Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1120/2023 10.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 2(050)-24/2020 saylı, 25 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddiasının qismən təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli UM-30/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 631375,37 ABŞ dolları əsas, 343106,10 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 977481,47 ABŞ dollarının (ödəmə günü Azərbaycan manatı məzənnəsi ilə), xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 168396,98 manat əsas, 71509,81 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 240906,79 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlakın hərracda satışından əldə olunan vəsait hesabına cavabdehlərin "xxxx" KB ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəsissəyə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 330 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1 və Masallı rayon 1 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsızlığı” tələbi barədə iddiasının təmin edilməməsi, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cəmiyyətin özünə aid edilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı məktubu ilə Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İş materiallarının 2-ci cildinin 272-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsinin surəti Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Masallı rayonunun Qəriblər kəndinə göndərilərək 18 dekabr 2020-ci il tarixində imzalatdırılmaqla Cavabdeh2 təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsindən Cavabdeh1 və cavabdeh (iddiaçı) "xxxx" MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(106)- 1279/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(106)- 1279/2021 saylı qətnaməsindən Cavabdeh1 və cavabdeh (iddiaçı) "xxxx" MMC ayrıayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(102)-109/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(106)-1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh2 xx.xx.2023-cü il tarixində ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(050)-24/2020 saylı məktubu ilə Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsinin surəti təkrarən Cavabdeh2 şəxsən təqdim edilmişdir. Qətnamənin surəti Cavabdeh2 tərəfindən 01 mart 2023-cü il tarixində məktubun üzərində qeyd aparılmaqla və imza icra edilməklə qəbul edilmişdir. Bundan sonra, Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti 04 aprel 2023-cü il tarixində rabitə orqanına təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qətnamədən bir ay müddətinə apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayətini müəyyən edilmiş müddət ötürülməklə vermişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində Masallı Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, 2(050)-24/2020 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdehlərdən yalnız ona münasibətdə üzrlü hesab edilərək bərpa olunması və apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəsatəti onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsi ona heç vaxt nə rəsmi, nə də qeyri-rəsmi şəkildə təqdim edilməmişdir. Onun qətnamənin mövcudluğundan məlumatı ipoteka ilə yüklü edilmiş əmlakının açıq hərraca çıxarılması zamanı, yəni məhkəmə qətnaməsinin icrası zamanı olmuşdur. O, iş üzrə cavabdeh olsa da, ona gedən məhkəmə prosesləri barədə məlumat verilməmişdir. Hazırkı iş üzrə əsas borclu qardaşı Cavabdeh1dur. Onunla da münasibəti yaxşı olmadığına görə ona bu hallarla bağlı məlumat verməmişdir. Cavabdeh2 hesab edir ki, qardaşı bunu qəsdən etmişdir ki, zamin kimi onun adına olan əmlaklar hərracdan satılsın və banka olan borc onun hesabına ödənilsin. İş materialları ilə tanış olduğu zaman məlum olmuşdur ki, qeyd olunan qətnamənin rəsmi olaraq ona təqdim olunması barədə iş materiallarında hər hansı bir məlumat, poçt qəbzi və s. yoxdur. Qətnaməni xx.xx.2023-cü il tarixdə Masallı Rayon Məhkəməsində qəbz imzalamaqla götürmüşdür. Məhkəmədə qətnamənin ona təqdim olunması və ya poçt vasitəsilə göndərilməsinə dair hər hansı bir şübhə olarsa, işdəki imzaların ona məxsus olubolmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilə bilər. Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı ilə (sədrlik edən hakim Zeynal Zeynalov) Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadının ləğv edilərək prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını, əks təqdirdə şikayətin iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 şikayətini vəsatətin dəlilləri və onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qətnamənin ona rəsmi təqdim olunmaması ilə bağlı ərizədə göstərdiyi dəlilləri oxumamış və ya həmin dəlilləri oxumuş, lakin araşdırmaq istəməmişdir. Məhkəmə xəbərnamədəki imzanın ona məxsus olub-olmamasını araşdırmadan işə baxaraq birtərəfli qərardad qəbul edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamədən qanunla müəyyən edilmiş şikayət vermə hüququnu məhdudlaşdırmışdır. O, qətnaməni xx.xx.2023-cü il tarixdə Masallı Rayon Məhkəməsində qəbz imzalamaqla götürmüşdür. Bundan əlavə, keçirilən məhkəmə iclasları barədə ona hər hansı bildiriş, sms və s. heç bir məlumat verilməmiş, məhkəmə iclasları barədə onun heç bir məlumatı olmamışdır. Masallı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-24/2020 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə Cavabdeh2 şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh2 prosessual müddətin bərpasına dair vəsatətində və şikayətində bildirmişdir ki, iş materiallarında məhkəmə qətnaməsinin ona təqdim olunması və ya poçt vasitəsilə göndərilməsinə dair hər hansı bir məlumat, poçt qəbzi və s. yoxdur. Halbuki, iş materiallarının 2-ci cildinin 272-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsinin surəti Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Masallı rayonunun Qəriblər kəndinə göndərilərək 18 dekabr 2020-ci il tarixində imzalatdırılmaqla Cavabdeh2 təqdim edilmişdir. Cavabdeh2 isə həmin qətnamədən yalnız 04 aprel 2023-cü il tarixində apellyasiya şikayəti vermiş, beləliklə də, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti 2 ildən artıq müddətə ötürmüşdür. Həmçinin, Cavabdeh2 məhkəmə iclasları barəsində ona hər hansı məlumat verilmədiyini qeyd etsə də, iş materiallarının 1-ci cildinin 161-ci vərəqində, 175-ci vərəqində, 189-cu vərəqində olan poçt xəbərnamələrindən göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barəsində bildirişlər Cavabdeh2 təqdim edilmiş, iş materiallarının 1-ci cildinin 224-cü vərəqində olan poçt xəbərnaməsindən göründüyü kimi, Masallı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərardadı Cavabdeh2 çatdırılmışdır. Qeyd edilən poçt xəbərnamələrindən də aydın olur ki, Cavabdeh2 hazırkı mülki işin mövcudluğundan məlumatlı olmuşdur. Digər tərəfdən Cavabdeh2 vəsatətində və şikayətində qətnamənin surətini xx.xx.2023-cü il tarixində qəbz imzalamaqla əldə etdiyini bildirsə də, iş materiallarının 2-ci cildinin 309-cu vərəqində olan Masallı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(050)-24/2020 saylı məktubunda Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsinin surətinin təkrarən Cavabdeh2 göndərilməsi qeyd edilmiş, qətnamənin surəti Cavabdeh2 tərəfindən 01 mart 2023-cü il tarixində məktubun üzərində qeyd aparılmaqla və imza icra edilməklə qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh2 təkrarən qətnamənin surətini xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023cü il tarixində əldə etmişdir. İş materiallarının 3-cü cildinin 106-cı vərəqində olan Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edildiyi zərfin üzərində onun rabitə orqanına xx.xx.2023-cü il tarixində verildiyi qeyd edilmişdir. Lakin bu faktın dəqiqləşdirilməsi məqsədilə Abşeron rayon Mərkəzi Poçtuna sorğu verilərək, Masallı Rayon Məhkəməsinə ünvanlanmış SS805481399AZ kodlu zərfin hansı tarixdə Abşeron rayon Mərkəzi Poçtuna daxil olması barədə məlumat alınmışdır. Həmin sorğuya cavab olaraq göndərilmiş məktubda da SS805481399AZ kodlu sifarişli-xəbərnaməli məktubun xx.xx.2023-cü ildə Abşeron MPŞ-də qəbul olunduğu göstərilmişdir. Bu isə onu göstərir ki, Cavabdeh2 qətnamənin surətini 1-ci dəfə əldə etdikdən sonra apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə yanaşı, həmin qətnamənin surətini xx.xx.2023-cü ildə təkrarən əldə etdikdən sonra da qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüşdür. Cavabdeh2 şikayəti üzrə Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadını yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, Cavabdeh2 mübahisələndirmək istədiyi qətnamənin surəti iki dəfə təqdim edilmiş olsa da, o, hər iki dəfə həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür, prosessual müddətin bərpasına dair vəsatətin dəlilləri də Masallı Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(050)-24/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı dəyişdirilmədən, Cavabdeh2 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(050)-24/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1120/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1120/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver