdirilmiş faiz, 3760,41 ABŞ dolları cərimə məbləği, cəmi 12239,19 ABŞ dolları borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim T.Abbaslı) 30 noyabr 2012-ci il tarixli, 2(049)- 1738/2012 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ödənilən zaman Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 4999.99 ABŞ dolları əsas borcun, 3478,79 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcunun, 3760,41 ABŞ dolları məbləğində cərimənin, 12239,19 (on iki min iki yüz otuz doqquz dollar on doqquz sent) məbləğində borcun tutularaq İddiaçı ASC-yə verilməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanılmamış, iddiada qeyd olunan pul məbləği ona ödənilməmişdir. İşə baxılan zaman çəkişmə prinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsinin hakimi qanunsuzluqlara yol vermiş və qanunsuz əməllərinə görə hakimlik fəaliyyətinə xitam verilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, apellyasiya şikayətini müdafiə etmişlər. Göstərmişlər ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanılmamış, iddiada qeyd olunan pul məbləği ona ödənilməmişdir. O, apellyasiya baxışında məhkəməyə vəsatət təqdim edərək mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi, cavabdeh və cavabdehin nümayəndəsi sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi, cavabdehə və cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət zoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, müqavilənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Apellyasiya baxışında apellyasiya şikayətinin dəlili üzrə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 4/1909 nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 14-16-ci vərəqlərində olan 24 iyul 2008-ci il tarixli, 358-KX nömrəli “Kredit xətti müqaviləsinin 1-ci vərəqinin üz hissəsinin aşağı sağ küncündə olan İmza, 2-ci vərəqinin üz hissəsinin aşağı sağ küncündə olan imza, 3-cü vərəqinin aşağı hissəsində “Cavabdeh” qrafasında olan imza ilə mülki işin 152-ci vərəqində olan 25 aprel 2023-cü il tarixli, 7E-4794 reyestr nömrəli etibarnamənin arxa tərəfində “Cavabdeh” yazılarının qarşısında olan imza və mülki işin 156-158-ci vərəqlərində olan imzalar – öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 124 manat təşkil etmişdir. Bundan başqa apellyatorun apellyasiya şikayətinin dəlili üzrə borc məbləği düzgün hesablanıb-hesablanmaması üzrə də məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/5803 nömrəli rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 iyul 2008-ci il tarixli, 358-KX saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 24 iyul 2009-cu il tarixə (müqavilənin bitdiyi müddəti tarixə) İddiaçı ASC olan borcu 5 098.47 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən əsas cavabdehin iddiaçıya olan borcu 5000 ABŞ dolları, faiz borcu üzrə isə 98.47 ABŞ dollar müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil etmişdir. Qeyd edilmişdir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 24 iyul 2009-cu il tarixdən sonra 385,00 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 24 iyul 2009-cu il tarixə göstərildiyindən 385,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Həmçinin qeyd edilmişdir ki, 24 iyul 2008-ci il tarixli, 358-KX saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Apellyasiya baxışında mülki iş üzrə apellyator Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq ünvan 1ətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə mübahisənin məhkəmədən kənar həll edilməsi barədə iddiaçı Ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə razılığa gəldiklərini bildirmişlər. Göstərmişdir ki, iddiaçı iddiadan imtina etməklə, 09 sentyabr 2024-cü il tarixli, 12-5/2-A-7xx-xx-1106/2024 saylı “borc öhdəliyinin olmaması” və icra sənədinin icrasına xitam verilməsi barədə onlara məktub vermişdir. Buna görə də Lənkəran rayon məhkəməsinin 30 noyabr 2012-ci il tarixli, iş № 2(049)- 1738/2012 saylı qətnaməsinin ləğv edilməsini MPM-nin 261-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Lənkəran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli, 12-5/2-A-7xx-xx-1106/2024 saylı “borc öhdəliyinin olub-olmaması barədə” arayışından göstərilmişdir ki; “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildiririk ki, sözügedən kredit müqaviləsi barədə qəbul olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(049)-1738/2012 saylı icra sənədi üzrə öhdəlik xx.xx.2024cü il tarixdə yerinə yetirilmişdir. Hazırda Cavabdeh qeyd olunan icra sənədi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasına xitam verməyinizi Sizdən xahiş edirik. Müəyyən edilir ki, cavabdeh iş apellyasiya baxışında olan zaman məhkəmədən kənar qaydada iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə razılaşma əldə edərək kredit müqaviləsi barədə qəbul olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(049)-1738/2012 saylı icra sənədi üzrə öhdəliyi xx.xx.2024cü il tarixdə yerinə yetirmişdir. Hazırda Cavabdeh qeyd olunan xx.xx.2012-ci il tarixli 2(049)- 1738/2012 saylı icra sənədi üzrə bank qarşısında hər hansı borc öhdəliyi mövcud deyildir. Göründüyü kimi cavabdeh iddiaçıya borclu olduğunu qəbul edərək iddianı etiraf etmiş və iddiaçı ilə razılığa gələrək borcunu ödəmişdir. İşdən də göründüyü kimi iddiaçının iddiadan imtina etməsi ilə bağlı Kollegiyaya hər hansı ərizəsi daxil olmamış, iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq iddiadan imtina edib-etməmələri aydınlaşdırılmışdır. Bildirmişlər ki, cavabdeh icra sənədi üzrə etirafedici hərəkətlər edərək icra sənədini icra etmişlər. Buna görə də iddiadan imtina etmək kimi bir niyyətləri yoxdur. Həmçinin cavabdehin apellyasiya şikayətindən imtina etməsi barədə də ərizəsi məhkəməyə daxil olmamışdır. Belə olan halda Kollegiya hesab edir ki, hazırda iş üzrə icraata xitam verilməsi üçün hər hnası əsas mövcud deyildir. Kollegiya təkrar olaraq diqqətə çatdırır ki, hazırda Cavabdeh xx.xx.2012-ci il tarixli, 2(049)-1738/2012 saylı icra sənədi üzrə bank qarşısında hər hansı borc öhdəliyi mövcud deyildir. Belə olan halda cavabdehin iddiaçıya borcunun olub-olmaması ilə bağlı məsələ icra mərhələsində həllini tapmalıdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, onun şikayəti formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Ekspertizaların keçirilməsi ilə əlaqədar olaraq 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1ətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Ekspertizaların keçirilməsi ilə əlaqədar olaraq 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar