Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1132/2023 10.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-149/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan – 7654,20 manatın və məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 96,55 manatın Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə, yəni Cavabdeh1 münasibətdə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 15 may 2023-cü il tarixində Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)- 149/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, o, qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermək üçün qətnaməni aldıqdan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixində vəkil Ədalət Muradova vermişdir. Vəkil apellyasiya şikayətini 2-3 gün ərzində tərtib edib ona verəcəyini bildirmişdir. Hazırda Bakı şəhərində fəaliyyət göstərdiyinə görə şikayəti Bakı şəhərində yazıb bir neçə gündən sonra Lənkərana qayıdıb sənədləri apellyasiya məhkəməsinə göndərəcəyini bildirmişdir. Bir neçə gün gözlədikdən sonra vəkildən xəbər çıxmadığından cavabdeh məcbur qalıb onun mobil nömrəsinə zəng etməyə başlamışdır. Zənglərinə cavab vermədiyindən Lənkəranda fəaliyyət göstərən digər vəkillərlə əlaqə saxlamış və onlar cavabdehə bildirmişlər ki, Ədalət Muradov xəstələnmiş, nəinki onun, ümumiyyətlə heç kimin zənglərinə cavab vermir, Bakı şəhərində yaşadığına görə onun ünvanını da dəqiq bilmirlər. Belə olan halda məcburən onun sağalıb Lənkərana gəlməsini gözləmiş, xx.xx.2023-cü il tarixdə X2 zaman təsadüfən onunla rastlaşmış və o, cavabdehə həmin gün Bakı şəhərindən gəldiyini, səhhəti ilə bağlı apellyasiya şikayətini tərtib edə bilmədiyini deyib sənədləri ona qaytarmışdır. Cavabdeh də məcbur olub həmin sənədləri başqa şəxslər tərəfindən yazılmasından ötrü vəkil və hüquqşünaslara müraciətlər etmişdir. Özünün hüquqi savadı olmadığından apellyasiya şikayətini tərtib edə bilmədiyi üçün başqa şəxs həmin şikayəti onun adından tərtib etmişdir. Məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir, dövlət rüsumu ödənilməklə qətnamədən apellyasiya qaydasında yenidən şikayət vermək istəyir. Lakin məhz bu səbəbdən hazırda verdiyi apellyasiya şikayəti verilməsi ilə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Hazırda apellyasiya şikayətini vaxtında verə bilməməsinin səbəbi vəkil Ədalət Muradovun sənədləri ondan alandan sonra səhhətində yaranmış problem olmuş, həmin sənədlərin nüsxələri də cavabdehdə olmadığından, o, xx.xx.2023-cü il tarixdə sənədləri ona qaytardıqdan sonra şikayətin mətnini tərtib etdirməklə prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. Ərizəyə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)- 149/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti əlavə olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Rəşad Məmmədov) Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh2 tərəfindən verilmiş vəsatətin təmin edilməməsi, Cavabdeh2 vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin Cavabdeh2 geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadının ləğv edilməsini, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsini və həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 şikayətini ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, vəkil Ədalət Muradov sənədləri ona qaytaranda o, artıq qanunvericilikdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Bu barədə məhkəməyə yazılı ərizəsində və məhkəmə iclas zalında verdiyi izahatında bildirsə də, işə baxan hakim bütün bunları nəzərə almadan ərizəsini rədd etmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməmişdir. Lakin məhkəmə apellyasiya şikayətinin tərtib edilməsi üçün cavabdehin hüquqi savadı olmamasını, apellyasiya şikayətinin tərtib edilməsindən ötrü vəkil Ədalət Muradova verməsini, müddətin buraxılmasının cavabdehin təqsiri üzündən deyil, vəkilin xəstələnməsi və yalnız prosessual müddət bitdikdən sonra sənədləri cavabdehə qaytarmaqla bundan sonra apellyasiya şikayətinin tərtib edilməsi üçün digər hüquqşünaslara müraciət etməklə tərtib etdikdən sonra məhkəməyə verməsini üzrlü hesab etməmiş və bu halın hansı əsaslarla üzrlü hesab edilməməsi barədə qərardadında da heç bir əsaslandırma aparmamışdır. Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 apellyasiya şikayətində və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizədə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsinin surətini xx.xx.2023-cü il tarixində aldığını bildirmişdir. Lakin Cavabdeh2 qətnamənin surəti ona rəsmi qaydada verildiyi gündən 1 ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmiş, bunu apellyasiya şikayətinin tərtib edilməsi üçün hüquqi savadı olmaması, qətnaməni aldıqdan 2 gün sonra vəkil Ədalət Muradova apellyasiya şikayətinin tərtib edilməsi üçün müraciət etməsi, müddətin buraxılmasının cavabdehin təqsiri üzündən deyil, vəkilin xəstələnməsi və yalnız prosessual müddət bitdikdən sonra sənədləri ona qaytarması, bundan sonra apellyasiya şikayətinin tərtib edilməsi üçün digər hüquqşünaslara müraciət etməklə tərtib etdikdən sonra məhkəməyə verməsi ilə əsaslandırmışdır. Lakin Cavabdeh2 istinad etdiyi həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, hər bir tərəf istinad etdiyi halları özü sübut etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 tərəfindən sənədlərin surətləri özündə saxlanılmadan hamısının vəkilə verilməsi onun öz təqsirindən irəli gəlir. Həmçinin iş materiallarında olan poçt göndərişlərinin izlənilməsinə dair sənəddən göründüyü kimi, qətnamənin surəti xx.xx.2023-cü il tarixində çatdırılmış, Cavabdeh2 isə qətnamənin surətini xx.xx.2023-cü il tarixində aldığını bildirmişdir. Cavabdeh2 tərəfindən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim edilmişdir. Bununla da, Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)- 149/2023 saylı qətnaməsindən qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Beləliklə, Cavabdeh2 şikayəti üzrə Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadını yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən irəli gəlməsi iş materialları ilə müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadı dəyişdirilmədən, Cavabdeh2 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(049)-149/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1132/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1132/2023
10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver